Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-273/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyətinə qarşı “mənzillə təmin olunma, mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyəti Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olmuş və sonradan dağılmış ünvan 1 ünvanında mövcud olmuş mənzilinin əvəzinə ona 51 600 manat dəyərində kompensasiya ödənilməsi ilə onun həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 2 otaqlı, ümumi yaşayış sahəsi 401 kv.m olan mənzilinin onun razılığı olmadan sökülməsinin qanunsuz hesab edilməsi və həmin ərazidə yeni tikilən binadan ümumi sahəsi 48 kv.m-dən az olmayan birotaqlı mənzillə təmin olunmağının cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, 2024-cü ilin aprel ayından başlayaraq mənzillə təmin edilənə qədər hər ay kirayə haqqı olaraq 500 (beş yüz) manat kirayə pulunun ödənilməsini, habelə cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, 2(004)-273/2025 nömrəli mülki iş üzrə tərəflər arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, barışıq əldə edildiyindən qarşılıqlı iddia üzrə ərizəni geri götürdüklərini və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizələri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyətinin ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyətinə qarşı “mənzillə təmin olunma, mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 198 (bir yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı MMC-yə qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-273/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-273/2025
07.01.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver