Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2563/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.11.2019-cu il tarixli, 130557-CNS-8103/2 saylı kredit müqaviləsinə əsasən 18.02.2021-ci il tarixə 2231,39 manat məbləğində əsas borc, 9,48 manat faiz borcu olmaqla, ümumilikdə isə 2240,87 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.11.2019-cu il tarixli, 130557-CNS- 8103/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə istifadə edilmiş məbləğə illik 20 faiz hesablanması şərti ilə 60 ay müddətinə 6721,75 manat məbləğində kredit vermişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 06.11.2019-cu il tarixli 130557-CNS-8103/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2231,39 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 06.10.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2231,39 manat məbləğində əsas borc, 9,48 manat məbləğində faiz borcu, ümumilikdə isə 2240,87 manat məbləğində borcu qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə bağlanmış 06.11.2019-cu il tarixli, 130557-CNS-8103/2 saylı “Nağd pul krediti” müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 1 % dərəcəsi ödəmək şərti ilə 2231,39 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 06.11.2019-cu il tarixli, 130557-CNS-8103/2 saylı “Nağd pul krediti” müqaviləsi üzrə 18.02.2021-ci il tarixə 2231,39 manat məbləğində əsas, 9,48 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2240,87 manat mələğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06.11.2019-cu il tarixli, 130557-CNS-8103/2 saylı kredit müqaviləsi üzrə 2231,39 manat məbləğində əsas borc, 9,48 manat faiz borcu olmaqla, ümumilikdə isə 2240,87 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 2270,87 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 06.11.2019-cu il tarixli, 130557-CNS-8103/2 saylı kredit müqaviləsi üzrə 2231,39 manat məbləğində əsas borc, 9,48 manat faiz borcu olmaqla, ümumilikdə isə 2240,87 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 2270,87 (iki min iki yüz yetmiş manat səksən yeddi qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-2563/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2563/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver