Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2683/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə “dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh verilmişdir. Cavabdeh avtomobili idarət edərkən xx.xx.2023-cü il tarixdə saat 18:22-də Sumqayıt şəhəri, Z.Hacıyev və C.Məmmədquluzadə küçələrinin kəsişməsində əks istiqamətli hərəkət istiqamətinə çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022ci il tarixli inzibati tənbeh haqqında TP ******* nömrəli qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilə 3734 manat maddi zərər dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinə əsasən müəyyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin 20-ci bəndinə əsasən müəyyən olunur ki, Tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə İcarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlirlər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə, heç bir qüsuru olmadan və bütün ləvazimatları yerində olmaqla İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh təhvil verilmişdir. Aktı Tərəflər imzalamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh haqqında TP ******* nömrəli qərara əsasən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ tərəfindən tərtib edilmiş 310 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol qanad buferləri, güzgüləri əzilmiş və sınmışdır. İş materiallarında olan RS avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərinj hesablanmasına dair akta əsasən müəyyən olunur ki, “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3734 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə predmeti olan nəqliyyat vasitəsinin qorunub saxlanılması İcarəçinin vəzifəsidir. Həmin Müqavilənin 1.6-cı maddəsinə əsasən, İcarəçi hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən İcarəyə verənə dəymiş zərəri ödəməyə borcludur. Həmin Müqavilənin 1.7-ci maddəsinə əsasən, İcarəçi yol nəqliyyat hadisəsi nəticəsində İcarəyə verənə dəymiş zərəri ödəməyə borcludur. Həmin Müqavilənin 1.8-ci maddəsinə əsasən, İcarəçi nəqliyyat vasitəsinin nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, delikt hüquq institutu sözügedən iddia tələbinin qanuni əsası qismində çıxış etməməlidir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delitk hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, Tərəflər arasında etibarlı icarə münasibətləri mövcuddur. Həmin münasibət xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi ilə rəsmiləşdirilmişdir. Sözügedən müqavilədə tərəflərin hüquq və vəzifələri (öhdəliklər), məsuliyyətin əsasları, şərtləri və hədləri müəyyənləşdirilmişdir. Bu səbəbdən, mübahisənin qanuni əsasını müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə şərtlər təşkil edir. Tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan və İcarə müqaviləsi ilə hazırki iddia tələbinin xüsusatları tənzimləndiyindən delikt hüquq institunun qanuni əsas qismində tətbiq olunması istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi bağlanılmışdır. Təhviltəslim aktına əsasən müqavilə predmeti olan “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil tam saz vəziyyətdə İcarəçi Cavabdeh təhvil verilmişdir. Aktın həqiqiliyi tərəflərin imzası ilə təsdiq edilmişdir. İcarə müqaviləsi ilə tərəflərin hüquq və öhdəlikləri müəyyənləşdirilmişdir. İcarəçi müqavilə üzrə öhdəliklərinə əməl etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi zərər dəymiş və Cavabdeh təqsiri müəyyən edilməklə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin icarə münasibətləri üzrə avtomobil normal amortizasiyadan artıq həddə aşınmaqla bir sıra ehtiyat hissələri yararsız hala salınmışdır. Nəticədə, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və “Ravon Nexia R3” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi nəticəsində İddiaçı 3734 (üç min yeddi yüz otuz dörd) manat zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut, sənəd, material, şifahi və ya yazılı mülahizə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş hüquqi yardıma görə 80 (səksən) manat, dövlət rüsumu qismində 59 (əlli doqquz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3734 (üç min yeddi yüz otuz dörd) manat pul və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 80 (səksən) manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3734 (üç min yeddi yüz otuz dörd) manat pul və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 80 (səksən) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2683/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2683/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver