Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-278/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 66.321 (altmış altı min üç yüz iyirmi bir) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 290 (iki yüz doxsan) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərtilə 68.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri 19 saylı notariat ofisinin bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. Cavabdeh tərəfindən öhdəliklər vaxtında icra edilmədiyi üçün iddiaçının müraciəti əsasında Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 68.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 68.025 manat pulun tutulması barədə xx.xx.2022-ci il tarixli, 8İ-2446 nömrəli icra qeydi verilmişdir. İddiaçı Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri 19 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 07 may 2022-ci il tarixli, 8İ-2446 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, icra qeydinə əsasən, kredit müqaviləsi üzrə ödənilməmiş 68.000 manat pulun tutulması təklif edilsə də, Cavabdeh tərəfindən İddiaçı hesabına müəyyən ödənişin (150 manat+900 ABŞ dolları) edilməsi, həmçinin, tərəflər arasında olan “Whatsapp” yazışmalarında Cavabdeh İddiaçı ilə vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, İddiaçı hər ay ödənilməli olan 900 ABŞ dolları məbləğində faiz borcunu tələb etməsi müəyyən edilir. Halbuki, kredit müqaviləsinə əsasən borc faizsiz verilmişdir. Belə olan vəziyyətdə, icra qeydinin ödənilmiş məbləğin nəzərə alınmadan verilməsi, kredit müqaviləsi üzrə 900 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi anlaşılan deyildir. Qeyd edilən hallar borcun mübahisəsiz olmadığını göstərir. Bununla belə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf İddiaçı ümumi olaraq 70.830 manat pulun ödənildiyini qeyd etsə də, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pulun ödənilməsi sübut olunmur. Belə ki, iddiaçının iddia tələbinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin ödənilməsi öz təsdiqini tapmır. Beləliklə, qeyd edilən məhkəmə qətnaməsində göstərildiyi kimi cavabdeh tərəfindən müqavilə üzrə İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020ci il tarixdə 900 ABŞ dolları olmaqla (1529 manat), cəmi 1679 manat pul vəsaiti ödənilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borc müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. Hal-hazırda cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 66.321 manat ödənilməmiş öhdəliyi mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 20 sentyabr 2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 68.000 manat məbləğində borc verilmiş və öhdəliyin icrası müddəti xx.xx.2020-ci il müəyyən edilməsinə baxmayaraq hazıradək cavabdeh öhdəliyini icra etməmişdir. Alınmış borc məbləğindən cavabdeh tərəfindən indiyədək cəmi 1.679 manat ödəniş edilmişdir. Qeyd olunan vəsaitdən əlavə ödəniş edilməməsi Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir. Belə ki, həmin mülki iş üzrə cavabdeh tərəf sübut olaraq eyni ilə hazırkı işdə təqdim etdiyi “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlar tədqiq edilmiş və borc məbləğindən hər hansı digər vəsaitin qaytarılması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş halları preyudisial əhəmiyyətə malik hal olaraq qiymətləndirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir. O, həmçinin məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajların sübut olaraq qəbul edilməməsini xahiş edir. Belə ki, qeyd olunan sübutlarda iddiaçının pul vəsaitini götürməsi ilə bağlı vaxtaşırı cavabdehlə görüşməsi ilə bağlı təkliflərə dair danışıqlar aparılmasına baxmayaraq pul vəsaitinin iddiaçı tərəfindən konkret olaraq təhvil alması öz təsdiqini tapmır. Verilmiş suallara əsasən o, əalvə olaraq bildirmişdir ki, tərəflər arasında barışıqla bağlı danışıqlar aparılmış, hətta iddiaçı borc məbləğindən 30.000-35.000 manat hissədə imtina etmək niyyətində olmuşdur. Borcun bir hissəsindən imtina etməkdə məqsəd ümidsiz borc kimi devalivasiya və infilyasiyanı nəzərə almışlar. Cavabdehə bu barədə təklif olunsa da, cavabdeh tərəf razı olmamışdır. Tərəflər arasında əvvəl də borc münasibət ilə bağlı müqavilə olmuş, cavabdeh iddiaçıdan əvvəl də müqavilə üzrə borc alsa da həmin borcunu tam şəkildə qaytarmışdır. Həmin borcun hazırki müqaviləyə aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsində borcun məbləği 68.000 manat qeyd edilməsinə baxmayaraq, reallıqda 51.000 manat vəsait verilmişdir. Müqavilədə məbləğin artıq yazılmasında məqsəd ondan ibarət olmuşdur ki, müqavilədə borcun faizsiz götürülməsi göstərilməsinə baxmayaraq ümumi faiz məbləği hesablanmaqla cəmi borc 68.000 manat kimi qeyd edilmişdir. Həmçinin qeyd edir ki, hazırda mübahisə predmeti olan müqavilədən öncə də tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətləri yaranmışdır. Əvvəlki müqavilə üzrə borc bir ay ərzində Cavabdeh tərəfindən tam şəkildə bağlandıqdan sonra hazırkı 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə üzrə də Cavabdeh tərəfindən iddiaçıya olan borc tam şəkildə bağlanmışdır. Çünki, cavabdehin apardığı qeydlərə əsasən onun tərəfindən iddiaçıya 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 70.830 manat ödəniş edilibdir. Bu səbəbdən hesab edirlər ki, cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödəyibdir. Qeyd olunan hallar məhkəməyə sübut olaraq təqdim etdiyi “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlar vasitəsilə öz təsdiqini tapır. Həmin yazışmalardan və səsyazısından görünür ki, cavabdeh iddiaçıya aylıq 900 ABŞ dollar ödəniş etmişdir. Belə ki, tərəflər arasında şifahi razılaşmaya əsasən real olaraq götürülmüş 51.000 manat əsas borca münasibətdə 3 (üç) faizdən hesablanmaqla aylıq 900 (doqquz yüz) ABŞ dollar ödənilməli idi. Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmiş hallara münasibətdə isə qeyd edir ki, həmin mülki iş üzrə borc məbləği mübahisə predmeti olmamış, ona görə də borcun qaytarılması ilə bağlı hallar ətraflı olaraq işə baxan hakim tərəfindən araşdırılmamışdır. Yalnız icra qeydi üzrə pul tələbinin mübahisəli olması və borc məbləği üzrə ödənişlərin olması əhəmiyyət kəsb etdiyindən bu xüsusatla bağlı hallar araşdırılmışdır. Ona görə də iddiaçı tərəfin qeyd olunan dəlili ilə razılaşmır. Məhkəməyə sübut olaraq təqdim etdiyi videogörüntüyə əsasən xx.xx.2022-ci il cavabdehin iddiaçıya 5.000 (beş min) ABŞ pul vəsaitini əsas borc məbləğindən qaytarması öz təsdiqini tapır. İddiaçı tərəf isə həmin məbləği qəbul edir. Bu ödənişin tərəflər arasında olan əvvəlki müqavilə ilə bağlı olan işə aidiyyəti yoxdur, hazırkı müqavilə ilə bağlı olan ödənişdir. Çünki, əvvəlki müqavilə bir ay müddətində tam şəkildə icra edilmiş, bu xüsusat özü iddiaçı tərəfindən mübahisələndirilməmiş və həmin video çəkilişdən əvvəl həmin müqavilə ilə bağlı olan borc qaytarılmışdır. Bundan başqa iddiaçının kart hesabına borc məbləğindən 2 dəfə pul vəsaiti köçürülüb. Həmin ödənişlərdən biri 1500, digəri isə 500dür. Bu barədə tərəflərin “Whatsapp” sosial şəbəkəsində yazışması da olmuşdur. Qeyd edir ki, qeyd olunan köçürmədən başqa digər bütün ödənişlər iddiaçıya onun öz tələbinə əsasən ABŞ dollar məzənnəsi ilə nağd şəkildə ödənilmişdir. Borcun alınması pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq iddiaçı hər ay faizlərini almış, cavabdeh iddiaçıya hər ay 900 dollar nağd şəkildə ödənişlər etmişdir. Göstərilənlərlə yanaşı şahid qismində dindirilmiş cavabdehin həyat yoldaşı Şahid1 məhkəmə iclasında verdiyi izahatla birbaşa olaraq təsdiq edilir ki, onun yanında cavabdeh iddiaçıya borc məbləğindən 3 dəfə, yəni 1.200 (bir min iki yüz) ABŞ dollar, 900 (doqquz yüz) ABŞ dollar və 1.000 (bir min) manat olmaqla ödənişlər edilmişdir. Digər Şahid2 məhkəmə iclasında verdiyi ifadədən isə təsdiq edilir ki, borc məbləğindən 2.400 (iki min dörd yüz) ABŞ dollar iddiaçıya ödənilmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, xx.xx.2022-ci ildə cavabdeh iddiaçıya 10.000 (on min) ABŞ dollar əsas borc məbləğindən qaytarmışdır. Qalan vəsaitin qaytarılması ilə bağlı birbaşa sübut olmasa da, “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, aylıq faiz ödənişləri və əsas borc məbləğindən ödənişlər edilmişdir. Hesab edir ki, iddiaçı tərəf qeyri-səmimi olmaqla onun iddia tələbində irəli sürdüyü məbləğ həqiqəti əks etdirmir. İddiaçı tərəf iddia məbləğini düzgün qoymalıdır. Əgər düzgün olarsa cavabdeh də iddia məbləğini qəbul edəcəkdir. Verilmiş suallara cavab olaraq bildirir ki, aylıq ödənişlər barədə olan yeganə sübutu ancaq “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardır və digər əlavə sübut yoxdur. “Whatsapp” sosial şəbəkəsində olan yazışmada iddiaçı bildirir ki, pul ona ancaq dollar şəklində verilsin. Ona görə də onun tələbi ilə borc məbləğləri dollarla nağd şəkildə həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçını 2019-cu il tarixdən tanıyır. 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsində borcun məbləği 68.000 manat qeyd edilməsinə baxmayaraq, reallıqda 51.000 manat vəsait verilmişdir. Müqavilədə məbləğin artıq yazılmasında məqsəd ondan ibarət olmuşdur ki, müqavilədə borcun faizsiz götürülməsi göstərilməsinə baxmayaraq ümumi faiz məbləği hesablanmaqla cəmi borc 68.000 manat kimi qeyd edilmişdir. O, borcu tam şəkildə ödəmişdir. Lakin iddiaçıya pulu qaytararkən səhvliyə yol verərək rəsmiləşdirməmiş və ona inanmışdır. Onun iddiaçı ilə əvvəl də borc münasibəti olub və müqavilə olub. İndi olan müqavilədə ödəniş qaydası əvvəlki olan müqavilədə olduğu kimi həmin qaydada olub. Əvvəlki müqavilə üzrə olan borc məbləği ödənilibdir. Qayda isə belədir ki, hər ay əsas məbləğin 3 faizi məbləğində aylıq ödəniş edilməli idi. Həmin 3 faiz isə 900 dollar məbləğ təşkil edirdi. İddiaçının bank kartının hesab nömrəsini bildiyi halda kart hesabına ödəməyərək, əlbəəl ödəməyinin səbəbi borc məbləğinin dollar valyutası ilə olması idi. Kart hesabına dollar ilə ödəniş etmək mümkün olmurdu. Həmçinin iddiaçı özü belə razılaşmışdır ki, məbləğ dollar ilə olduğu üçün pulu nağd şəkildə götürsün. Pulu iddiaçıya verərkən isə qəbz almamaqda səhv etmişdir. Onun iddiaçının bank kartına manat hesabı ilə köçürmə etməyi istisna hal idi, bu hal bir-iki dəfə olub, çünki həmin zaman əlində dollar vəsaiti olmamışdır. İddiaçı ödənişi dollar ilə tələb etmişdir. Hər ay özü şəxsən iddiaçıya 900 dollar əlbəəl vermişdir. Digər şahid isə bir dəfə 2400 dollar iddiaçının evinə apararaq evində verib. Həmin şahid iddiaçını görsə tanıya biləcəkdir. Həyat yoldaşı da görüb ki, iddiaçı dəfələrlə evə gəlib və o, iddiaçıya dollarla ödəniş etmişdir. Verilmiş suallara əsasən bildirir ki, müqavilədə 68.000 manat kimi qeyd edilməsinin səbəbi o olmuşdur ki, hələ birinci kredit müqaviləsi bağlanan zaman da Nigar xanım bildirmişdir ki, bu sığortalamaq üçündür. İddiaçı ilə müqaviləni notariat kontorunda bağlamış və tam oxumuşdur. Həmin vaxt iddiaçı bank vasitəsi ilə həmin pulu köçürmüşdür. Müqavilə üzrə pulun alınması barədə bankda kassa məxaric orderini imzalamışdır. Hazıradək notariusun depozit hesabı vasitəsi ilə pul qaytarmamışdır. Borc məbləğini nağd şəkildə götürmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iş materiallarına əlavə edilmiş 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdədək qaytarmaq şərtilə 68000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. - İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 8İ-2446 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 68000 manat pulun tutulması, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 68025 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və Bakı şəhəri 19 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 07 may 2022-ci il tarixli, 8İ2446 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. Qətnamənin təsviri-əsaslandırma hissəsindən müəyyən edilir ki, icra qeydinin ləğv edilməsinə səbəb notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməməsi, eyni zamanda borcun qalan məbləği barəsində mübahisənin mövcud olması olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat ofisi borclunun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, icra qeydinə əsasən, kredit müqaviləsi üzrə ödənilməmiş 68000 manat pulun tutulması təklif edilsə də, Cavabdeh İddiaçı hesabına müəyyən ödənişin (150 manat+900 ABŞ dolları) edilməsi, həmçinin, tərəflər arasında olan “Whatsapp” yazışmalarında Cavabdeh İddiaçı ilə vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, İddiaçı hər ay ödənilməli olan 900 ABŞ dolları məbləğində faiz borcunu tələb etməsi müəyyən edilir. Halbuki, kredit müqaviləsinə əsasən borc faizsiz verilmişdir. Belə olan vəziyyətdə, icra qeydinin ödənilmiş məbləğin nəzərə alınmadan verilməsi, kredit müqaviləsi üzrə 900 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi anlaşılan deyildir. Qeyd edilən hallar borcun mübahisəsiz olmadığını göstərir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf İddiaçı ümumi olaraq 70830 manat pulun ödənildiyini qeyd etsə də, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pulun ödənilməsi sübut olunmur. Belə ki, iddiaçının iddia tələbini əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin ödənilməsi öz təsdiqini tapmır. Göstərilənlərlə yanaşı İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan və Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 900 ABŞ dolları ödənilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır, iddiaçını da sonuncu vasitəsilə tanımışdır. İşin halları ilə bağlı məlumatlı olsa da, lakin alınan borcun məbləği və borc məbləğinin hansı qaydada qaytarılması barədə detallı olaraq məlumatı yoxdur. Yalnız konkret olaraq 3 dəfə ərinin onun yanında İddiaçı ödəniş etməsinin şahidi olmuşdur. Dəqiq tarixləri xatırlamasa da, bir dəfə 1200 (bir min iki yüz) ABŞ dollar, ikinci dəfə 900 (doqquz yüz) ABŞ dollar və sonuncu dəfə 1000 (bir min) manat pul vəsaitini əri onun yanında sayaraq iddiaçıya vermişdir. Borcun qaytarılması ilə bağlı ödənişlərin qeydiyyatını əri şəxsən özü aparmışdır. Lakin qeydiyyatın hansı qaydada aparılması, ödənişlərin necə həyata keçirilməsi barədə detallı şəkildə məlumatı olmamışdır. Ərinin borc pulu hansı məqsədlə alması barədə də dəqiq məlumatı yoxdur və onlar üç ilə əvvəl nikaha daxil olmuşlar. Hesab edir ki, borc biznes fəaliyyəti üçün götürülmüşdür. Bildiyinə görə ərinin iddiaçıya borcu qalmamışdır. Çünki müzakirələrdən borcun qalmamasını eşidib bilmişdir. Hətta 5000 manat birdəfəlik ödəniş edilməsini bilmişdir. İddiaçıya onun yanında 1200 dollar+900 dollar+ 1000 manat verilməsinin bilavasitə şahidi olmasına baxmayaraq, yalnız ərinin sözlərindən eşidib bilir ki, əri iddiaçıya 5000 ABŞ dollar verib, lakin 5.000 dolların verilməsinin şahidi olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehi müdiri Cəmil Qasımov vasitəsilə tanımışdır. Belə ki, o, fərdi qaydada Cəmil Qasımovun biznes işlərinin aparılmasında köməklik göstərmişdir. Biznes işləri ilə bağlı bildiyinə görə Cəmil Farizdən borc almışdır. Lakin borcun dəqiq məbləği barədə məlumatı olmasa da, onlar arasında gedən danışıqlardan 30.000 ABŞ dollar borc alınmasını eşitmişdir. İddiaçı isə yalnız bir dəfə görmüş və onunla şəxsi tanışlığı olmamışdır. Belə ki, təxminən 2022-ci ilin əvvəllərində Cəmil ona zəng edərək Farizə 2400 (iki min dörd yüz) ABŞ dollar verməsini tapşırmışdır. Bunun üçün o, Farizə zəng etmiş, sonuncu isə ona həmin pul vəsaitini Nigara çatdırmasını bildirmişdir. Nigar xanımı ilk dəfə onda görmüşdür. Həmin vaxt axşam saat 21-22 olar idi, ilin isə əvvəli təxmini yanvar, fevral ayları idi. Bundan sonra o, Nigarla əlaqə saxlamış, onun verdiyi koordinatlara görə Buzovna qəsəbəsində görüşmüş, həmin vaxt Nigar öz avtomobili ilə gəlmiş və orada Nigara 2400 (iki min dörd yüz) ABŞ dolları vermişdir. Verilmiş suallara əsasən şahid əlavə olaraq bildirmişdir ki, onda olan məlumata görə İddiaçı götürülən borc pulu əslində müdiri Cəmil götürmüş, Fariz isə vasitəçi olmuşdur. Müdiri İddiaçı tanımır. Qeyd olunan haldan başqa vaxtlarda o, Nigarı görməmiş və Cəmil ona çatdırılması üçün pul göndərməmişdir. Bir neçə dəfə olmuşdur ki, Fariz ona zəng edərək Cəmilin onun zənglərinə cavab vermədiyini, Nigar xanımın isə onu sıxışdıraraq borc üzrə ödənişləri tələb etməsini bildirmişdir. Lakin borcun qaytarılması və alınması şərtləri, hansı məbləğdə borcun qalması, yaxud borcun bağlanması barədə dəqiq məlumatı yoxdur və danışıqlarda iştirak etməmişdir. Danışıqlardan belə başa düşmək olurdu ki, hər dəfə ödəniş olmurdu, çünki Cəmil müəllim telefona cavab vermirdi. Cəmil müəllim onun özünə də 83 min dollar pul borcludur və qaytarmır. Hazırda müdiri Cəmil müəllimin Cavabdeh nə qədər borcunun olmasını bilmir. İddiaçı ümumi nə qədər pul götürülməyini müdiri ona deməmişdir. Amma Cəmil ilə Fariz arasında olan danışıqdan eşitmişdir ki, Cəmil 30 min dollar Farizdən pul almışdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 68.000 manat borc verilməsi ilə bağlı xx.xx.2029-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı müqavilə bağlanmışdır. Öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Hazırda iddiaçı 68.000 manat borcdan qalıq 66.321 manat borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçıya 70.830 manat ödəniş etdiyini, bununla da iddiaçıya olan borcunu tam ödədiyini bildirir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Çünki tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bu günədək borcu tam qaytarmamış, öhdəliyini pozmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 68.000 manat məbləğində borc aldığı sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Göründüyü kimi hazırda tərəflər arasında kredit müqaviləsindən irəli gələn borcun qalıq məbləği barədə mübahisə vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan, həmçinin qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən mötəbər sübut kimi qiymətləndirilmiş bank hesabından çıxarışdan müəyyən edilmişdir ki, İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 900 ABŞ dolları, yəni 1680 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iddiaçının mübahisəli borc məbləğinin digər hissədə geri qaytarılmamasının Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə araşdırılıb hüquqi qiymət verilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin mülki işin hallarından müəyyən edilir ki, mübahisə predmeti notarius tərəfindən verilmiş icra qeydi olmuşdur. Həmin icra qeydinə əsasən cavabdehdən 68.000 manat pul vəsaitinin tam şəkildə tutulması müəyyən edilmişdir. Lakin mülki iş üzrə aparılan araşdırma zamanı borc məbləği üzrə ödəniş edilməsi, borc məbləği üzrə mübahisənin mövcudluğunu təsdiq etmişdir. Dolayısı ilə qalıq məbləğ mübahisə predmeti olmadığından həmin mülki iş üzrə geniş araşdırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qalıb məbləğlə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial xarakter daşımır. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Belə ki, cavabdehin arvadı olan Şahid1 şahid qismində öz ifadəsində 1.200 ABŞ dolları, 900 ABŞ dolları və 1.000 manat məbləğində pulun cavabdeh tərəfində iddiaçıya ödənilməsinin bilavasitə şahidi olmasını bildirir. O, həmçinin izahatında borc məbləğinin qalan hissəsi ilə bağlı məlumatsız olduğunu qeyd edir. Şahidin ifadəsi məhkəməyə təqdim edilmiş “Watsapp” yazışmaları ilə müqayisəli şəkildə tədqiq edildikdə həqiqətə uyğun olması təsdiq olunur. Odur ki, məhkəmə şahidin göstərdiyi xüsusatları inandırıcı hesab etməklə sübut olaraq qəbul edir. Həmçinin digər Şahid2 şahid qismində öz ifadəsində 2.400 ABŞ dolları məbləğində pulu Cavabdeh adından İddiaçı şəxsən verdiyini bildirmişdir. Şahidin ifadəsi məhkəməyə təqdim edilmiş “Watsapp” yazışmaları ilə müqayisəli şəkildə tədqiq edildikdə həqiqətə uyğun olması təsdiq olunur. Odur ki, məhkəmə şahidin göstərdiyi xüsusatları inandırıcı hesab etməklə sübut olaraq qəbul edir. Məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul edərək qeyd edir ki, kredit müqaviləsi üzrə yaranmış borca görə cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı vaxtlarda 1200 ABŞ dolları, 900 ABŞ dolları, 1.000 manat və 2.400 ABŞ dolları olmaqla, cəmi 1.000 manat və 4.500 ABŞ dolları, cəmi 8650 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, iş materiallarında olan fleş kartda təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, Cavabdeh 5.000 ABŞ dolları məbləğində pulu İddiaçı təqdim edərkən video qeydə almış, bu barədə İddiaçıı açıq şəkildə məlumatlandırmışdır. Həmin görüntüyə əsasən İddiaçı ona təqdim edilən pulun məbləğini mübahisələndirməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş videogörüntünü mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, kredit müqaviləsi üzrə yaranmış borca görə cavabdeh tərəfindən iddiaçıya 5.000 ABŞ dolları, yəni 8.500 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa iş materiallarında iş materiallarında olan fleş kartda təqdim edilmiş “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlardakı audio yazılardan yalnız birində olan tərəflər arasında aparılmış danışıqlara əsasən müəyyən edilir ki, Cavabdeh 400 ABŞ dolları məbləğində pulu İddiaçı təqdim etdiyini bildirmiş və bu fakt İddiaçı tərəfindən təsdiqlənmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında da səs yazısında qeyd olunanlara münasibət bildirərək Cavabdeh oğlunun 400 ABŞ dolları məbləğində pulu ona təqdim etməsini mübahisələndirməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş audio yazını mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, kredit müqaviləsi üzrə yaranmış borca görə cavabdeh tərəfindən iddiaçıya 400 ABŞ dolları, yəni 680 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə Cavabdeh tərəfindən İddiaçı bank hesabından çıxarışa əsasən 1680 manat, şahid ifadələrinə əsasən 8650 manat, videogörüntüyə əsasən 8.500 manat, audio yazıya əsasən isə 680 manat, ümumilikdə 19.510 manat məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Deməli, cavabdeh 68.000 manat məbləğində borca 19.510 manat ödəniş etmiş, (68.000-19.510=48490) hazırda 48.490 manat məbləğində borcu qalmışdır. İşin faktiki halları ilə 19.510 manat məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılması öz təsdiqini tapır. Lakin məhkəmə cavabdeh iddia tələbinin rədd edilməsinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin tam şəkildə ödənilməsi öz təsdiqini tapmır. Yəni danışıqlarda ödənişlə bağlı görüşlə bağlı təkliflər olmasına baxmayaraq, konkret olaraq danışıqlardan sonra pul məbləğlərinin təhvil alınması təsdiq edilmir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə o, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi borcun tutulması hissədə qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 235,47 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 48490 (qırx səkkiz min dörd yüz doxsan) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 235,47 (iki yüz otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 48490 (qırx səkkiz min dörd yüz doxsan) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 235,47 (iki yüz otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-278/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-278/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver