Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2723/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 6863,30 (altı min səkkiz yüz altmış üç manat otuz qəpik) manat; mülkiyyətində olan “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 3400 (üç min dörd yüz) manat; mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pul məbləğin, 250 manat ekspert xidmət haqqı və 300 manat vəkil xərci olmaqla, cəmi 11813,3 (on bir min səkkiz yüz on üç manat otuz qəpik) manat məbləğində pul vəsaitinin, o cümlədən tərəfindən ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində məhkəmə rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 12:35 radələrində, Bakı şəh., Nərimanov rayon, F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsi istiqamətdə üzü N.B.Yusifbəyli küçəsi istiqamətdə tunelin içərisində sağdan 2-ci zolaqla hərəkət etmiş qarşıdan gələn “Volksvagen Caddy” markalı, ** UJ *** d.q.n avtomobilin sürücüsü əks zolağa çıxaraq iddiaçıya məxsus **-XD-*** d.q.n avtomobillə toqquşmuş daha sonra zərbənin təsirindən idarəetmədən çıxan maşın 1-ci zolaqla hərəkətdə olan “Nissan Teana” markalı, **-RF-*** d.qn avtomobillə sol yan hissəsindən onun avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsin sürücü X7, və sərnişin X6 xəsarət almış və mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Həmçinin BB659755 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** UJ *** d.q.n “Volksvagen Caddy” yük markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Toğrul Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Cavabdeh2un AR İXM-nin 327.8-ci maddəsilə inzibati məsulliyyətə cəlb olunması məqsədi ilə toplanmış materiallar Nərimanov RPİ DYPŞ-si vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 barəsindən İXM 327.8-ci maddəsilə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)-485/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh2 İXM 327.8-ci maddəsilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Avtomobil Paşa Sığorta ASC-də icbari sığortalanmışdır. Optimal servis tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından göründüyü kimi “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 10 990 (on min doqquz yüz doxsan) manat məbləğində qiymətləndirilmişdir. Lakin, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində ona və avtomobilinə dəyən ziyan nəticəsində cavabdeh tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfindən avtomobilinin icbari sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və icbari sığorta müqaviləsi üzrə həmin şirkət tərəfindən 4036,70 manat sığorta ödənişinin maddi ziyanın əvəzi olaraq qismən ona ödənilmişdir. Belə ki, qeyd edilən şəxsin təqsiri səbəbindən digər avtomobilə ziyan dəydiyindən sığorta məbləği iki avtomobil arasında bölünmüşdür. Göründüyü kimi, icbari sığorta müqaviləsi üzrə Paşa Sığorta ASC tərəfindən də maddi ziyanın vurulması təsdiqlənmiş və həmin şirkət icbari sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəlik üzrə icbari sığorta ödənişini (4036.70 manat) maddi ziyanın əvəzi olaraq pul şəklində qismən ona ödəmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği (4036,70 manatı) qüsur aktı ilə təsdiq edilmiş maddi zərərin ümumi məbləğindən (10900 manatdan) çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 6863,30 (altı min səkkiz yüz altmış üç manat otuz qəpik) manat məbləğində pulun tutularaq kompensasiya şəklində ona ödənilməsi zərurəti vardır. Bundan əlavə qeyd etmişdir ki, mülkiyyətində olan “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil tam komplektasiyalı model olduğu üçün və avtomobilinə dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 20 000 ABŞ dolları (34000 manat) olduğunu nəzərə alsaq, minimum 10% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq o, mülkiyyətçi kimi təxmini 2000 ABŞ dolları (3400 manat) civarında əlavə zərərə uğramışdır. Həmçinin Turbo.az saytından avtomobilin qiyməti barədə çıxarış qoşmaya əlavə edilir. Qeyd etmişdir ki, həmin ziyanın vurulması nəticəsində o, həm də dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 1000 manatın tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1dır. Avtomobil etibarnamə əsasında istifadə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Daha sonra inzibati iş olub. Qəza zamanı şəxslərə yüngül zərər dəymişdir. Avtomobilin qiyməti ilə bağlı internetdən ən aşağı qiymətli başqa avtomobillərin qiymətini məhkəməyə təqdim etmişlər. Avtomobil təmir edilib. Mənəvi zərər dedikdə, iddiaçı hadisədən sonra sarsıntı keçirmiş, bir müddət işə gedə bilməmişdir. Cavabdehlər isə bugünə kimi iddiaçı ilə əlaqə saxlamamış, maraqlanmamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və X3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə cavabdehlərə məxsus telefon nömrələrinə SMS bildiriş göndərilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2010-cu il buraxılışlı, “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. - Cavabdeh2 Nərimanov RPİ-nin Təhqiqat şöbəsində vermiş olduğu izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirir ki, qeyd olunan tarixdə saat 12.35 radələrində etibarnamə əsasında idarə etdiyi “Volksvagen Caddy” yük markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə N.B.Yusifbəyli küçəsi istiqamətindən üzü Həsənoğlu küçəsi istiqamətində saödan 3-cü zolaqda saatda 55 km sürətlə hərəkət edirdilər. Düzünə hərəkətdə olan zaman qəflətən idarəetməni itirmiş və əks zolağa keçərək F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsi istiqamətində sağdan 2-ci zolaqla hərəkət edən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə onun avtomobilin ön hissəsi toqquşmuşdur. Zərbənin təsirindən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirdi və özündən sağda hərəkət edən “Nissan Teana” markalı, **-RF-*** d.qn avtomobilin sol yan hissəsinə çırpılaraq dayanmışdır. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Toğrul Məmmədovun 08 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Təhqiqat Şöbəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində “Volksvagen Caddy” yük markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətmişdir. - “Optimal-M” servisin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 10990 manat təşkil edir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı töərtməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 9900 manat təşkil edir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən Paşa Sığorta şirkəti tərəfindən X9 4036,70 manat sığorta ödənişi ödənilmişdir. - “X8 Mərkəzi” MMC-nin YDQM 004-122/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 8700 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. - “X8 Mərkəzi” MMC-nin YDQM 004-122/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirmə rəyi tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd etmişdir ki, təqdim edilmiş hesabatda texniki yanlışlığa yol verilmiş və “Mercedes Benz GL 550” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması cədvəlinin rəngsaz hissəsində 1000 (bir min) manat əvəzinə 100 (yüz) manat qeyd edilmişdir. Nəticədə isə yekun məbləğ 9600 (doqquz min altı yüz) manat əvəzinə 8700 (səkkiz min yeddi yüz) manat olmuşdur. Həmin texniki yanlışlıqların düzəlişini aşağıdakı kimi nəzərə alınmasını xahiş etmişdir: “Mercedes Benz GL 550” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 9600 manat (doqquz min altı yüz) olaraq müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh2 olan “Volksvagen Caddy” yük markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “Mercedes Benz GL 550” markalı, **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nərimanov rayon Təhqiqat Şöbəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. “Optimal-M” servisin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 10990 manat, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən isə 9900 manat qiymətləndirmişdir. “X8 Mərkəzi” MMC-nin YDQM 004-122/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 8700 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İddiaçı hal-hazırda onun mülkiyyətində olan “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 6863,30 (altı min səkkiz yüz altmış üç manat otuz qəpik) manat; mülkiyyətində olan “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 3400 (üç min dörd yüz) manat; mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pul məbləğin, 250 manat ekspert xidmət haqqı və 300 manat vəkil xərci olmaqla, cəmi 11813,3 (on bir min səkkiz yüz on üç manat otuz qəpik) manat məbləğində pul vəsaitinin, o cümlədən tərəfindən ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində məhkəmə rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman Cavabdeh2 idarə etdiyi avtomobil cavabdeh X2 mülkiyyətində olsa da, Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş zərərin cavabdeh mülkiyyətçi X4 hissəsində əsaslı olmadığından təmin edilməməli, Cavabdeh2 tutulmalıdır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası haqqında Qanununun 10.1.-ci maddəsinə əsasən, Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 10.3-cü maddəsinə əsasən, hər bir icbari sığorta növü üzrə sığorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur. 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Məhkəmə dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 9600 manat həddində, avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş zərər üzrə isə onun normal vəziyyətdə 2025-ci ilə olan bazar qiymətinin (23.000 – 28000 manat) 10%-i məbləğində, yəni (23000+9600=32600x10%) 3260 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 4036,70 manat məbləğ nəzərə alınmalıdır. Tutulmalı məbləğə münasibətdə məhkəmə qeyd edir ki, “X8 Mərkəzi” MMC-nin YDQM 004-122/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən “Mercedes Benz GL 550” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 9600 manat müəyyən olunduğundan, 4036,70 manat sığorta ödənişi çıxılmaqla qalıq 5563,30 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı məxsus olan daşınar əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri 28 saylı vəkil bürosuna 320 (üç yüz iyirmi) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəkil orderinə əsasən Bakı şəhəri 28 saylı vəkil bürosu tərəfindən 8469/2025 saylı müqaviləyə əsasən Vəkil hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 5563,30 (beş min beş yüz altmış üç manat otuz qəpik) manat, avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 3260 (üç min iki yüz altmış) manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 9023,30 (doqquz min iyirmi üç manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (yüz iyirmi altı) manatın 96 (doxsan altı) manat hissəsi və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə ödənilmiş 250 (iki yüz əlli) manat ekspert xidmət haqqı iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh2 tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 5563,30 (beş min beş yüz altmış üç manat otuz qəpik) manat, avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 3260 (üç min iki yüz altmış) manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 9023,30 (doqquz min iyirmi üç manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (yüz iyirmi altı) manatın 96 (doxsan altı) manat hissəsi və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə ödənilmiş 250 (iki yüz əlli) manat ekspert xidmət haqqı iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh2 tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2723/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2723/2025
14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver