Məhkəmə qərarları › İş №e-2(004)-2809/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2809/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2809/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızı sədrliyi ilə, İddiaçı ASC-nin cavabdeh Məmmədova Təranə Əli qızının vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc məbləği üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat, faiz borcu üzrə 13.07 (on üç manat, yeddi qəpik) manat, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə ödənilmiş 37.03 (otuz yeddi manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ASC ilə Məmmədova Təranə Əli qızı arasında ******* nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Məmmədova Təranə Əli qızına istehlak yönümlü 2000 (iki min) manat məbləğində pul ayrılmışdır və o, 12 (on iki) ay müddətində əsas borcun ödənilməsinə illik 11.5% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Məmmədova Təranə Əli qızı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan əsas borc məbləği üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat, faiz borcu üzrə 13.07 (on üç manat, yeddi qəpik) manat, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində pul təşkil edir. AZ-İİ 421977 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədova Təranə Əli qızı xx.xx.2024cü ildə vəfat etmişdir. Məmmədova Təranə Əli qızının vəfatından sonra 3 saylı “asan xidmət” mərkəzində notarius ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. İddiaçının xx.xx.2025ci il tarixində notariat ofisinə göndərdiyi sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır və xx.xx.2024-cü il tarixində cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məmmədova Təranə Əli qızının vərəsələri - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. İddiaçı məhkəmədən iddia ərizə üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə əsas borc məbləği üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat, faiz borcu üzrə 13.07 (on üç manat, yeddi qəpik) manat, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə ödənilmiş 37.03 (otuz yeddi manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilsə də, “məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2024-cu il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 2000 (iki min) manat məbləğində pul ayırmışdır, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. AZ-İİ 421977 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədova Təranə Əli qızı xx.xx.2024-cü ildə vəfat etmişdir. 3 saylı “Asan xidmət” mərkəzinin notariat ofisindən iddiaçının sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il məktubunda Məmmədova Təranə Əli qızının adına xx.xx.2024cü il tarixli, v-48 nömrəli vərəsəlik işi açılmışdır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, ölmüş şəxsin (miras qoyanın) qanun üzrə vərəsələri cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş Məmmədova Təranə Əli qızının vərəsələrinə miras üzrə əmlakdan - Cavabdeh2 1/7 pay, Cavabdeh1 2/7 pay və Cavabdeh3 1/7 pay irs almalıdır. Miras üzrə əmlak, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Məmmədova Təranə Əli qızına verilmiş **********95-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59 kv/m olan mənzildən ibarətdir. xx.xx.2025-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədova Təranə Əli qızının xx.xx.2024-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat, faiz borcu üzrə 13.07 (on üç manat, yeddi qəpik) manat, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq 36.63 (otuz altı manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, bankla Məmmədova Təranə Əli qızı arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X1 Əli qızı xx.xx.2024-cü il tarixdə vəfat etmiş, cavabdehlər Məmmədova Təranə Əli qızının vərəsəsi olaraq ondan miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunvericiliyin tələbinə görə Cavabdeh2, Cavabdeh1 və Məmmədov Cavabdeh3 Təranə Əli qızının vərəsəsi olaraq onun kreditoru olan İddiaçı ASCyə olan borcunu alınmış aktivdə özlərinin payına mütənasib surətdə ödəməli olduğu halda, bu öhdəliyi yerinə yetirməmiş və banka olan borcu qaytarmamışdırlar. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 1649.13 manat əsas borcları, 13.07 manat faiz borcları qalmışdır. Qeyd edilməlidir ki, sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin 3/7 hissəsinin dəyəri ümumi borcdan artıqdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat əsas borc, 13.07 (on üç manat, yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.63 (otuz altı manat, altmış üç qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat əsas borc, 13.07 (on üç manat, yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş rüsumunun əvəzi kimi 36.63 (otuz altı manat, altmış üç qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar