Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-274/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olmuş və sonradan dağılmış ünvan 1 ünvanında mövcud olmuş mənzilinin əvəzinə ona 32 400 manat dəyərində kompensasiya ödənilməsi ilə onun həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia üzrə İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin Cavabdeh verilməsi, mənzil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay cəm 350 manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli vəxx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən sərəncamlara əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış 1761 saylı torpaq sahəsinin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ətrafında yerləşən torpaq sahələrinə dair 49 il müddətində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MMC hər il dövlət büdcəsinə 161 740,08 AZN ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-3-131/2023 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində lahiyələndirilən yaşayış və qeyri-yaşayış binalarının Şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 16.2 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehilə onun evinin əvəzinə pul kompensasiyası verilməklə bağlı razılıq əldə etmək mümkün olmamışdır. Hazırda cavabdehə məxsus mənzil faktiki olaraq mövcud deyil. Belə ki, sözügedən mənzil ərazidə aparılan söküntü işləri zamanı qəzalı olduğu səbəbindən dağılmışdır. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı MMC-yə qarşı “mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən 1 otaqlı, ümumi yaşayış sahəsi 36 kv.m. olan mənzilinin onun razılığı olmadan sökülməsinin qanunszu hesab edilməsi və həmin ərazidə yeni tikilən binadan ümumi sahəsi 44 kv.m.-dən az olmayan birotaqlı mənzillə təmin olunmağının cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, 2024-cü ilin aprel ayından başlayaraq mənzillə təmin edilənə qədər hər ay kirayə haqqı olaraq 500 manat kirayə pulunun ödənilməsini, habelə cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Yasamal rayonu, Z.Əhmədov küç. yerləşən 28 saylı mənzili 2005-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. O həmin tarixdən etibarən mübahisənin predmeti olan mənzildə ailəsilə birlikdə yaşamış və mənzilə dair mülkiyyət hüquqlarını maneəsiz olaraq həyata keçirtmişdir. Belə ki, sözügedən mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 035173 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Təxminən 2-3 ilə yaxın mənzilinin yerləşdiyi yaxın ərazilərdə cavabdeh "xxxx" MMC tərəfindən tikinti-söküntü işləri aparılır. Belə ki, onun qonşuluğunda yaşayan bəzi şəxslər cavabdeh ilə razılaşma yolu ilə həmin ərazidə yerləşən öz mənzillərinin sökülməsinə razılıq vermiş və mənzillərini tərk etmişlər. Cavabdeh "xxxx" MMC dəfələrlə onu razılaşma yolu ilə müəyyən vəsait müqabilində mənzilinin söküntüsünə razı olmağa təşviq etsə də, buna razı olmamış və yalnız sökülən mənzilinin qarşılığında yeni tikilən binadan 1 otaqlı mənzilin verilməsi şərti ilə razılacağını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi onun şərtilə razılaşmadı, buna görə də cavabdehlə mənzilinin söküməsi ilə bağlı aralarında hər hansı bir razılaşma olmadı. 2024-cü il aprel ayının sonlarında Ramazan bayramı ilə əlaqədar olaraq Qəbələ rayonuna getdi. Təxminən 15 gün ərzində orada qaldı. May ayında isə Qəbələ rayonundan Bakı şəhərinə mübahisənin predmeti olan mənzilə gəldi, ancaq həyətə daxil olarkən dəhşətli mənzərə ilə qarşılaşdı. Belə ki, cavabdehin işçiləri evinin 2-ci mərtəbəsində yerləşən mənzili dağıtmış və onun öz mənzilindən istifadə etməyinə qanunsuz olaraq məneə yaratmış, evin girişi yararsız hala düşmüşdü. Cavabdeh tərəfindən aparılan söküntü işləri ilə evin bütün kommunal xətləri, mənzil sanitar qovşaqları məhv edilmiş və işləri ilə evin bütün kommunal xətləri, mənzil sanitar qovşaqları məhv edilmiş və yararsız hala salınmışdır. Evdə yaşamaq qeyrimümkün olduğundan müvəqqəti olaraq başqa bir mənzilə yerləşdilər və daha sonra aidiyyəti üzrə icra hakimiyyəti, polis, prokurorluq orqanlarına şikayətlər ünvanladılar. Lakin onların şikayətlərinə baxılıb, işin halları tam, hərtərəfli, obyektiv araşdırılmamış və beləliklə, şikayətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdeh qanunsuz əməllərini törətməkdə davam etmiş və onun mənzilini qanunsuz sökülərək yerlə yeksan etmişlər. 2024-cü ilin aprel ayından hazırki müddətədək mənzilinin yerləşdiyi ərazidə tikinti-söküntü işləri davam etməkdədir. Lakin dəfələrlə ünvanladığı şikayətlərə baxmayaraq heç bir inzibati və ya hüquq mühafizə orqanı cavabdehin qanunsuz hərəkətləri barədə ölçü götürmür, müvafiq təxirəsalınmaz hüquqi tədbirlər görmür. Onun razılığı və icazəsi olmadan, xüsusi mülkiyyətində olan mənzilinin qanunsuz sökülməsi onun konstitusion hüquqlarını pozmaqla onu mülkiyyət hüququndan məhrum etmiş və yaşayış yeri olmadığından ağır vəziyyətə salmışdır. Bu qanunsuz hərəkətlərə son qoyulmalı, mənzillə təmin edilməli və ona dəymiş mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməldir. Həmçinin qeyd edir ki, ilk iddiaçı qarşılıqlı cavabdehin rəhbər nümayəndəsi ilə şifahi danışıqlar zamanı ona bildirilmişdir ki, guya onun mənzilinin sahəsi 16,2 kv.m. olmuşdur. Qeyd edir ki, bu tamamilə yalandır. Onun faktiki istifadə etdiyi mənzilin sahəsi 36 kv.m. olmuşdur. Həmin sahəyə əlavə 20 faiz həcmində artıq sahə əlavə edilməklə yeni mənzillə təmin etmək cavabdehin vəzifəsidir və həmin sahəyə əlavə 8 kv.m. əlavə edilməklə o, ən azı 44 kv.m. sahəsi olan 1 otaqlı mənzillə təmin edilməlidir. Lakin qarşılıqlı cavabdeh onların bu tələblərilə razı olmayaraq məhkəməyə müraciət etmək yolunu üstün tutmuşdur. Qarşılıqlı cavabdehin istinad etdiyi guya ona məxsus mənzilin 16,2 kv.m. ərazisinin olması tamamilə yalandır. Qarşılıqlı cavabdeh özü öz iddia ərizəsində bu halları təkzib edir. Belə ki, RR Construction bildirir ki, guya onun mənzili orada söküntü işləri apararkəkn qəzalı olduğundan dağılmışdır. Belə olan halda sual yaranır ki, dağılmış mənzilin ərazisini necə müəyyən edə bilərdilər. Hansı sənədlər və yaxud fakt əsasında onun mənzilin məhz 16,2 kv.m. olduğunu müəyyən etmişlər. O, mənzildə olmadığ halda hansı icazə və yaxud qanun əsasında onun mənzilinin sahəsini müəyyən etmişlər. Bütün bu suallar qarşısında cavabdeh öz qanunsuz əməllərinə müxtəlif cavablar axtarmağa çalışsa da, qanun və ədalət qarşısında hər kəs bərabər olduğundan onlar da məsuliyyət daşıyırlar. Həmçinin qeyd edir ki, qeydiyyat vəsiqəsində ümumi sahə 252,3 kv.m. qeyd edilmişdir. Ümumiyyətcə məhkəmənin diqqətinə çatdırır ki, hazırki layihə dövlət layihəsi deyil və mülkiyyətçinin razılığı olmadan onun mülkiyyəti əlindən alına və yaxud da başqa qeyri-qanuni heç bir təklif verilə bilməz. Yalnız mülkiyyətçinin razılığı əsasında onun mülkiyyət hüquqlarına xitam verilə bilər. Hər hansı bir özəl şirkətin biznes maraqları və gəlir əldə etmək niyyəti, konstitusiya ilə qorunan mülkiyyət hüquqlarından üstün ola bilməz. Hesab edir ki, 44 kv.m.dən az sahəsi olan mənzildə heç bir halda normal tələblərə cavab verən mənzil şəraiti ola bilməz. Ona görə cavabdeh öz gəlir və qazancını düşündüyü kimi vətəndaşların da pozulmuş hüquqlarını bərpa etməli, mənzil şəraitini təmin etməlidir. Buna görə də "xxxx" MMC-nin ona məxsus xüsusi mülkiyyətində olan mənzilini onun razılığı olmadan sökməsi qanunsuz hesab edilməli, habelə ona dəymiş mənəvi zərər ödənilməlidir. Xüsusi mülkiyyətinin onun xəbəri və icazəsi olmadan özbaşına şəkildə sökülməsi ona dərin mənəvi sarsıntı yaşatmış, bu hərəkətlər nəticəsində aylarla istirablar keçirtmişdir. Bu istirablar nəticəsində həm ailəsində onun, həm də digər ailə üzvləri əri, oğulları da istirablar, stress və əsəb sarsıntıları keçirtmişlər.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
10. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən 43200 m2 torpaq sahəsini 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verir.
11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli. 02-123/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh Knyaz qızına məxsus olmuş, ümumi sahəsi 16,2 kv.-dən ibarət fərdi yaşayış evinin 28 avqust 2024-cü il tarixinə bazar dəyəri 32400 manat, o cümlədən 2000 manat 1 kv.m təşkil edir.
12. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli. 02-123/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh Knyaz qızına məxsus olmuş, ümumi sahəsi 16,2 kv.-dən ibarət fərdi yaşayış evinin 28 avqust 2024-cü il tarixə kirayə dəyəri 350 manat təşkil edir.
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,01546 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 15 otaqlı, 165,5 kv.m. yaşayış, 86,8 kv.m. köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X11 adına 9/12 hissədən 1 otaq daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 8551 nömrəli vərəqində qeydiyyata alınmışdır.
14. “X19 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-025/2025 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən X3 məxsus olmuş və sökülmüş fərdi yaşayış evinin 1 m2-nin qiymətləndirilmə tarixinə olan bazar qiyməti (yuvarlaqlaşdırılmış formada) 2100 AZN təşkil edir.
15. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə qismən təmin olunmalıdır.
16. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
19. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
20. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
21. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
22. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
24. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
25. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X13 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.
27. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
28. Qeyd edilən müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.
30. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.
31. Sökülmüş yaşayış sahəsinin cavabdehin paylı mülkiyyətində olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı).
32. Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısıdövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı).
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X13 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar).
34. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
35. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
36. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
38. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİhissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
39. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır.
40. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
41. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin(yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
42. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
43. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
45. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiyatəminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir.
46. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikintifəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
47. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi).
48. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən payı iddiaçı tərəfindən həmin ərazidə aparılan söküntü işləri zamanı qəzalı vəziyyətdə olduğundan sökülmüşdür. Hazırda iddiaçının tələbi cavabdehə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin verilməsi və ona həmin mənzil təhvil verilənədək aylıq 350 manat məbləğində kirayə haqqının verilməsindən ibarətdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evinin faktiki sahəsinin 16.2 kv.m deyil, 36 kv.m olmasını iddia edərək, ona 36 kv.m olan sökülmüş evinin əvəzində ən azı 44 kv.m-dən az olmayan 1 otaqlı yeni təmirli mənzilin verilməsi və ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsidir.
49. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxt artıq qeyd olunan mənzil söküldüyündən məhkəmə tərəfindən Cavabdeh faktiki istifadəsində olan sahənin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində evin ölçüsünün 16,2 kv.m olduğunu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış hüquqların dövlət qeydiyyatı haqqında MH 01620256 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,01546 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 15 otaqlı 165.5 kv.m yaşayış, 86.6 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X12 1 otaq (y/s 10 kv.m, k/s- 8.1 kv.m), X2 1/12 hissədən 1 otaq, X8 9/12 hissədən bir otaq, X1 9/12 hissədə qalan hissə, X9 9/12 hissədən 1 otaq (y/s 17,5 kv.m), X7 1/12 hissədən 1 otaq, X4 1/12 hissə, X5 9/12 hissədən 1 otaq (y/s 18 kv.m), X15 9/12 hissədən 1 otaq (y/s – 9.6 kv.m), Əhmədova Zəminə 1/12 hissədə payları müəyyən edilmişdir.
50. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir.
51. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin ilkin iddia üzrə cavabdeh tərəf iddiaçı tərəfindən təklif olunan mənzilin kvadratı ilə razı olmadığını, həmin binanın layihəsində ümumiyyətlə 28 kv.m mənzilin nəzərdə tutulmadığını qeyd edərək layihədə nəzərdə tutulan 1 otaqlı ən azı 44 kv.m sahəsi olan mənzilin verilməsini tələb etmişdir.
52. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinantlar daxilində yerləşən 4,32 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi, o cümlədən, yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir.
53. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, ilkin iddia üzrə cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
54. Bundan əlavə qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh "xxxx" MMC-dən tikiləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 44 kv.m-dən az olmayan bir otaqlı təmirli mənzilin verilməsini, mənzil təhvil verilənə kimi ona hər ay 500 manat aylıq kompensasiya məbləği ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, təqdim olunmuş çıxarışa əsasən "xxxx" MMC tərəfindən təklif olunan mənzilin sahəsi ədalətlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehiniddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» .
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır.
57. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həminiş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
58. Bundan başqa qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mənzilinin sökülməsi ilə bağlı ona mənəvi zərərin dəydiyini iddia edərək cavabdehdən mənəvi zərərin əvəzi qismində 50000 manat məbləğində pulun tutulmasını da tələb edir.
59. Məhkəmə iddia tələbinin mənəvi zərərin tələbi üzrə hissəsi ilə bağlı aşağıdakılar qeyd edir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008- ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir:
61. “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.”
62. Həmin Qərara əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
63. Plenum Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
64. Qərarda eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
65. Qərarda o, da qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
67. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
68. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X10rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
69. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mənzilinin cavabdeh tərəfindən qəzalı vəziyyətdə olduğundan sökülməsi faktını nəzərə alaraq cavabdehdən 5000 manat miqdarında mənəvi zərərin tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzil Cavabdeh təhvil verilməli, Mənzil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 350 manat məbləğində kirayəyə görə kompensasiya ödənilməli, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməli, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 ( dörd yüz) manat iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının məbləği ilkin iddia üzrə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
72. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İlkin iddia tələbi təmin edilsin. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzil Cavabdeh verilsin. Mənzil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 350 manat məbləğində kirayəyə görə kompensasiya ödənilsin. Ödənilmiş dövlət rüsumu ilkin İddiaçı MMC-nin özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil