Məhkəmə qərarları › İş №e-2(004)-2603/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2603/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2603/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK6721395A226 nömrəli kredit müqaviləsinə əsasən 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat pulun və ödənilmiş 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 20% dərəcəsi ilə 59 ay müddətinə nağd şəkildə 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli RGTK6721395A226 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli RGTK6721395A226 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 20% dərəcəsi ilə 59 ay müddətinə nağd şəkildə 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK6721395A226 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə əsasən 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK6721395A226 nömrəli tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 59 ay müddətinə nağd şəkildə 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat pul və ödənilmiş 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5333,97 (beş min üç yüz otuz üç manat doxsan yeddi qəpik) manat əsas, 659,65 (altı yüz əlli doqquz manat altmış beş qəpik) manat faiz olmaqla, ümumilikdə 5993,62 (beş min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat pul və ödənilmiş 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar