Məhkəmə qərarları › İş №e-2(004)-2684/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2684/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2684/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olan 4.309 manat, hüquqi xidmət üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 65 manat, ümumilikdə 4.474 (dörd min dörd yüz yetmiş dörd) manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 03 sentyabr 2022-ci il tarixdə, saat 14:47-də Bakı şəhəri, Balaxanı neft yaşayış sahəsində yol nişanlarının tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə tənbeh tədbiri təyin edilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 4.309 manat tələb olunmuşdur. Lakin Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 4309 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 4.309 manat zərər dəymişdir. Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Belə ki, Cavabdeh ilə iddiaçının arasında bağlanmış 19 may 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən Cavabdeh 4.309 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 65 (altmış beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 4474 (dörd min dörd yüz yetmiş dörd) manat pul vəsaiti tutulması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı zamanı təyin edilmiş ekspertiza tədqiqatı əsasında verilmiş rəy ilə qismən razıdır. Belə ki, avtomobilin təmiri ilə bağlı görülən işlər üzrə xidmətin dəyəri cəmi “RS Avtoservis”in hesabatına əsasən 2.386 manat qeyd olunsa da, hazırkı ekspert rəyinə əsasən bu məbləğ 1.986 manat qeyd edilmişdir. Baxmayaraq ki, ekspert öz rəyini onunla əsaslandırmışdır ki, avtoservis müəssisələrinin səviyyəsindən asılı olaraq təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Buna görə də “RS Avtoservis”in qüsur aktında qeyd olunan xidmət haqqının əsas götürülməsini xahiş edir. Həmçinin bildirir ki, cavabdeh tərəfindən depozit hesabına 1000 manat məbləğində vəsait qoyulmasını etiraf edir, lakin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs onun təhvil verdiyi vaxtdan üç aydan tez qaytararsa, depozit məbləği ona geri qaytarılmır, üç aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə qeyd olunur. Təhvil verilərkən İcarəyə götürən şəxsin borcu olduğu halda həmin borc depozit məbləğindən tutulur. Hazırki halda cavabdeh qəza törətdikdən sonra özü könüllü şəkildə nəqliyyat vasitəsini geri qaytararaq bildirmişdir ki, onun təmiri üçün maddi imkanı yoxdur. Nəqliyyat vasitəsi 3 aydan sonra mülkiyyətçiyə qaytarıldığından depozit hesabının yarısı geri qaytarılmalıdır. Eyni zamanda nəqliyyat vasitəsi mülkiyyətçiyə geri qaytarılarkən onun üzərində 91 manat həcmində inzibati cərimələrin olması aşkar edilmişdir. Buna görə də cavabdeh tərəfindən törədilmiş inzibati xətalar üzrə ona təyin edilmiş cərimələrə görə cəmi 91 manat məbləğ onun depozit hesabından ödənilmişdir. Hazırda depozit hesabı üzrə cavabdehə qaytarılmalı olan məbləğ 409 manat təşkil edir. O, izahatında göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Bununla yanaşı cavabdehdən iddiaçının xeyrinə maddi ziyan tutularkən ona qaytarılmalı olan 409 manat məbləğin nəzərə alınmasına etiraz etmir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ziyan məbləği ilə razı deyil. O, həmçinin avtomobili götürərkən 1000 manat depozit məbləği vermişdir. Həmin depozit məbləğinin nəzərə alınmasını xahiş edir. İddianı qismən etiraf edir, belə ki, o, avtomobilə vurulan ziyanın iddia tələbində qeyd olunandan az miqdarda təkil etdiyini hesab edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - BA124374 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən edilir ki, 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. - icarəyə verən qismində İddiaçı ilə icarəyə götürən qismində Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən onun mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin: 1.6-cı bəndinə əsasən icarəyə götürən şəxs onun hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə və 1.7-ci bəndə əsasən yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. 1.9-cu bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini İcarəyə verən şəxs heç bir məsuliyyət daşımır. 2-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadıqda nəqliyyat vasitəsini İcarəyə verən şəxs birtərəfli qaydada nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən alır və müqaviləyə xitam verir. 4-cü bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, üç aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə qeyd olunur. Nəqliyyat vasitəsini İcarəyə verən şəxsə nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin depozit məbləğindən tutulur. 6-cı bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən nəqliyyat vasitəsini İcarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir. 8-ci bəndinə əsasən bu müqavilə bitdikdə, istifadə olunmamış depozit məbləğinin 50 faizini nəqliyyat vasitəsini İcarəyə verən şəxs geri nəqliyyat vasitəsini İcarəyə götürən şəxsə qaytarmalıdır. 9-cu bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs geri qaytararsa və ya nəqliyyat vasitəsini İcarəyə götürən şəxs qaydalara əməl etmədiyi halda nəqliyyat vasitəsini İcarəyə verən şəxs tərəfindən geriyə alınarsa, həmin vaxta qədər nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən ödədiyi pul geri qaytarılmır. 15-ci bəndinə əsasən X2 tərəfindən nəqliyyat vasitəsini İcarəyə götürən şəxsə yazılmış inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini İcarəyə verən şəxs nəqliyyat vasitəsinin istismarı və nəqliyyat vasitəsinin təhvil verilməsini İcarəyə götürən şəxsdən tələb etmək hüququna malikdir. - Cavabdeh tərəfindən imzalanmış qəbzin surətinə əsasən müəyyən olunur ki, o, avtomobil icarəsinə görə 1.000 manat depozit qoyquğunu, əgər 3 ay ərzində avtomobili geri qaytararsa qoyduğu depoziti tələb etmək hüququnun olmadığını, əgər 3 aydan sonra qaytararsa avtomobilə dəymiş maddi ziyan məbləğləri çıxılmaqla 500 manat məbləğində pulun ona qaytarılmalı olduğunu bildirmişdir. - xx.xx.2022-ci il tarixli, 7E-4933 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. - Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “RS Avtoservis” şirkətinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə istifadə olunacaq ehtiyat hissələrinin dəyəri cəmi 1923 manat, görüləcək təmir işlərinin dəyəri isə, dəmirçi işi – 1200 manat, rəngsaz işi – 770 manat, plastmasçı işi – 20 manat, motorist işi 200 manatkimyəvi təmizləmə 50 manat, elektrik işləri 58 manat, diskin təmiri – 8 manat, çilingər işi 80 manat olmaqla, cəmi 2.386 manat, ümumilikdə avtomobilin ehtiyat hissələri və təmiri birlikdə 4.309 (dörd min üç yüz doqquz) manat təşkil edir. - Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/4874 nömrəli ekspert rəyindən görünür ki, “RS Avtoservis”in tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci və avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.637 manat müəyyən edilir. - iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətinə əsasən müəyyən olunur ki, cavabdehin barəsində tərtib edilmiş İXP4868769 nömrəli protokola əsasən İXM-in 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş 50 manat cərimə xx.xx.2022-ci il tarixdə, EQ10723851 nömrəli protokola əsasən İXM-in 328.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş 11,5 manat cərimə xx.xx.2022-ci il tarixdə, EQ10863175 nömrəli protokola əsasən İXM-in 328.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş 11,5 manat cərimə xx.xx.2022-ci il tarixdə, EQ12572457 nömrəli protokola əsasən İXM-in 346.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş cərimə üzrə 18 manat xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə icarəyə verilmişdir. Cavabdehə həmçinin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə saat təxminən 14:47 radələrində “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Balaxanı neft yaşayış sahəsi, 91 ünvanında yol nişanlarının tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə o, Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisənin törədilməsində Cavabdeh İXM-in 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilinə dəymiş maddi ziyana görə 4309 manat, ona hüquqi yardım göstərilməsi ilə bağlı çəkilən xərclərə görə 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 65 manat olmaqla, cəmi 4474 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh tərəf isə yol nəqliyyat hadisəsinin törədilməsində onun təqsirinin olmasını etiraf edir, lakin iddia tələbi həcminin artıq olması əsası ilə qismən qəbul etdiyini bildirir və icarə müqaviləsi ilə əvvəlcədən ödənilmiş depozit məbləğinin nəzərə alınmasını xahiş edir. Məhkəmə əvvəla iddiaçıya məxsus avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. İş materiallarında toplanmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi mübahisəsizdir. Lakin iddiaçı özəl servis tərəfindən verilmiş qüsur aktına istinad edərək avtomobilə 4309 manat məbləğində ziyan dəydiyini bildirsə də, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin dəyişilməli ehtiyat hissələri və təmir-bərpa xərci ümumilikdə 3.637 manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/4874 nömrəli ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş “RS Avtoservis”in xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri 2.386 manat, həmin işlərin dəyəri Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə əsasən 1.986 manat olmaqla fərqlilik təşkil edir. Bu hal isə özü-özlüyündə məlumatın doğruluğuna şübhə yaradır. Hansı ki, qüsur aktında dəyərləndirmənin hansı meyarlara görə aparılması əsaslandırılmamışdır. Bundan başqa, iddiaçı tərəfindən göstərilən ümumi məbləğin, yəni 4.309 manat ödənişin təmiri həyata keçirən “RS Avtoservis” tərəfindən avtomobilin ümumi vəziyyətinin və dəyişdirilməli olan ehtiyat hissələrinin fotoşəkilləri qüsur aktına əlavə edilməmiş, iddiaçı tərəfindən isə buna dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4874 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Ravon Nexia R3” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 3.637 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərər məbləği ilə yanaşı tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri də nəzərə alınmalıdır. Belə ki, ilk növbədə müqavilənin 3-cü bəndinə əsasən müəyyən olunur ki, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs - cavabdeh 1.000 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə - iddiaçıya ödəmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, üç aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozit məbləğindən tutulur. Hazırkı halda isə xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən 4 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və cavabdeh avtomobili iddiaçıya qaytarmışdır. Deməli, müqavilə üzrə icarə münasibətləri yarandıqdan 3 ay sonra avtomobil iddiaçıya qaytarıldığından depozit məbləğinin 50%-i (500 manat) icarəyə götürənə geri qaytarılmalı idi. Hansı ki, bu halı iddiaçı özü də etiraf edir. Lakin iddiaçı eyni zamanda müqavilənin 15-ci bəndinə istinad edərək bildirir ki, nəqliyyat vasitəsi cavabdehin isitifadəsində olan müddət ərzində onun tərəfindən yol hərəkəti qaydaları əleyhinə törədilmiş inzibati xətalara görə cavabdehə təyin edilmiş inzibati cərimə məbləğlərini 91 manat həcmində ödədiyindən həmin ödənilmiş məbləğin də nəzərə alınmasını xahiş edir. İddiaçı tərəfindən iş materiallarında əlavə edilmiş qəbzlərin surətinə əsasən müəyyən olunur ki, cavabdeh barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarlar üzrə cəmi 91 manat məbləğində cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh isə bu hala münasibət bildirməmiş və bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində hesablanmış cərimələrin ümumi məbləği olan 91 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilməsini və tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci və 15-ci bəndinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən depozit hesabından cavabdehə qaytarılmalı olan pul 409 manat təşkil etdiyindən və müqavilə öhdəliklərinə əsasən həmin məbləğ vurulan ziyana münasibətdə nəzərə alınmalı olduğundan, məhkəmə tərəfindən də həmin məbləğ nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi ziyan məbləğindən iddiaçı tərəfindən cavabdehə ödənilməli olan 409 manat çıxılmalı və (3637-409=3228) cavabdehdən iddiaçının xeyrinə tutulacaq maddi ziyanın məbləği 3.228 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı həmçinin vəkilə çəkilən xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətə görə çəkilən xərclərin əvəzi olaraq pul tələbi ilə bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, 14 saylı vəkil bürosunun hesabına İddiaçı tərəfindən 120 manat ödəniş həyata keçirilmişdir. Hazırki mülki iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 03125936 nömrəli vəkil orderindən isə görünür ki, İddiaçı vəkili Nümayəndə 14 saylı vəkil bürosunda xidmət edir. Göründüyü kimi, 14 saylı vəkil bürosunun hesabına İddiaçı tərəfindən 120 manat ödəniş edildiyi müəyyən edilsə də, iddiaçı hüquqi yardım üçün 100 manat məbləğində pul tələb etdiyindən cavabdehdən hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 100 (yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən – 3.228 manat hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,28 (əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq 3.228 (üç min iki yüz iyirmi səkkiz) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 100 (yüz) manat olmaqla, cəmi 3.328 (üç min üç yüz iyirmi səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,28 (əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizsıanın xərci olan 100 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq 3228 (üç min iki yüz iyirmi səkkiz) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 100 (yüz) manat olmaqla, cəmi 3328 (üç min üç yüz iyirmi səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,28 (əlli üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertizaların xərcinin əvəzi olaraq 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar