Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2790/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan «Lexus RX 300» markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin ödənilməmiş qalan 7460 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2790/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5695-8/1970 nömrəli ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2790/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı mülkiyyətində olan və baş etibarnamə əsasında oğlu X2 tərəfindən idarə edilən “Lexus RX 300” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh tərəfindən idarə edilən Toyota Camry markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitələrinin iştirakı ilə xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində inzibati xətani törədən Cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş, onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Lexus RX 300” markalı, 2021-ci il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinə 12.460 manat maddi ziyan dəymişdir. Bu barədə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktı tərtib edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən 5000 manat ödəniş edilmişdir. Sıgorta ödənişi iddiaçıya vurulan ziyanı tam əhatə etməmişdir. Cavabdeh qalan ziyan məbləğini ödəməkdən yayınmışdır. Nəticədə iddiaçının hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı özünə məxsus “Lexus RX 300” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi zərərin və təmir xərclərinin miqdarının müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. xx.xx.2024-cü il tarixli 9/5695-8/1970 nömrəli ekspert rəyinə əsasən avtomobilə dəymiş maddi zərər 10.604,11 manat müəyyən edilmişdir. Ödənilmiş 5.000 manat sığorta məbləği çıxılmaqla, qalan 7460 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “Lexus RX 300” markalı, 2021-ci il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinə maddi ziyan dəymişdir. Lakin o, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən qiymətlərlə və avtomobilə 12.460 manat maddi zərər dəyməsi ilə razı deyildir. O, iddiaçıya məxsus olan avtomobili öz ustalarına düzəltdirməyi təklif etsə də, iddiaçı buna razı olmamış, avtomobilin zəmanətli olduğunu əsas gətirərək rəsmi servisdə təmir etdirəcəyini bildirmişdir. O, iddiaçıya məxsus olan avtomobilin ehtiyat hissələrini ikinci əldən işlək vəziyyətdə alaraq verməyə etiraz etmir. Avtomobilin əzilmiş hissələrinin düzəldilməsi mümkündür. Təmir edilə bilməyən detallarını daha ucuz qiymətə almaq olar. Avtomobilə dəymiş zərərin əvəzi olaraq onun icbari sığortası iddiaçıya 5.000 manat ödəniş etmişdir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği şişirdilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən avtomobilə dəymiş maddi zərər 10.604,11 manat müəyyən edilmişdir. Ödənilmiş 5.000 manat sığorta məbləği çıxılmaqla, qalan 5.604,11 manat məbləği iddiaçıya ödəməyə razıdır. Lakin həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur, hissə-hissə ödəməyə etiraz etmir. Həmçinin zərəri ödədikdən sonra avtomobilin zədələnmiş ehtiyat hissələrinin ona verilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AZMEİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən «Lexus RX 300» markalı, 2021-ci il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Bakı şəhər BPİ DYPİ-nin tərtib etdiyi İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 15:10-da Bakı şəhəri Ü.Hacıbəyli küçəsində etibarnamə əsasında idarə etdiyi Toyota Camry markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma durma qaydalarını pozduna görə İddiaçı məxsus olan «Lexus RX 300» markalı, 2021-ci il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bu səbəbdən Cavabdeh İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından müəyyən edilir ki, «Lexus RX 300» markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələrinin alınmasına 8.500 manat, görülən işlərin zəhmət haqqı kimi 2.059,32 manat olmaqla, cəmi 10.559,32 manat tələb edilir, ƏDV 1900,68 manat olmaqla, ümumilikdə ödəniləcək məbləğ 12.460 manat təşkil edir. Avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5695-8/1970 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında 2021-ci buraxışlı, göy metallik rəngli, “Lexus R300” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin ƏDV daxil təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11.480 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 10.030 manat; təmir-bərpa işlərinin qiyməti 1.450 manat təşkil edir. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10.604,11 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti 9154,11 manat; təmir-bərpa işlərinin qiyməti 1.450 manat təşkil edir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan «Lexus RX 300» markalı, 2021-ci il buraxılışlı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real zərərin məbləği 10.604,11 manat müəyyən edilmişdir. Bu zərərdən 5.000 manat sığorta ödənişi cavabdehin icbari sığortası hesabına sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı qalan 5.604,11 manat maddi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumundan 76,04 manatı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Lexus RX 300” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 10.604,11 manat maddi zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldaqdan sonra qalan 5.604,11 manat maddi zərər, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumundan 76,04 manatı olmaqla, cəmi 5.680,15 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı onun avtomobilinə 10.604,11 manatdan artıq məbləğdə zərər dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia qismən təmin edildiyinə görə dövlət rüsumu da dəymiş maddi zərərin həcminə uyğun olaraq iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Lexus RX 300” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 10.604,11 manat maddi zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldaqdan sonra qalan 5.604,11 manat maddi zərər, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumundan 76,04 manatı olmaqla, cəmi 5.680,15 (beş min altı yüz səksən manat on beş qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2790/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2790/2024
07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver