Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2648/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada 6452,97 AZN əsas borcun, 243,03 AZN faiz borcu olmaqla cəmi 6696 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 89,96 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" KB ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 29.5% ödəmək şərtilə 7000 AZN məbləğində kredit verilmişdir. Tərəflərindən verilmiş sorğu əsasında Bakı şəhəri, 6 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu da Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5 borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış xx.xx.2021-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 29,5 %-lə, 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, borcalan isə bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İİ seriyalı 244059 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, xx.xx.2022-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5 müəyyən edilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə ilə verilən miras əmlak “ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********32-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20.64 kv.m olan bağ evindən və “ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********93-093045 reyestr nömrəli **********0 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin X2 vərəsələri Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda n mirasın qəbul edilməsinə dair onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin müəyyən edilməsi qeyd edilmiş və "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən mərhum X2 yaranmış borcunun 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X2 "xxxx" ASC-yə 6452,97 manat əsas, 243,03 manat faiz borcu olmaqla, cəmi 6696 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 89,96 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış xx.xx.2021-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 29,5 %-lə, 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, borcalan isə bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, xx.xx.2022-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh5 müəyyən edilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə ilə verilən miras əmlak “ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********32-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20.64 kv.m olan bağ evindən və “ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********93-093045 reyestr nömrəli **********0 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X2 "xxxx" ASC-yə 6452,97 manat əsas, 243,03 manat faiz borcu olmaqla, cəmi 6696 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdehlər miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan əmlakların dəyəri ümumi borcdan, yəni 6696 manatdan artıqdır. Həmçinin, cavabdehlər miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6452,97 (altı min dörd yüz əlli iki manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 243,03 (iki yüz qırx üç manat üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6696 (altı min altı yüz doxsan altı) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 89,96 (səksən doqquz manat doxsan altı qəpik) manat pul cavabdehlərə aid edilərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6452,97 (altı min dörd yüz əlli iki manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 243,03 (iki yüz qırx üç manat üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6696 (altı min altı yüz doxsan altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi əvəzi kimi 89,96 (səksən doqquz manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2648/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2648/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver