Məhkəmə qərarları › İş №e-2(004)-2558/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2558/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2558/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirkakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1805 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı və 40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.945 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 10 noyabr 2017-ci il tarixli AL-1726 saylı “X4” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD110541 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTA69V9HA033171, metallik rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 14 dekabr 2021-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, İ.Dadaşov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur və 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4767751 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”ə müraciət edilmiş və həmin servis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir və bərpası üçün 1805 (bir min səkkiz yüz beş) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 1.805 (bir min səkkiz yüz beş) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği könüllü olaraq ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmədə yazılı vəsatət verərək, Cavabdeh məhkəmə iclasına gəlmədiyi təqdirdə iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin iştirak etmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD seriyalı 110541 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, “RAVON NEXİA R3 MİNİK” markalı, metallik rəngli, **-PL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinə 10 sentyabr 2021-ci il tarixdə göndərilən 415 nömrəli məktubdan görünür ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1726 saylı X4nə əsasən 2017-ci il buraxılışlı, “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9HA033171 ban nömrəli, metalik rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixində lizinq alan AL-1726 saylı X4 üzrə öhdəlikləri tam icra etmiş və ərizə ilə müraciət edərək qeyd edilən nəqliyyat vasitəsinin İddiaçı Məhəmməd oğlunun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bununla da, "xxxx" MMC xx.xx.2021-ci il tarixədək “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı Məhəmməd oğlunun adına özgəninkiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. - 12 oktyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1300 manat depozit məbləğini ödəməklə 60 ay müddətinə hər gün 20 manat ödəmək şərti ilə icarəyə vermişdir. Həmçinin 12 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh qeyd olunan avtomobili təhvil vermişdir. - 13.09.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC tərəfindən Cavabdeh “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi - AD 110541 seriyalı, 2017-ci il buraxılışlı, metalik rəngli) nəqliyyat vasitəsininin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün səlahiyyətli olan etibarnamə vermişdir. - 21.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək ona 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı əvəz olunmalı ehtiyat hissələri: sol ön qapı – 1 ədəd 430 manat, sol arxa qapı – 1 ədəd 400 manat, sol ön qapı tutuacağı – 1 ədəd 45 manat, işçilik: dəmirçi – 400 manat, rəngsaz – 450 manat, plasmasçı – 80 manat olmaqla, ümumilikdə 1805 manat təşkil edir. - 04.10.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5439 saylı ekspert rəyindən görünür ki, qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir: Təzə hissələrin qiymətinə müvafiq-dəyişilməli hissələrin qiyməti-875 manat, təmir-bərpa işlərinin qiyməti-600 manat, (1475 manat) Aşınma qiyməti tətbiq edilməklə-dəyişilməli hissələrin qiyməti-743 manat, təmir-bərpa işlərinin qiyməti-600 manat. (1343 manat) Məhkəmə qüsur aktını və müvafiq ekspert rəyini qarşılıqlı təhlil edərək qeyd edir ki, rəydən göründüyü kimi dəyişilməli hissələrin qiyməti eynilik təşkil edir, lakin təmir-bərpa işlərinin dəyəri fərqlidir. Rəydə isə bildirilmişdir ki, əl işlərinin qiymətləndirilməsi iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən hesablanır. Ona görə məhkəmə qüsur aktını sübut olaraq qəbul edir. - "xxxx" MMC tərəfindən 08 iyun 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə ünvanlanan 179 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan və İddiaçı Məhəmməd oğlunun müvəqqəti istifadəsinə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır. Bununla da, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarım müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci madiəsmə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqa zidd əməl dedikdə, qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Beləliklə, işin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə aralarında bağlanmış 10 noyabr 2017-ci il tarixli AL-1726 saylı “X4” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD110541 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTA69V9HA033171, metallik rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Lakin cavabdeh avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 (qırx) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, Cavabdeh hərəkətləri nəticəsində mübahisə predmeti olan avtomobilə zərər dəymişdir. Lakin cavabdeh qeyd olunan məbləği könüllü olaraq ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli və cavabdehdən 40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1805 manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 100 manat və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1945 (bir min doqquz yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1805 manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 100 manat və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1945 (bir min doqquz yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar