Məhkəmə qərarları › İş №e-2(004)-2630/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2630/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2630/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə ilə 1589 manat dəyərində olan **********20538 İMEİ kodlu İ Phone SE 128 mobil telefonu almışdır. Cavabdeh aldığı əşyaya görə müqavilə öhdəliklərini qismən yerinə yetirmişdir, 227 manat qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə Cavabdeh 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 36 (otuz altı) manat məbləğində cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 317 (üç yüz on yeddi) manat pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” ilə 12 ay müddətinə 1589 manat dəyərində olan **********20538 İMEİ kodlu İ Phone SE 128 mobil telefonu əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 36 (otuz altı) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin 8.3-cü bəndinə əsasən müəyyən edilir ki, “tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilə bilər. Həmin mübahisələr danışıq yolu ilə həll edilə bilinmədikdə məhkəməyə müraciət edilə bilər”. Məhkəmə hesab edir ki, sözügedən bənddə pretenziya tələbi imperativ qaydada müəyyənləşdirilməmişdir. “...bilər” ifadəsi ilə danışıqlar sadəcə istəyə uyğun olaraq alternativ üsul kimi müəyyən edilmişdir. Nəticədə, pretenziya qaydasına əməl edilməməsi işə baxılmasına mane olmur. Nəzərə almaq lazımdır ki, müqavilə Tərəflərin qarşılıqlı iradə ifadəsini təşkil edən öhdəliklər və şərtlər toplusudur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” ilə 12 ay müddətinə 1589 manat dəyərində olan **********20538 İMEİ kodlu İ Phone SE 128 mobil telefonu Cavabdeh satmış, cavabdeh müqavilə öhdəliklərini qismən yerinə yetirmişdir. Nəticə etibarilə Cavabdeh 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 36 (otuz altı) manat məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC-dən R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, **********20538 İMEİ kodlu İ Phone SE 128 mobil telefonu almış, lakin müqavilə öhdəliklərinə əməl etmədiyindən 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 36 (otuz altı) manat məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0020550 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 36 (otuz altı) manat məbləğində deyil, 20 (iyirmi) manat (əsas öhdəliyin 9%-i miqdarında) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, 36 (otuz altı) manat məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun 20 (iyirmi) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 20 (iyirmi) manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh R0020550 nömrəli xx.xx.2021ci il tarixli müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla ümumilikdə 271 (iki yüz yetmiş bir) və 30 manat dövlət rüsumu olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddiası qismən təmin edilsin. Cavabdeh R0020550 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əsas, 24 (iyirmi dörd) manat məbləğində faiz, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla ümumilikdə 271 (iki yüz yetmiş bir) və 30 manat dövlət rüsumu olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar