Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-279/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3-ə görə, düzgün olmayan məlumatlar əsasında mənimsənilmiş 9568 (doqquz min beş yüz altmış səkkiz) manat, banka ödənilmiş kreditin faiz məbləği 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat, sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat, ümumilikdə 19607 (on doqquz min altı yüz yeddi) manat maddi və 1000 (bir min) manat məbləğində mənəvi zərərin, eləcə də məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manat, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; 2. “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində tələblərin 1-ci bəndini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3-ə görə Cavabdeh MTK-nin aldatma yolu ilə ələ keçirdiyi 9568 (doqquz min beş yüz altmış səkkiz) manat, düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün, faiz dərəcəsinə görə banka ödənilmiş 8939 (səkkiz min doqquz yüz otuz doqquz) manat, sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat, ümumilikdə 19607 (on doqquz min altı yüz yeddi) manat maddi və 1000 (bir min) manat məbləğində mənəvi zərərin, eləcə də məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manat, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir tərəfdən “ASP MTK” digər tərəfdən vətəndaş İddiaçı, 28 avqust 2019-cu il tarixli ******* №li Payçı Müqaviləsinə (bundan sonra Müqavilə) əsasən, “Payçı” pay qismində çıxış edən, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında tikilməkdə olan ASP binasında, 10-cu blok, 18-ci mərtəbə, 1 №li, 1 otaqlı mənzili qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini, “MTK” isə Müqavilədə göstərilən bütün şərtləri icra edib - binanı tikib, mənzili tam təmir edib “Payçıya” təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən ünvandakı mənzilin sahəsi 53.5 m, ümumi dəyəri 98440 manat (hər kv.metr üçün 1840 manat) qeyd edilmişdir. İlkin ödəniş kimi tərəfindən 14800 manat Cavabdeh MTK-ya ödənilmişdir. xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin Səbail filialı ilə, MTK-dan təhvil alınacaq, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A ünvanında tikilmiş bina ASP, 10-cu blok, 18-ci mərtəbədə yerləşən, Sazişdə ümumi sahəsi 53.5 kv.metr göstərilən 1 otaqlı 1 nömrəli mənzilin alınması üçün 83640 manat məbləğində 012 №li Kredit Müqaviləsi imzalanmışdır. "xxxx" ASC-nin Səbail filialından verilən məlumata görə ayrılmış həmin məbləğ MTK-nın hesabına (HH: AZ481BAZ********************; VÖEN **********) köçürülmüşdür. MTKnın “ASAN Kommunal” Xidmətə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli 143 №li Arayışında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə, əvvəl 92A ünvan kimi göstərilən mənzilin hal-hazırda 204A ünvanı ilə əvəz olunduğu qeyd edilmişdir. İlk əvvəl “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən əmlakla bağlı aparılmış dövlət qeydiyyatının xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda mənzilin ümumi sahəsi 51.80kv.m göstərilmişdir. Çıxarışda göstərilən məlumatdan çıxış edərək, 20 may 2020-ci il tarixində iddiaçı tərəf olaraq, elektron məhkəmə portalı vasitəsilə müqavilələrdən irəli gələn mübahisələrə görə Baki Kommersiya Məhkəməsinə müraciəti olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair e-2-2(113)-1535/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1535/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət əsasında Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2020-ci il tarixli 2-2(102)338/2020 saylı Qərardadı əsasında mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və 2(004)-1641/2021 saylı iş üzrə hakim Ayaz Məmmədov təyin olunmuşdur. Yasamal Rayon Məhkəməsində məhkəmə baxışları zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin ümumi sahəsi 51.80 kv.m deyil, daha azdır. Mülki iş iddianın təmin edilməməsi barədə xx.xx.2023-ci il tarixli e-2(004)- 47/2023 saylı qətnamə ilə yekunlaşmışdır. Məhkəmə baxışı yekunlaşdıqdan sonra, yeni ortaya çıxmış qanunsuzluğu rəsmi sənədlərlə təsdiq etmək üçün tərəfimdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli mənzilin ümumi sahəsinin qanuni əsaslarla ölçülməsi və texniki məlumatların dəqiqləşdirilməsinə dair müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 üçün aparılmış dövlət qeydiyyatından xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda mənzilin ümumi sahəsi 48.3 m göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə (maddə 59) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 №li Qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələblərinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə aparıldıqdan sonra məlum olmuşdur ki, alqı-satqı predmeti olmuş mübahisəli mənzilin ümumi sahəsi bundan əvvəl məhkəmədə iddia predmeti olmuş ümumi sahə 51.80 kv.m , yəni Müqavilədə göstərilən ölçüdən (53.5 m ) 1.7 m deyil, faktiki olaraq 5.2 m az olduğu müəyyən edilmişdir. Belə olduğu halda məhkəməyə yeni əsaslarla müraciət edilməsi zərurəti yaranmışdır. Eyni zamanda, Cavabdeh qeyri-qanuni hərəkətləri təkcə göstərdiyi xüsusatlarla yekunlaşmır. Belə ki, “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli ********* №li Müqavilənin 2.1-ci bəndində xidmətlərə görə 1 kv.m üçün 0.30 manat ödəniləcəyi qeyd edilmiş və bütün hesablamalarda bu məbləğ yaşayış sahəsinə nisbətdə deyil, mənzilin ümumi sahəsinə nisbətdə, yəni 53.5 kv.m üçün götürülmüşdür. Digər tərəfədən, kommunal xidmətlərə görə ondan alınan pul vəsaitlərini cavabdeh nəğd şəkildə özü alaraq, əvəzində formal, vergi qanunvericiliyi ilə nəzərdə tutulmayan qəbz verir. Belə bir halın binanın digər sakinlərinə münasibətdə də həyata keçirildiyi istisna deyil. Cavabdeh 28 avqust 2019-cu il tarixli ******* №li “Payçı müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi prospekti 204A ünvanında tikilməkdə olan ASP binasında, 10 blok, 18 mərtəbə, 1 №li, 1 otaqlı, 53.5 kv.m sahəsi olan mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzil təhvil verildikdən sonra ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərərfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 üçün verilmiş Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi əvvəlcə 51.8 kv.m, müraciətindən sonra dəqiqləşdirilərək, yeni Çıxarışda 48.3 kv.m göstərilmişdir. Beləliklə məlum olur ki, Cavabdeh nəinki öhdəliyini yerinə yetirmiş, əksinə bilərəkdən sənədlərdə qeyd olunan ölçüləri təhrif etməklə, “Payçı müqaviləsi”nin tərəfini aldadaraq, qanunsuz əldə etdiyi pul vəsaitini də mənimsəmişdir. Mənzilin təhvil verilməsi üçün ondan əlavə olaraq sayğacların quraşdırılmasına görə 700 manat pul ödənilməsi tələb olunmuş, ödəməyəcəyi təqdirdə isə MTK tərəfindən təhvil-təslim aktının verilməyəcəyi bildirilmişdir. Elektrik, qaz və su sayğacları əhali qrupu olan istehlakçılar üçün qanunvericiliyin tələblərinə görə hər bir müəssisənin öz vəsaiti hesabına quraşdırılmasını cavabdehə izah etmişdir. Daha sonra MTK tərəfindən ondan tələb olunmuşdur ki, müqavilədə göstərilən əmlak üzərində sərəncam vermək hüquqlarını notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında onların əməkdaşına versin və bu “xidmətə” görə də 400 manat ödəməlidir. Tərəfimdən müvafiq sənədləşdirilmənin başa çatdırılması və mənzilin təhvil verilməsi üçün tələb olunan qanunsuz ödənişlər ASP MTK-ya ödənilmiş və onlara bu qeyri qanuni ödənişləri geri qaytarmaq məqsədilə məhkəmədə mübahisələndirəcəyi bildirilmişdir. Bu ödənişlər də bank vasitəsilə deyil, nəğd qaydada cavabdeh ASP MTK tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “sayğacların quraşdırılması üçün 700 (yeddi yüz) manat, sənədləşmə pulu üçün 400 (dörd yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 51,80 kv.m olan mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 48,30 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilən 19 mərtəbəli ASP yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədəki 1 saylı mənzilin 98440 manat (53,5x1840manat) dəyərindən 14800 manat ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş məlumat vərəqəsindən görünür ki, İddiaçı dəyəri 98440 manat olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilən 19 mərtəbəli ASP yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədəki 1 saylı mənzilin dəyərindən 14800 manat ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2019cu il tarixli, ******* nömrəli Payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilməkdə olan ASP binasında, 10 blok, 18 mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, Payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında tikilməkdə olan ASP binasında, 10 blok, 18 mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin ASP MTK yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 53,5 kv.m təşkil edir. Mənzilin ümumi dəyəri 98440 manat, müqavilənin ilkin ödənişi 14800 manat təşkil edir. Habelə payçı müqavilə qiymətinin qalan 83640 manata bərabər tutulan məbləğini Payçı, MTK və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı 441 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 51 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 71,50 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumunu Bakı Kommersiya Məhkəməsinin hesabına köçürmüşdür. İş materiallarında olan "xxxx" ASC (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MTK ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 180 ay müddətində (xx.xx.2034-cü il tarixədək) 83640 manat məbləğində, kreditdən istifadəyə görə 10 faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit təyinatını saziş çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92a ünvanında tikilməkdə olan bina ASP, 10-cu blok, 18-ci mərtəbədə yerləşən ümumi sahəsi 53,5 kv.m olan 1 otaqlı 1 nömrəli mənzilin alınması təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanı üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922 manat, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat, ümumilikdə 7150,48 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin daxili sərhədləri (içdən içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsinin 49,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi ırəspekti 204A, M18, 1 saylı mənzilə dair 18 yanvar 2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışda göstərilmiş sahə ilə mənzilin faktiki sahəsi arasında 2.8 kv.metr fərq olduğu, yaranmış fərqin isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin sahəsi hesablanarkən tətbiq olunan azalma əmsalları səbəbindən olduğu müəyyən mişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsinin 53.6 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49.0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahəsinin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir, mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisəli mənzilin tikilib təhvil verilməsi barədə sərbəst iradə ifadəsini şərtləndirən podrat müqaviləsi bağlanmış, daha sonra, iddiaçı mənzilin satış qiymətinin ödənilməsi məqsədilə bankla kredit müqaviləsi və əlavə öhdəliyin icrası məqsədilə ipoteka müqaviləsi bağlnmışdır. İşin iddiaçı tərəfindən mübahisələndirilən halları podrat müqaviləsində mənzilin ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış əsasında müəyyənləşdirilən sahə arasında olan fərq və bundan yaranan əsassız ödənilmiş xərclərdən ibarətdir. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etsə də, müraciəti cavabsız qaldığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli Payçı müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı mülki işi üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçü ilə eynilik təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsinin 53.6 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49.0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahəsinin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir, mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsinin yolverilməz olduğu qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın əvvəlki mülki iş üzrə eyni mənzillə bağlı verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə baxış keçirilmiş və mənzilin faktiki ümumi sahəsi müəyyən edilmişdir. Hazırki vəziyyətdə iddiaçının mövcud mənzillə bağlı yeni ölçüdə Çıxarış almasının mövcud mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Müqaviləyə əsasən, mənzilin qiyməti də hər 1 kv.metr üçün deyil, ümumi olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn 1000 manat məbləğində mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə ödənilmiş cəmi 170 manat məbləğində vəsaitin iddiaçıya qaytarılması hissəsində də qeyd edir ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə məhkəməyə çəkilmiş xərclərin kimə aid olması məsələsi həll edildiyindən iddia tələbi bu hissədə də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 440 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-279/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-279/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver