Məhkəmə qərarları › İş №e-2(004)-2821/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2821/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2821/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli TK001221 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış 952,14 manat əsas borc, 0 manat faiz və komissiya borcu, 0 manat cərimə, ümumilikdə 952,14 manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında TK001221 saylı 17 mart 2015-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 01 saylı əlavəsində göstərilən qaydada cavabdeh 24 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 549 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh3 arasında bağlanmış TK001221Z01 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh3 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış TK001221Z02 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən,Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək,aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh2 İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə 952,14 əsas borc, 0 manat faiz və komissiya borcu, 0 manat cərimə olmaqla, ümumilikdə 952,14 borcu qalmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış TK001221 saylı 17 mart 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı Bank olmayan kredit təşkilatı ASC tərəfindən borcluya illik 28 fazi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verməyi, borcalan isə həmin müqavilənin 01 saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 549 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh3 arasında bağlanmış TK001221Z01 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh3 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. İş materialarında olan İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış TK001221Z02 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən,Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Bank olmayan kredit təşkilatı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktublarından görünür ki, onlar İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış TK001221 saylı 17 mart 2015-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun 3 iş günü ərzində ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borca dair arayışından görünür ki, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış TK001221 saylı 17 mart 2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Bank olmayan kredit təşkilatı ASCyə 952,14 əsas borc, 0 manat faiz və komissiya borcu, 0 manat cərimə olmaqla, ümumilikdə 952,14 borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, «İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında TK001221 saylı 17 mart 2015-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 01 saylı əlavəsində göstərilən qaydada cavabdeh 24 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 549 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh3 arasında bağlanmış TK001221Z01 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh3 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış TK001221Z02 saylı 17 mart 2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən,Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək,aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh2 İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə 952,14 əsas borc, 0 manat faiz və komissiya borcu, 0 manat cərimə olmaqla, ümumilikdə 952,14 borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış TK001221 saylı 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin olduqlarından, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 17 mart 2015-ci il tarixli TK001221 saylı kredit müqaviləsi üzrə 952,14 (doqquz yüz əlli iki manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 17 mart 2015-ci il tarixli TK001221 saylı kredit müqaviləsi üzrə 952,14 (doqquz yüz əlli iki manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı «TCF Bank Olmayan Kredit Təşkilatı” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar