Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2627/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: nikah haqqında şəhadətnamə, aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı və xx.xx.2013-cü il təvəllüdlü X3 münasibətdə dəyişdirilməsi, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçünhər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsində aliment tutularaq onun xeyrinə ödənilməsi, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2004-cu il tarixdə, 3679 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılmış və hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Risklərin İdarə olunması idarəsinin rəsi müavini vəzifəsində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Vəkil sorğusu əsasında daxil olmuş məktubda göstərilir ki, “İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Risklərin idarə olunması idarəsinin rəis müavini Cavabdeh illik orta aylıq qəliri məbləği (vəzifə maaşı, rütbə pulu, maaşa əlavələr və digər bonuslar nəzərə alınmaqla) vergilər və digər tutulmalar daxil olmaqla 7332.62 (yeddi min üç yüz otuz iki manat altmış iki qəpik) təşkil edir.” Hazırda birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Cavabdeh isə ona cəmi bir uşağa görə 154 manat məbləğində aliment ödəyir. O həmin pulla övladının təlabatını ödəməkdə çətinlik çəkir və cavabdehin gəliri yüksək olsa da, o, doğma övladlarına əlavə maddi yardım göstərmir. O da məcbur qalıb alimentin miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu məsələ ilə bağlı ilk əvvəl Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdi. Mediasiya sessiyasında cavabdeh iştirak etmədiyi üçün ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir və bundan sonra məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. O, övladına baxmaqda çətinlik çəkir. Onun təlabatı 154 manat pul ödəmir. Cavabdeh bunu bildiyi halda öz istəyi ilə doğma övladına əlavə maddi yardım göstərməkdən imtina edir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdeh İddiaçı alınıb, iddiaçı Cavabdeh himayəsinə verilməklə onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2004-cü il tarixdə, 3679 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilsə də, faktiki olaraq uşaqlar onun himayəsində olmuşdur. O həmişə uşaqlarının qayğısına qalmış, tərbiyəsi və inkişafı üçün əlindən gələni əsirgəməmiş və onların bütün xərclərini qarşılamışdır. Lakin ilkin iddia ərizəsindən də göründüyü kimi İddiaçı etiraf edir ki, məhkəmə qətnaməsi ilə onun yanında saxlanılmış xx.xx.2013-cü il təvəllüdlü X2 tələbatlarını ödəyə bilmir və uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də hazırda xx.xx.2013-cü il təvəllüdlü X2 atası Cavabdeh yanında qalması və onunla yaşaması ilə növbədə uşağın mənafeyinə uyğundur. Odur ki, xx.xx.2013-cü il təvəllüdlü X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb, iddiaçı Cavabdeh himayəsinə verilməklə yanında saxlanılması məqsədə müvafiqdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir.
7. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Risklərin idarə olunması idarəsinin rəis müavini Cavabdeh illik orta aylıq gəliri məbləği vergilər və tutmalar daxil olmaqla, 7332,62 manat təşkil edir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 3679 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmas. xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli, 5-21/2-1126/2025 saylı rəyinə əsasən 25 oktyabr 2013-cü il təvəllüdlü X2 anadan alınaraq atası Cavabdeh himayəsinə verilməsi məqsədəuyğun hesab edilməmişdir.
12. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi təmin olunmalıdır.
13. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
14. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
21. Belə ki, qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini əsaslı hesab edərək xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.
22. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
23. Məhkəmə qeyd edir ki, dəyişdirilmiş alimentin tutulması məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
24. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 1.2.3-cü bəndinə əsasən 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; 1.2.4. 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”;
25. Bundan başqa ilkin iddia üzrə cavabdeh ərizə verərək, alimentin 50 faiz hissəsinin iddiaçıya, qalan 50 faiz hissəsinin isə xx.xx.2013-cü il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə ilkin iddia üzrə cavabdehin ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
28. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur.
29. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.
30. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.
31. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.
32. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.
33. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.
34. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki halda alimentin başqa məqsədlərə sərf olunması ilə bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə ərizə təmin olunmamalıdır.
35. Bundan başqa məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
37. Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
38. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
39. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 3679 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Hazırda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdeh İddiaçı alınıb, iddiaçı Cavabdeh himayəsinə verilməklə onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli, 5-21/2-1126/2025 saylı rəyinə əsasən 25 oktyabr 2013-cü il təvəllüdlü X2 anadan alınaraq atası Cavabdeh himayəsinə verilməsi məqsədəuyğun hesab edilməmişdir.
41. Həmçinin, məhkəmə iclasında fikri alınmış yetkinlik yaşına çatmayan X5 anasının yanında qalmaq istədiyini bildirmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
43. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2019 aylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı xx.xx.2013-cü il təvəllüdlü X3 münasibətdə dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil