Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2625/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK № Q-149-S/AZN20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASCnin “Ağstafa” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK № Q-149-S/AZN-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 4.349 manat əsas borcu, 2.715,39 manat faiz borcu, 3.310,19 manat cərimə olmaqla, cəmi 10.374,58 manat borcun və ödənilmiş 121,12 manat dövlət rüsumunun cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 illik faiz dərəcəsi 26,5%, 2 ay güzəşt olmaqla, 36 ay müddətinə 4.349 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi borcalan Cavabdeh1, kreditor "xxxx" ASC, zamin Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 4.349 manat əsas, 2.715,39 manat faiz, 3.310,19 manat cərimə olmaqla, cəmi 10.374,58 manat borcu vardır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK № Q-149- S/AZN-20 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh1 illik faiz dərəcəsi 26,5%, 2 ay güzəşt olmaqla, 36 ay müddətinə 4.349 manat kredit vermişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə imza etməklə 4.349 manat pulu bankdan almışdır. Borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.349 manat əsas, 2.715,39 manat faiz, 3.310,19 manat cərimə olmaqla, cəmi 10.374,58 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə hesablanmış yüksək 3.310,19 manat cərimə azaldılaraq 300 manat müəyyən edilməlidir. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 4.349 manat əsas borc, hesablanmış 2.715,39 manat faiz borcu, 300 manat cərimə və ödənilmiş 121,12 manat dövlət rüsumu olmaqla, cəmi 7.485,51 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi - 3.010,19 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK Q-149-S/AZN-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 4.349 manat əsas borc, hesablanmış 2.715,39 manat faiz borcu, 300 manat cərimə və ödənilmiş 121,12 manat dövlət rüsumu olmaqla, cəmi 7.485,51 (yeddi min dörd yüz səksən beş manat əlli bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi - 3.010,19 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2625/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2625/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver