Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2630/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahımızdan doğulmuş 09 may 2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat (iki yüz qırx altı) manat sabit pul məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildə ailə həyatı qurmuşlar. Rəsmi nikahları 03 avqust 2010-cu il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində 126 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə 2012-ci ilə kimi ər-arvad qismində birgə yaşamışlar. Birgə nikahlarından 09 may 2010-cu il tarixdə Fatimə adlı qızları doğulmuşdur. Ər-arvad qismində birgə yaşadığı müddətdə münasibətləri normal olsa da, sonradan ailələrində münaqişələr yaratmış və bu hal müntəzəm xarakter almaqla birgə yaşayışı mümkünsüz həddə çatdırmış və nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 2(004)-5256/2012 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarındandan doğulmuş övladı, 09 may 2010-cu il təvəllüldlü X8 onun yanında qalması müəyyən edilməklə hazırki mülki iş üzrə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin borclu Cavabdeh aliment öhdəliyini tam icra etməmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 2741 (iki min yeddi yüz qırx bir) manat aliment ödəmiş və hazırki vaxta kimi yığılmış aliment borcunu ödəməmişdir. Hazırda həmin dövür üçün müəyyən edilmiş aliment məbləği ölkəmizdə mövcud olan orta bazar qiymətləri ilə müqayisədə həddindən artıq azdır, uşağın böyüdükcə saxlanması xərcləri də ilbəil artır, ona görə də ödənilməli olan aliment uşağın saxlanılmasına kifayət etmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-cü il tarixli, 2(004)- 5256/2012 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında Şamaxı rayon qeydiyyat şöbəsində 03 avqust 2010-cu ildə Şamaxı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 126 nömrə ilə qyd edilmiş nikahın pozulması, boşanmadan sonra 09 may 2010-cu ildə anadan olmuş X3 cavabdeh X2 yanında qalmasının müəyyən edilməsi, 09 may 2010-cu ildə anadan olan X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 aprel 2012-ci ildən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınaraq X4 verilməsi qət edilmişdir.
7. Yasamal Rayon Qeydiyyyat şöbəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli, AZ-İİİ 571610 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X8 adlı övladları var.
8. Elektron məhkəmə sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
9. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
10. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2018-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi, həmçinin cavabdehin iddia tələbi ilə razı olmasını nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir.
11. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
12. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
19. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-cü il tarixli, 2(004)- 5256/2012 nömrəli qətnaməsinə əsasən 09 may 2010-cu ildə anadan olan X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 aprel 2012-ci ildən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Hazırda məhkəmə hesab edir ki, iddia tələbi alıment məbləğinin dəyişdirilməsi hissəsində təmin edilməlidir.
21. Belə ki, qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini qismən əsaslı hesab edərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
22. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-5256/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli miqdarında sabit sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə qeyd edir ki, dəyişdirilmiş alimentin tutulması məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
25. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 1.2.3-cü bəndinə əsasən 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; 1.2.4. 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”;
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-5256/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli miqdarında sabit sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil