Məhkəmə qərarları › İş №e-2(004)-2686/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2686/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2686/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, RBYF- 5850 sayli kredit kredit müqaviləsi üzrə kreditə görə 6836,85 manat əsas, faiz borcuna görə 4290,99 manat, cərimə borcuna görə 18 manat olmaqla, cəmi 1145,84 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 124 manat məbləğində pulun tutulması; Cavabdeh2 məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, kulon-1 ədəd, çəkisi - 8,6 qr, əyarı - 880; üzük - 1 ədəd, çəkisi - 10,3 qr, əyan - 750; sırğa - 1 ədəd, çəkisi - 5,5 qr, əyarı - 583; hil - 40 ədəd, çəkisi - 22 qr, əyarı - 500; bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə 11145,84 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 124 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan Cavabdeh2, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh2 və Cavabdeh1 digər əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinə əsasən illik 26 % dərəcəsi olmaqla 24 ay müddətinə məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi) Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixli, RBYF-5 müqaviləsi üzrə borcunun məbləği kreditə görə 6836,85 manat əsas, faiz borcuna görə 4290,99 manat, cərimə borcuna görə 18 manat olmaqla, borcun cəmi məbləği 11 145,84 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, RBYF- 5850saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: kulon - 1 ədəd, çəkisi - 8,6 qr, əyarı - 880; üzük - 1 ədəd, çəkisi - 10,3 qr, əyan - 750; sırğa - 1 ədəd, çəkisi - 5,5 qr, əyan - 583; hil - 40 ədəd, çəkisi - 22 qr, əyarı – 500. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, pandemiya ilə əlaqədar maddi vəziyyətində yaranmış problemə görə borcu ödəyə bilməmişdir. Tələb olunan faiz və cərimə məbləği ilə razı deyildir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh1 izahatında bildirdi ki, həyat yoldaşı işləmir, özü isə pensiya alır. Borcu ödəməyə maddi imkanları yoxdur. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBYF-5850 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 26 faiz hesablanmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 24 ay ərzində hər ay 538,77 manat (sonuncu ay 537,49 manat) məbləğində pul ödəməli idi. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBYF-5850 nömrəli saxlanc girov müqaviləsinin məzmunundan və saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli, RBYF-5850 aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, RBYF-5850 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 özünə məxsus olan və 2238 manat məbləğində qiymətləndirilmiş 46,4 qram həcmində qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBYF-5850 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə bank qarşısında 6836,85 manat əsas, 4290,99 manat faiz borcu, 18 manat cərimə borcu olmaqla, cəmi 11145,84 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı 30 oktyabr 2020-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən, borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3875 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 7136,85 manat əsas borc və 3394 manat faiz borcu olmaqla, cəmi 10530,85 manat müəyyən edilir. Həmçinin qeyd edilmişdir ki, hazırki eksperitza zamanı hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 300 manat ödəniş edilmişdir. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən sonradan ödənilən 300 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 26 faiz olmaqla, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsinə əsasən 6836,85 manat əsas borc və 4290,99 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3875 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə 7136,85 manat əsas borc və 3394 manat faiz borcu olmaqla, cəmi borcu 10530,85 manat müəyyən edilmişdir.Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 300 manat ödəniş edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 3394 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, əsas borc ekspert rəyinə əsasən müəyyən edilmiş əsas borcun məbləğindən cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənilmiş 300 manat çıxılmaqla ekspert rəyinə və maliyyə arayışına əsasən 6836,85 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə əsas borca hesablanmış 18 manat cərimə borcu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanıн saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən 2238 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı girov predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da girov saxlayanın girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (girov saxlayan) hazırda girov predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, saxlanc girov müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb girov qoyulmuş və cavabdehə məxsus olan zinət əşyaları çəkisi - 8.6 qr, əyarı-880 olan 1 ədəd klon; çəkisi – 10.3 qr, əyarı-750 olan 1 ədəd üzük; çəkisi – 5.5 qr, əyarı-583 olan 1 ədəd sırğa; çəkisi – 22 qr, əyarı-500 olan 40 ədəd hil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyana qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid ediir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə 6836,85 (altı min səkkiz yüz otuz altı manat səksən beş qəpik) manat əsas borc, 3394 (üç min üç yüz doxsan dörd) manat faiz borcu, 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 10248,85 (on min iki yüz qırx səkkiz manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124 (bir yüz iyirmi dörd) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus qızıl zinət əşyalarına (çəkisi - 8.6 qr, əyarı-880 olan 1 ədəd klon; çəkisi – 10.3 qr, əyarı-750 olan 1 ədəd üzük; çəkisi – 5.5 qr, əyarı-583 olan 1 ədəd sırğa; çəkisi – 22 qr, əyarı-500 olan 40 ədəd hil) yönəldilməli, həmin zinət əşyaları açıq hərrac yolu ilə realizə edilməlidir. Zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 qaytarılmalıdır. Qızıl zinət əşyaları hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə 6836,85 (altı min səkkiz yüz otuz altı manat səksən beş qəpik) manat əsas borc, 3394 (üç min üç yüz doxsan dörd) manat faiz borcu, 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 10248,85 (on min iki yüz qırx səkkiz manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124 (bir yüz iyirmi dörd) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus qızıl zinət əşyalarına (çəkisi - 8.6 qr, əyarı-880 olan 1 ədəd klon; çəkisi – 10.3 qr, əyarı-750 olan 1 ədəd üzük; çəkisi – 5.5 qr, əyarı-583 olan 1 ədəd sırğa; çəkisi – 22 qr, əyarı-500 olan 40 ədəd hil) yönəldilsin. Həmin zinət əşyaları açıq hərrac yolu ilə realizə edilsin. Zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. Qızıl zinət əşyaları hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar