Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-263/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoruna və maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 Qabəddin oğluna qarşı “notarial hərəkətin aparılmasından imtina” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evinə dair alğı-satğı müqaviləsi də daxil olmaqla, istənilən sərəncam əqdimüqaviləsinin həmin ünvanda qeydiyyatda olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin – Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, Maraqlı şəxs5 razılığı tələb olunmadan təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27,5 kv.m., köməkçi sahəsi 15,8 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi babasından ona vərəsəlik qaydasında keçmişdir və adına müvafiq çıxarış almışdır. Evin yerləşdiyi bu ünvanda digər şəxslərinqonşuların da fərdi yaşayış evləri var və orada yerləşən bütün fərdi yaşayış evlərinə eyni ünvan (ünvan 1 ki, mülkiyyətçinin hüquqlarını məhdudlaşdıran bu cür hallar ölkədə çox yayılmışdır. Bu cür hallar çoxlu problemlər yaradır və hüquqlarını məhdudlaşdırır. Mülkiyyətində olan bu evinə dair alğı-satqı müqaviləsi bağlamaq istədikdə cavabdeh əsassız olaraq ondan öz evini satmağı üçün onun evinə heç bir aidiyyətı olmayan qonşularının - müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin razılığını tələb etmişdir. Buna səbəb isə, yuxarıda qeyd etdiyi kimi, bu şəxslərin onunla birlikdə eyni ünvanda qeydiyyatlarının olmasıdır. Bu halı notariusa izah etsə də, notarius notariat əməliyyatlarını həyata keçirməkdən imtina edərək, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmiş Maraqlı şəxs6 çıxarışda paylı mülkiyyətçi kimi göstərilsə də, o da onun qonşusudur və onun fərdi yaşayış evinin onun evi ilə hər hansı əlaqəsi yoxdur. Sadəcə onun evinə də eyni ünvan (ünvan 2llarından müəyyən olunduğu kimi həmin ünvan üzrə qeydiyyatda olan şəxslərin və çıxarışda payçı kimi göstərilən şəxsin iddiaçıya məxsus evə hər hansı hüquqları mövcud deyil və bu şəxslərin heç biri iddiaçının ailə üzvü də deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs6 Qabəddin oğlu iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən 28 noyabr 2000-ci il tarixdə təsdiq edilən və reyestrdə 8677 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18 mart 2011-ci il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının - Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evinin vərəsəsi nəvəsi İddiaçıdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən xüsusi mülkiyyət 4 otaq olmaqla xx.xx.2008-ci il tarixdən Maraqlı şəxs6, 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaq isə xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4 və Maraqlı şəxs5 Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında qeydiyyatdadırlar. Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin İddiaçı göndərdiyi məktuba əsasən fərdi yaşayış evinin alqı-satğısı ilə bağlı müraciətə baxaraq bildirmişlər ki, evdə daimi qeydiyyatda olanların razılıq ərizəsi təqdim edildiyi təqdirdə alqısatğı müqaviləsi rəsmiləşdiriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 46-cı maddəsinə əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X3 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 tərəfindən nəvəsi İddiaçı vəsiyyət edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Lakin İddiaçı ona məxsus əmlaka dair alğı-satğı müqaviləsi ilə bağlı 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etdikdə qeydiyyatda olan digər şəxslərin - Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, Maraqlı şəxs5 razılıq ərizələri olmadığından müqaviləni rəsmiləşdirilmək mümkün olmamışdır. Hazırda isə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evinə dair alğı-satğı müqaviləsi də daxil olmaqla, istənilən sərəncam əqdi-müqaviləsinin həmin ünvanda qeydiyyatda olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin razılığı tələb olunmadan təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Belə ki, məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, Maraqlı şəxs5 əmlakın mülkiyyətçisi İddiaçı ailə üzvləri olmadığından, həmçinin Notariat haqqında Azərbaycan Respublikası Qanununun əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsinə dair 46-cı maddəsində qeydiyyatda olan şəxslərin razılıq ərizələri barədə hər hansı bir tələb olmadığından iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın da tələblərinə əsasən ailə üzvü olmayan mənzildə qeydiyyatda olan şəxslərin razılığı daşınmaz əmlak üzərində sərəncam verən əqdin təsdiq olunması üçün tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən yaşayış sahəsi 27.5 kv.m, köməkçi sahəsi 5,8 kv.m ibarət olan 1 otaqlı fərdi yaşayış evinə dair alğı-satğı müqaviləsi də daxil olmaqla, istənilən sərəncam əqdi-müqaviləsinin həmin ünvanda qeydiyyatda olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin – Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, Maraqlı şəxs5 razılığı tələb olunmadan təsdiq edilməsi vəzifəsi cavabdeh 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat kontorunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 222 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi daxil olmaqla, əmlak üzərində sərəncam verilməsinə dair istənilən müqavilənin həmin ünvanda qeydiyyatda olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin (Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs5) razılığı tələb olunmadan təsdiq edilməsi vəzifəsi cavabdeh 3 sayl Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun üzərinə qoyulsun. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-263/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-263/2024
11.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver