Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2685/2022 07.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 Xeybər oğlunun və Nümayəndə3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” ilkin, iddiaçı Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat borcun və 196,20 manat dövlət rüsumunun, xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan, 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat borcun və 121,08 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********261 və **********268 saylı, xx.xx.2022 tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə kredit üzrə cəmi borcu 35399,24 manat təşkil edir. Bundan 28023,09 manat əsas, 6788,76 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK271219-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə kredit üzrə cəmi borcu 10359,04 manat təşkil edir. Bundan 7686,29 manat əsas, 2589,29 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu təşkil edir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 1600 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 400 manat məbləğində ödənişlər etmişdir İddiaçı Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə aralarında bağlanılmış xx.xx.2018ci il tarixli, ƏNK06-151018/111473 saylı, xx.xx.2019-cü il tarixli ***-*******ƏNK271219-01 saylı və xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o zaman AmrahSığorta Şirkətində işləmişdir. "xxxx" ASC-nin rəhbərliyi onlara işlədiyindən istifadə edərək, onun və yaxınlarının, işçilərinin adlarına bir necə dəfə kredit rəsmiləşdirərək, götürmüşdürlər. Kreditlər rəsmiləşdirəndə ona narahat olmaması üçün zəmanət vermişdirlər. Həqiqətən də ilk zamanlar həmin kreditlər X4 tərəfindən götürüb bağlanmışdır. Belə ki, ona aid Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən 26 dəfə, cəmi 6 milyondan artıq təminatsız kredit götürmüşdür. Təbii ki, təminatsız krediti heç bir bank vermir. Elə bu kreditlərin təminatsız olması əslində kreditlərin ona aid olmamasının subutudur. Kreditlər onun və anasının və bir necə işçilərin adlarına rəsmiləşdirilmiş və sonradan da elə "xxxx" ASC tərəfindən də ödənilmişdir. X6 adına 470000 manat təminatsız kredit, işçisi Təranə Abbasovanın adına iki kredit, ******* manat və 860000 manat təminatsız kredit rəsmiləşdirilmişdir. Bu kredir müqavilələrində heç birinin də imzalar yoxdur. Sonradan, bankın özündə problemlər yaranandan sonra bu cür kreditlərin ödənişində çətinliklər yaranmışdır. Nəticədə o və yaxınları əziyyət çəkməyə başlamışdır. "xxxx" ASC-nin sahiblərdən biri olan X5 ilə bağlı o və yaxınları DTX-nə çağırılmış və elə orada izahat verilərək, bir daha bildirilmişdir ki, bu kreditlər Yunis İldırımzadəyə aiddir. "xxxx" ASC ləğv olunandan sonra və kreditlər bağlanılmadıqda işçilərindən biri Təranə Abbasova "xxxx" ASC-ni ləğvedicini məhkəməyə vermiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, onun adına rəsmiləşdirilmiş kredit müqaviləsindəki imza saxtadır. Nəsimi rayon məhkəməsi bununla bağlı xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul etmişdir və Təranə Abbasovanın adına olan kredit müqavilələri etibarsız hesab edilmişdir. Elə o ərəfədə anasının krediti ilə bağlı maraqlanmış və məlum olmuşdur ki, həmin krediti özləri bağlamışdır. Lakin onun özünün adına olan, imzaları olmayan müqavilələr üzrə kreditlər isə bağlanılmamışdır. Əlavə olaraq bildirir ki, adına rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, 261115/111473 saylı kredit müqaviləsi üzrə 36200 manat borc vaxtında ödəmilmədiyindən üzərinə gələn faizlər kapitallaşdırılaraq adına yeni borc olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Ustəlik Kredit Bürosundan çıxarışdan məlum olmuşdur ki, adına olmuş 2019-cü götürülmüş ******* manat kreditin 65021,89 manat vəsaiti ödənilməmişdir, halbuki bu kredit də "xxxx" ASC tərəfindən götürüldüyündən, elə onlar da bağlamalı idilər. Bundan əlavə, onun kredit tarixçəsində 510.400 ABŞ dollar var. Həmin borc öncədən Əmrah İldırımzadənin adına rəsmiləşdirilmiş, sonradan onun adına sənədləşdirilmişdir, yekunda isə həmin kredit üzrə borc "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu da bir daha onun adına açılmış kreditlərin reallıqda "xxxx" ASC-nin rəhbərliyinə aid olmasına dəlalət edir. Bütün bunlar barədə Əmanətlərin Sığortalanma Fonduna yazılı müraciət etmişdir. Adına olan həm bu iş üzrə kredit müqavilələri, həm də digər kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119- 01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri Nümayəndə2 Xeybər oğlu və Nümayəndə3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını, ilkin iddia tələbinin əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli “əməkdaşlara güzəştli nağd pul kreditin verilməsi haqqında” qərarının surətindən görünür ki, Amrah Sığorta Şirkətində işləyən Cavabdeh 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********267 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********224 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya Cavabdeh sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərti-sərbəst imza nümunəsi qismində mülki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası; eksperimental imza nümunələri qismində mülki işin108-110-cu vərəqlərində olan imzaları təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə, xx.xx.2018-ci il tarixli № ƏNK-06-151018/111473 nömrəli, xx.xx.2019-cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli və xx.xx.2019-cu il tarixli A 7111473DQK211119-01 nömrəli bank hesabı və kredit müqavilələrinin əsillərinin təqdim olunması barədə vəsatət verilmiş, xx.xx.2022-ci il tarixdə vəsatət qismən təmin edilmiş, Cavabdeh adından olan 21.11,2019-cu il tarixli ***-*******DQK211119-01 nömrəli bank hesabı və kredit müqaviləsinin əsli təqdim edilməmişdir. Tədqiq olunan imzalar, ekspertrizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan və xx.xx.2019-cu il tarixli № 012-711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, gəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqavilsi üzrə üzrə borcu xx.xx.2020-ci il tarixdə və xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə tam olaraq ödənilmişdir və dövrün sonuna qalıq yoxdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqavilsi üzrə 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu və xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu vardır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, ilkin iddia üzrə iddiaçı LPO ”Amrahbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən kredit müqavilələrinin imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iddiaçı bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdır. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. 339.6-cı maddəsinə görə isə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Beləliklə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı və xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin əhəmiyyətsiz əqd olması, həmin əqdlərin bağlanılmasında iddiaçının şəxsən iştirak etməməsi, İddiaçı ASC-nin vəzifəli şəxslərinin Cavabdeh Amrah Sığorta Şirkətində işləməsindən istifadə edərək, onun adından kredit rəsmiləşdirməklə götürmələri və müəyyən müddət ödənişlər etmələri müəyyən edilmişdir. Həmçinin, İddiaçı ASC-nin vəzifəli şəxsləri tərəfindən bu növ qanunsuzluqların edilməsi təkcə Cavabdeh ilə yekunlaşmamışdır. Belə ki, iş mataeriallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsindən də görünür ki, iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit müqavilələrinin və onlara ediİmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, eyni zamanda, İddiaçı ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arrasında kredit müqavilələrinin mağlanması və həmin müqavilələr üzrə ona pul məbləğinin verilməsi öz təsdiqini tapmadığına görə, xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrəli və xx.xx.2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələri etibarsız hesab edilməklə, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 4/1025 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 126 manat təşkil etməklə dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 121,08 manat dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildirindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 manat ekspertiza xərcinin 100 manatı X3, 100 manatı X1 dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” ilkin iddiası təmin edilməsin. Ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli və 27 dekabr 2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələri etibarsız hesab edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli və 27 dekabr 2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyi cavabdeh LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh verilsin. İş üzrə məhkəmə məsrəfi olan 126 (iki yüz) manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2685/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2685/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver