Məhkəmə qərarları › İş №e-2(004)-2679/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2679/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2679/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2100 manat məbləğində maddi zərərin, 41 manat dövlət rüsumunun və 325 manat hüquqi yardım üçün ödədiyi pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mercedes Benz C220 markalı ** CX *** dövlət qeydiyyat nömrəli avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bildirir ki, daha əvvəl tanımadığı Cavabdeh1 istifadəsində olan Mercedes Benz E230 markalı ** TK *** dövlət qeydiyyat nömrəli avtomobil ilə hərəkətdə olan zaman onun dayanmış vəziyyətdə olan Mercedes Benz C220 markalı ** CX *** dövlət qeydiyyat nömrəli avtomobilinə vurmuş və nəticədə ona 2100 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edir ki, dəymiş ziyanın məbləği məhkəmə ekspertiza mərkəzinin 9/1520 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh1in idarə etdiyi avtomobil digər Cavabdeh2 ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Avtomobilin sahibi isə Cavabdeh3dur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh1 və Azər Paşayevə şifahi şəkildə, digər cavabeh Cavabdeh2 ASC-yə isə yazılı şəkildə müraciət etmişəm. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Hadisəni törədən Cavabdeh1, avtomobilin mülkiyyətçisi Azər Paşayev, həmin avtomobili icbari qaydada sığorta edən isə Cavabdeh2 ASC-dir. Hesab edir ki, cavabdehlər buna görə hər biri məsuliyyət daşıyırlar. Ona görə də hesab edir ki, dəymiş ziyan cavabdehlərdən müştərək qaydada tutulub ona verilməlidir. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz ünvalayaraq bildirmişdir ki, aşağəda qeyd etdikləri xüsusatlara əsasən iddia "xxxx" ASC-yə münasibətdə təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində şirkətlərinə müraciət edərək müvafiq sığorta ödənişi tələb etmişdir. Tərəflərindən iddiaçıya xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanaraq baş vermiş hadisənin sığorta hadiəsi hesab edilməməsi və bu səbəbdən sığorta ödənişindən imtina edilməsi qeyd olunmuşdur. İddiaçıya ünvanlanmış cavab məktubundanda aydın olur ki, baş vermiş hadisə nəqliyyat vasitəsinin qaçırılması səbəbindən baş vermişdir. Bu halda isə İcbari sığorta haqqında qanun 52.1-ci maddəsinin təsviri hissəsində qeyd olunmuşdur ki, Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmçinin həmin məcəllənin 53.4-cü maddəsinə əsasən isə İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Göründüyü kimi qanun sığorta hadisəsi hesab olunmanı qanuni əsasla istifadə halında nəzərdə tutur. Lakin hazırki hadisədə nəqliyyat vasitənin idarə edilməsi qanuni əsas olmadan yəni qaçırılma əsasında baş vermişdir. Yuxarıda qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, məhkəmə baxış iclasına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, digər Cavabdeh1 barəsində İmişli Rayon Məhkəməsinin 1(036)- 51/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü var. O, həmin işdə zərərçəkmiş şəxs qismində cəlb olunmuşdur. Qeyd edir ki, İmişli Rayon Məhkəməsində dəymiş zərərin ödənilməsi üçün təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırmışdır. Avtomobil onun iradəsi xaricində qaçırılaraq yol hərəkət hadisəsi törədilib. Həmçinin, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Cavabdeh3 Azar oğluna məxsus “Mercedes E klass” markalı, **-TK-*** nömrə nişanlı avtomobilin kilid açarının üzərində olmasından istifadə edərək açar yuvasında olan açarla mühərriki işə salıb həmin yerdən uzaqlaşaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin tərkibi əlamətləri olduğundan fakta görə cinayət işi başlanaraq qəbul edilməklə ibtidai istintaq aparılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/1520 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, "Şahin-95" firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, "Mercedes Benz C 230" markalı, ** CX *** qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 2100,00 manat müəyyən edilir. O cümlədən- dəyişilməli hissələrin qiyməti 1380,00 manat; təmirbərpa işlərinin qiyməti - 720,00 manat təşkil edir. 23 fevral 2022-ci il tarixli zərər aktından görünür ki, “Mercedes” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı 1670 (min altı yüz yetmiş) manat maddi ziyan dəymişdir. 24 fevral 2022-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes-Benz C230 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı 3100 (üç min yüz) manat maddi ziyan dəymişdir. AR DİN İmişli rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 2022-ci il 15 fevral tarixdə saat 10:00-da Sumqayıt şəhərində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “Merdedes E klas 220 minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh3, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh1dur. Yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücünün sürücülük hüququ olmamış, sürücünün ayıq yoxsa sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. Hadisə nəticəsində İddiaçı mülkiyyətində olan “Mercedes-Benz C230 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dayanmış vəziyyətdə ikən zərər vurulmuşdur. Nəqliyyat vasitəsinin arxa sağ hissəsi, qabaq ön hissəsi zədələnmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 422 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri ərazisində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi üzrə icbari qaydada sığortalanmış “Mercedes Benz E230” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini vətəndaş Cavabdeh1 idarə edərkən, törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətinizdə olan “Mercedes Benz C220” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Vətəndaş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən məlum olmuşdur ki, sonuncu “Mercedes Benz E230” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisinin sahibliyindən qanunazidd götürərək qaçırmış, bundan sonra törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətinizdə olan “Mercedes Benz C220” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Qeyd olunanlara əsasən, Cavabdeh1 Cinayət Məcəlləsinin 185.1-ci maddəsi (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)) ilə təqsirləndirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış nvtonaqliyynt vasitəsini qıınunl əsaslarla istilaılə edəıı İstənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə oııılnk mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun istinad olunan normasının mənasına görə, sığortalanmış avtonəqliyynt vasitəsini qanuni əsaslar olmadan idarə edən şəxsin onu istismar etməsi ilə bağlı üçüncü şəxslər qarşısında yaranmış mülki məsuliyyətindən irəli gələn öhdəlikləri sığorta təminatına daxil edilmir. Baş vermiş yol-nəqliyyat hadisəsinin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən diqqətinə çatdırırlar ki, vətəndaş Cavabdeh1 yol-nəqliyyat hadisəsini “Mercedes Benz B230" markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərkən törətdiyindən, onun mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və mülkiyyətində olan avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə sizə sığorta ödənişinin verilməsindən imtina olunur. 28 aprel 2023-cü il tarixli ittiham aktından görünür ki, xx.xx.2004-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının voləndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Cavabdeh1 təqsirləndirilir ondan ötrü ki, o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirib qaçırmış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, 15 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 13- ci Mikrorayon ərazisində tanışı Cavabdeh3 məxsus “Mercedes-Benz E220 CDİ MlNlK” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsi işlərini yerinə yetirmək məqsədilə sahibi Cavabdeh3 icazəsi olmadan açar yuvasında olan açarla mühərriki işə salaraq avtomobili hərəkət etdirib oradan uzaqlaşmaqla talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 02 radələrində birlikdə İmişli şəhəri, Q.Qarayev küçəsində yerləşən X2 məxsus mağazaya qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 66 manat (altımış altı) dəyərində 20 qutu “Winston” markalı siqaret, 60 (altmış) manat dəyərində 20 qutu ‘LD' markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu "Palmall” markalı siqaret, 50 (əlli) manat dəyərində 20 qutu “Winchestr” markalı siqaret, 28,5 (iyirmi səkkiz manat əlli qəpik) manat dəyərində 15 qutu “Argo" markalı siqaret, 37,5 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 5 qutu “Ariel” markalı yuyucu toz, 23 (iyirmi üç) manat dəyərində 5 ədəd “Final” markalı duru yağ, 20 (iyirmi) manat dəyərində 20 ədəd 1 manatlıq “Azercell Telekom" MMC-yə məxsus kontur, 1 (bir) manat dəyərində ayaqqabı kremi və 300 manat nağd pulu gizli yolla talayaraq, C.S.Qurbanova ümumilikdə 636 (altı yüz otuz altı) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 1 aprel 2022-ci il tarixdə saat 04 radələrində birlikdə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən X4 məxsus “Elay Telekom" adlı telefon mağazasına qapını açaraq qanunsuz daxil olduqdan sonra oradan 130 (yüz otuz) manat dəyərində 1 ədəd “Samsung J4 Pkıs" markalı mobil telefon, 90 (doxsan) manat dəyərində 1 ədəd “Samsung J8" markalı mobil telefon və 70 (yetmiş) manat deyərində 1 ədəd "Huawei L31” markalı mobil telefonu gizli yolla talayaraq E.İ.Coforova ümumilikdə 290 (iki yüz doxsan) manat miqdarında ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 185.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 20 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixdək 2 (iki) gün və 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutularaq, ümumilikdə həbsdə saxlandığı 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, haqqında həbs qətimkan tədbiri seçilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh1 cəza çəkməsinin əvvəli barəsində hökm çıxarıldığı gündən, yəni 30 dekabr 2023-cü il tarixdən hesablanması, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 53 (əlli üç) gün, ümumilikdə 55 (əlli beş) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 02 (iki) ay, 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməsi, cəzanın icrasının Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İmişli rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00 -dan, səhər saat 07:00 - dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Qasımlı (İsmayılov) Allahşükür Əfraz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından azad edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilərək, Cavabdeh1 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulub Cavabdeh3 verilməsi hökm edilmişdir. Həmin hökmün məzmunundan görünür ki, “...Məhkəmə tərəfindən zərərçəkmiş şəxs Cavabdeh3 iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Zərərçəkmiş şəxs Cavabdeh3 mülki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Babaşlı Abduləzim Müşviq oğlundan ona dəymiş ziyana görə 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 cavabdeh qismində iddiaya cavab verən şəxs olmadığından, iddia ona münasibətdə təmin edilə bilməz və mülki iddia qismən təmin edilərək Cavabdeh1 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti tutulub Cavabdeh3 verilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 922.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.4-cü maddəsinə əsasən, Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 54-cü maddəsinə əsasən, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 15 fevral 2022-ci il tarixdə Cavabdeh1 “Mercedes Benz E230” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən İddiaçı mülkiyyətində olan “Mercedes-Benz C230 minik” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dayanmış vəziyyətdə olarkən toqquşmuşdur. Nəqliyyat vasitəsinin arxa sağ hissəsi, qabaq ön hissəsi zədələnmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 2100 manat maddi ziyan dəymişdir. Cavabdeh1 idarə etdiyi “Merdedes E klas 220 minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi digər Cavabdeh3dur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 15 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 13-cü Mikrorayon ərazisində tanışı Cavabdeh3 məxsus “Mercedes-Benz E220 CDİ MlNlK” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsi işlərini yerinə yetirmək məqsədilə sahibi Cavabdeh3 icazəsi olmadan açar yuvasında olan açarla mühərriki işə salaraq avtomobili hərəkət etdirib oradan uzaqlaşmaqla talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Göründüyü kimi Cavabdeh1 hadisəni törədərkən onun avtomobili idarə etmək səlahiyyəti olmamış, o, avtomobilə qanunsuz yolla sahib olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 53.4cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili qanunsuz əsasla idarə edən Cavabdeh1 mülki məsuliyyətə cəlb edilməlidir. Maddi zərərə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/1520 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, "Şahin-95" firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, "Mercedes Benz C 230" markalı, ** CX *** qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 2100,00 manat müəyyən edilir. O cümlədən- dəyişilməli hissələrin qiyməti 1380,00 manat; təmir-bərpa işlərinin qiyməti - 720,00 manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki məsuliyyətə cəlb olunan şəxs Cavabdeh1 olduğundan maddi ziyanın əvəzi olaraq 2100 (iki min yüz) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə (digər cavabdehlərdən tutulması hissəsində) iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Sumqayıt Regional Vəkil Bürosuna 325 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 325 (üç yüz) manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 2100 (iki min yüz) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 2100 (iki min yüz) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar