Məhkəmə qərarları › İş №e-2(004)-258/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-258/2024

04.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-258/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzillərin boşaldılması, mənzildən çıxarma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzillərin boşaldılması, mənzildən çıxarma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X2 8.145.400 manat pulun tutularaq mülki İddiaçı ödənilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 7i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 2ində yerləşən 1,21641 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı, Az **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Həmin hökm qanuni qüvvəsini almaqla icraya yönəldilmiş və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 7i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzillərin İddiaçı mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak İddiaçı mülkiyyətində olmasına baxmayaraq, hazırda o, həmin əmlaklardan istifadə edə bilmir və öz mülkiyyət hüququndan irəli gələn hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh, yəni X3 arvadı Cavabdeh iki yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzildə yaşamaqla, həmin mənzildən və paralel olaraq digər əmlaklardan istifadə edirlər. Qeyd olunan daşınmaz əmlakların giriş qapıları bağlı vəziyyətdədir, qapıların açarları cavabdehdə olmaqla, həmin mənzillərdə cavabdehə və ailə üzvlərinə məxsus əşyalar saxlanılmaqdadır. Göstərilənlərə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39, 42 nömrəli mənzildən çıxarılması, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3, ünvan 4 və ünvan 7indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaları çıxararaq mənzili boşaltması, İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyinin qoyulması və həmin mənzilllərin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X2 8.145.400 manat pulun tutularaq mülki İddiaçı ödənilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 7i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 2ində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı, Az **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1504/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-143/2024 saylı qərarlarına əsasən, Bakı Ağır Cinayələr Məhkəməsinin sözügedən xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmündən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və hökm qanuni qüvvəsini almışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 31,40 kv/m olan mənzil, ünvan 7i, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 69,27 kv/m olan mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.2 və 157.4-cü maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 39 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 7i, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 saylı hökmünə əsasən İddiaçı mülkiyətinə verilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Mübahisə predmeti olan mənzillər hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur. Hazırda cavabdeh həmin mənzillərdə yaşamaqla, mənzillərin qapılarını bağlayaraq açarını özündə saxlamaqla, öz əşyalarını həmin mənzillərə yığmaqla mənzilləri istifadə etməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzillərin iddiaçının mülkiyyətində olması mülki işin mübahisəsiz halıdır. Cavabdeh həmin mənzillərdə qanunsuz olaraq istifadə etməklə iddiaçının ona məxsus olan mülkiyyət hüquqlarını həyata keçirməsinə , mənzillərdən istifadə etməsinə, sahiblik etməsinə maneçilik törədir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3-dən çıxarılmalı, Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3; ünvan 6 ünvanında olan mənzillərdən və ünvan 7indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaları çıxarmaqla həmin əmlakları boşaltmalı, üzərinə İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyi qoyulmalı, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3, ünvan 4 ünvanlında yerləşən mənzillər və ünvan 7i tam boşaldılmaqla İddiaçı istifadəsinə və sahibliyinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzillərin boşaldılması, mənzildən çıxarma və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3-dən çıxarılsın. Cavabdeh üzərinə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3, ünvan 6 ünvanında olan mənzillərdən və ünvan 7indən özünə və ailə üzvlərinə məxsus olan bütün əşyaları çıxarılmaqla həmin əmlakları boşaldılsın, üzərinə İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrə son qoyması öhdəliyi qoyulsun. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3, ünvan 4 ünvanlında yerləşən mənzillər və ünvan 7i tam boşaldılmaqla İddiaçı istifadəsinə və sahibliyinə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar