Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2750/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ maddi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cav iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 134,64 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, cəmi 265,04 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 72 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1168 №-li arayışdan görünür ki, ünvan 230/16400 saylı, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir və qeydiyyatı yoxdur. Yəni yuxarıda qeyd edilən arayışdan görünür ki, iddiaçının şəbəkəsinə qanunsuz qoşulma icra edilən zaman Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 saylı evin, 53 №-li mənzilinin sahibi cavabdeh olmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yaşamış Günay Bəşirova adlı şəxslə bağlanmış müqavilə əsasında xx.xx.2012-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2014-cü il tarixinədək son ödəməsini edib və xx.xx.2014-cü il tarixdə 27 manat borcla şəbəkədən ayrılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli digər Arayışdan görünür ki, 6592 N saylı akt tərtib olunana qədər Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187 ünvanında yerləşən yaşayış binasındakı 53 saylı mənzilə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6592 N saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil iddiaçıya məxsus “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 saylı binanın 53 №-li mənzilinə sonuncu baxış keçirildiyi xx.xx.2016-cı il tarixdən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci ilədək olan müddət cəmi 408 gün təşkil edir. Bu isə üçün 33 qəpik olmaqla 134.64 manat maddi ziyan təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilmiş, məktublardan biri qəbul edilsə də, digər məktub geri qayıtmışdır. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCilə "xxxx" hüquq firmasıarasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələri və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinin tələblərini rəhbər tutataraq, müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş 6592 N saylı, xx.xx.2017-ci il tarixli Akta əsasən "xxxx" hüquq firmasının və “KATV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən ünvan 2 ünvanda kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Habelə, iş materiallarındakı arayışlardan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Günay Bəşirova arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2014-cü il tarixinədək son ödəməsini edib və xx.xx.2014-cü il tarixdə 27 manat borcla şəbəkədən ayrılmışdır. Habelə, ünvan 2 saylı mənzilə sonuncu dəfə xx.xx.2017-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat ”AG Telekom” MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ”AG Telekom” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 134,64 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, cəmi 265,04 manat məbləğində pul cavabdehdən tutularaq, iddiaçı "AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edirki nümayəndəyə çəkilən 150 manat ağılabatan məbəğ kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 134,64 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, cəmi 265,04 (iki yüz altmış beş manat 04 qəpik) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2750/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2750/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver