Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2586/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehlərdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehlərdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin 366-xx-xx-2016-HR-FE nömrəli xx.xx.2016-cı il tarixli redit müqaviləsinə əsasən əsas borc üzrə 86055,27 manat, faiz borcu üzrə 1068,79 manat olmaqla, cəmi 87124,06 manat borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4ndən müştərək qaydada tutulması, 366-xx-xx-2016- HR-FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190C, M16, m.1 ünvanında yerləşən ümumi sahəsi 66.7 kv/m olan mənzilin (Seriya RX №0996664, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh3 məxsus sözügedən mənzildən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, mənzilin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 351,37 manat dövlət rüsumu və 0,93 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4ndən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, müəyyən edilir ki, iddiaçı iradə ifadəsini bildirməklə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Nəticə etibarilə, mülki işin faktiki və hüquqi halları ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin dispozitiv tələbləri eynilik təşkil edir. Məhkəmə izah edir ki, əgər mülki iş məhkəmə baxış mərhələsində olsaydı, o halda məhkəmə MPM-in 259.0.11-ci maddəsinin tələblərini əsas götürməli olacaqdı. Nəzərə alaq ki, mülki iş hazırda məhkəmə hazırlıq mərhələsindədir, bu səbəbdən, iddia ərizəsi baxılmamış saxlanılmalı deyil, geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehlərdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqlarının cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 350.44 (üç yüz əlli manat qırx dörd qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2586/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2586/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver