Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2734/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə əlavə araşdırmanın aparılması, borcun məbləği nəzərə alınaraq, o cümlədən də, tərəflərin çağırılaraq izahatların alınması zərurəti olduğundan mübahisəyə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə məhkəmənin birinci hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixli hazırlıq iclasının vaxtı və yeri barəsində məlumat verilsə də iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasının iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Daha sonra iş üzrə məhkəmənin ikinci hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İddiaçıya təkrarən məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi yenidən məhkəmə iclasında iştirak etməmişdir. Baxmayaraq ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş iddiaçının “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda iddiaçının ərizəsində qeyd edilmiş mobil nömrəyə SMS bildiriş göndərilmişdir, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmir və işin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı məlumatlı olmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı QSC-nin Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 185-ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 95,60 (doxsan beş manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı QSC-yə geri qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2734/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2734/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver