Məhkəmə qərarları › İş №e-2(004)-2667/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2667/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2667/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Behbudova Aysel Yasən qızının katibliyi Cavabdeh oğunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın qızıl zinyət əşyalarına yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın qızıl zinyət əşyalarına yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsi üzrə verilmiş kreditə görə 3414,42 manat əsas borc, faiz borcuna görə 218,13 manat, cərimə borcuna görə 217,08 manat olmaqla, cəmi 3849,63 manat məbləği və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 59 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan və girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına (Sep - 1 ədəd, çəkisi – 2 qr, əyarı – 750; Komplekt (üzük qırıq) - 1 ədəd, çəkisi – 21,2 qr, əyarı – 750; Sırğa - 2 ədəd, çəkisi – 5,7 qr, əyarı – 750; Kulon - 1 ədəd, çəkisi – 6,1 qr, əyarı – 750; Qolbağ - 2 ədəd, çəkisi – 6 qr, əyarı – 583; Sırğa - 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583; Kulon - 1 ədəd, çəkisi – 1,7 qr, əyarı – 583; Üzük - 1 ədəd, çəkisi – 4 qr, əyarı – 750; cəmi: 61,7 qr) yönəldilməsi, həmin əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsi üzrə verilmiş kreditə görə yaranmış 3849,63 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş 59 manat məbləğin ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan qızılın xx.xx.2021-ci il tarixli, YSLMB08059 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 3715 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsi üzrə 3414,42 manat əsas, 218,13 manat faiz borcu, 217,08 manat cərimə olmaqla, cəmi 3849,63 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep - 1 ədəd, çəkisi – 2 qr, əyarı – 750; Komplekt (üzük qırıq) - 1 ədəd, çəkisi – 21,2 qr, əyarı – 750; Sırğa - 2 ədəd, çəkisi – 5,7 qr, əyarı – 750; Kulon - 1 ədəd, çəkisi – 6,1 qr, əyarı – 750; Qolbağ - 2 ədəd, çəkisi – 6 qr, əyarı – 583; Sırğa - 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583; Kulon - 1 ədəd, çəkisi – 1,7 qr, əyarı – 583; Üzük - 1 ədəd, çəkisi – 4 qr, əyarı – 750; cəmi: 61,7 qr. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YSLMB-08059 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək, cərimə məbləğinin mütənasib olmadığını bildirdi və azaldılmasını məhkəmədən xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan işə baxılmasını və iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, YSLMB-08059 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh illik 29 faiz (faktiki illik 30,99 %) olmaqla 12 ay müddətinə 3715 kredit vermişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit həmin müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənilmədikdə borc alan vaxtı keçmiş kreditə görə iki qat, yəni illik 58% olmaqla faiz ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli YSLMB-08059 nömrəli saxlanc girovu haqqında müqavilədən görünür ki, xx.xx.2021-ci il tarixli, YSLMB-08059 nömrəli kredit müqaviləsinin təminatı kimi borc alan Cavabdeh kreditor İddiaçı ASC ilə aralarında imzalanmış həmin müqaviləyə görə tərəflərin razılaşması və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 5803,2 manat təşkil edən ona məxsus qızıl-zinyət əşyalarını girov qoymuşdur. - xx.xx.2021-ci il tarixli YSLMB-08059 nömrəli “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktdan müəyyən edilir ki, “1) sep - 1 ədəd, çəkisi – 2 qr, əyarı – 750, dəyəri 138 AZN, bazar dəyəri 204,46 AZN; 2) Komplekt (üzük qırıq) - 1 ədəd, çəkisi – 21,2 qr, əyarı – 750, dəyəri 1462,8 AZN, bazar dəyəri 2167,28 AZN; 3) Sırğa - 2 ədəd, çəkisi – 5,7 qr, əyarı – 750, dəyəri 393,3 AZN, bazar dəyəri 582,71 AZN; 4) Kulon - 1 ədəd, çəkisi – 6,1 qr, əyarı – 750, dəyəri 420,9 AZN, bazar dəyəri 623,6 AZN; 5) Qolbağ - 2 ədəd, çəkisi – 6 qr, əyarı – 583, dəyəri 324 AZN, bazar dəyəri 480,06 AZN; 6) Sırğa - 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583, dəyəri 810 AZN, bazar dəyəri 1200,15 AZN; 7) Kulon - 1 ədəd, çəkisi – 1,7 qr, əyarı – 583, dəyəri 91,8 AZN, bazar dəyəri 136,02 AZN; 8) Üzük - 1 ədəd, çəkisi – 4 qr, əyarı – 750; dəyəri 276 AZN, bazar dəyəri 408,91 AZN olmaqla, cəmi 61,7 qram qızıl zinyət əşyalarını Cavabdeh xx.xx.2021-ci il tarixli, YSLMB-08059 nömrəli kredit müqaviləsinə əsasən götürəcəyi 3715 manat məbləğdə lombard kreditinin təminatı olaraq kredit mütəxəssisinin iştirakı ilə İddiaçı ASC-nin “Yasamal” filialında kassaya təhvil vermişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh 3715 manat məbləğdə pul vəsaitini təhvil almışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli, YSLMB- 08059 saylı müqavilə üzrə Cavabdeh 15 aprel 2022-ci il tarixə 3414,42 manat əsas, 218,13 manat faiz borcu, 217,08 manat cərimə olmaqla, ümumilikdə 3849,63 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və girov müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli YSLMB-08059 saylı müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 217,08 manat cərimə azaldılaraq, 50 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli YSLMB-08059 saylı kredit müqaviləsi üzrə 3414,42 (üç min dörd yüz on dörd manat qırx iki qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 218,13 (iki yüz on səkkiz manat on üç qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 3682,55 (üç min altı yüz səksən iki manat əlli beş qəpik) manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi Cavabdeh girov qoyulmuş qızıl- zinyət əşyalarına yönəldilərək açıq hərracda satılmalı, girov qoyulmuş qızıl-zinyət əşyalarının satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, girov qoyulmuş qızıl-zinyət əşyalarının satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh tutulmalı, iddiaçının tələbi ödənildikdən sonra girov qoyulmuş qızılzinyət əşyalarının satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli YSLMB-08059 saylı kredit müqaviləsi üzrə 3414,42 (üç min dörd yüz on dörd manat qırx iki qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 218,13 (iki yüz on səkkiz manat on üç qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 3682,55 (üç min altı yüz səksən iki manat əlli beş qəpik) manat borc və 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəldilərək açıq hərracda satılsın. Girov qoyulmuş qızıl-zinyət əşyalarının satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. Girov qoyulmuş qızıl-zinyət əşyalarının satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. İddiaçının tələbi ödənildikdən sonra girov qoyulmuş qızıl-zinyət əşyalarının satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar