Məhkəmə qərarları › İş №e-2(004)-2593/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2593/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2593/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 saylı kredit müqaviləsi üzrə 2336,05 manat əsas borc, 497,85 manat faiz borcu, 2014,04 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 294,08 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5142,02 manat məbləğində borcun, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2596 ABŞ dolları əsas, 313 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 367 ABŞ dolları hesablanmış faiz borc olmaqla, cəmi 3276 ABŞ dolları məbləğində borcun və 122,53 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 10988 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə Bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 1 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş krediti kreditor borcalana 239,44 ABŞ dolları məbləğində krediti restrukturizasiya etmiş və 4,5 ABŞ dolları kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 8715,01 ABŞ dolları təşkil etmişdir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 18 faiz ödəməlidir. xx.xx.2016-cı il tarixli 2 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş kredit kreditor borcalana 7414,84 ABŞ dolları məbləğində krediti restrukturizasiya etmiş və 0,06 ABŞ dolları kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuşdur, bununla da kreditin ümumi məbləği 7419,9 ABŞ dolları təşkil etmişdir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 14 faiz ödəməlidir. xx.xx.2017-ci il tarixli 3 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş kredit bankla Cavabdeh2 Şahlar oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 104.CL.061117.00001/a saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Kredit müqaviləsinin 4.2-ci və 3.4-cü bəndinə əsasən Cavabdeh2 və Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, onlar, bu öhdəliyi yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 5142,02 manat təşkil edir. Bundan 2336,05 manat əsas, 497,85 manat faiz borcu, 2014,04 manat cərimə borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 294,08 manat hesablanmış faiz borcu, xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3276 ABŞ doları təşkil edir. Bundan 2596 ABŞ dolları əsas, 313 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 367 ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 10988 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində bankla Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 1 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş krediti kreditor borcalana 239,44 ABŞ dolları məbləğində krediti restrukturizasiya etmiş və 4,5 ABŞ dolları kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 8715,01 ABŞ dolları təşkil etmişdir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 18 faiz ödəməlidir. xx.xx.2016-cı il tarixli 2 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş kredit kreditor borcalana 7414,84 ABŞ dolları məbləğində krediti restrukturizasiya etmiş və 0,06 ABŞ dolları kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuşdur, bununla da kreditin ümumi məbləği 7419,9 ABŞ dolları təşkil etmişdir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 14 faiz ödəməlidir. xx.xx.2017-ci il tarixli 3 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş kredit bankla Cavabdeh2 Şahlar oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 104.CL.061117.00001/a saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Hazırda iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 saylı kredit müqaviləsi üzrə 2336,05 manat əsas borc, 497,85 manat faiz borcu, 2014,04 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 294,08 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5142,02 manat məbləğində borcu, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsi üzrə 2596 ABŞ dolları əsas, 313 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 367 ABŞ dolları hesablanmış faiz borc olmaqla, cəmi 3276 ABŞ dolları məbləğində borcu qalmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış, xx.xx.2017-ci il tarixli 3 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən, zaminlik müqaviləsi yenilənmişdir. xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 №-li Əlavə razılaşmanın şərtlərinə əsasən icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Buna baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından məhkəmə hesab edir ki, zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 saylı kredit müqaviləsi üzrə 2336,05 manat əsas borc, 497,85 manat faiz borcu, 300 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 294,08 manat hesablanmış faiz borcu olmaqla, cəmi 3427,98 manat məbləğində borc, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 2596 ABŞ dolları əsas, 313 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 367 ABŞ dolları hesablanmış faiz borc olmaqla, cəmi 3276 ABŞ dolları məbləğində borc və 122,53 manat ödənilmiş dövlət rüsumu manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 104.LN.1010.210616.00019 saylı kredit müqaviləsi üzrə 2336,05 manat əsas borc, 497,85 manat faiz borcu, 300 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 294,08 manat hesablanmış faiz borcu olmaqla, cəmi 3427,98 (üç min dörd yüz iyirmi yeddi manat 98 qəpik) manat məbləğində borc, xx.xx.2015-ci il tarixli, 105.LN.1609.110315.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 2596 ABŞ dolları əsas, 313 ABŞ dolları faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 367 ABŞ dolları hesablanmış faiz borc olmaqla, cəmi 3276 (üç min iki yüz yetmiş altı) ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) ABŞ dolları məbləğində borc tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 122,53 (yüz iyirmi iki manat 53 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar