Məhkəmə qərarları › İş №e-2(004)-2822/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2822/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2822/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə təqdim edildiyi gündən etibarən 23.11.2018-ci il təvəllüdlü X2 üçün ayda 175 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 sentyabr 2014-cü ildə Cavabdeh oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı olmuşdur: 23 noyabr 2018-ci il təvəllüdlü X6. Xəzər Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(003)- 1352/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi qət olunmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)-1352/2020 -ci il tarixli qətnaməsi ilə 05 mart 2020-ci il tarixindən başlayaraq 23.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə 140 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1352/2020 nömrəli, 02.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan anadan olmuş 23.11.2018-ci il təvəllüdlü X2 üçün alimentin məbləği 140 manat müəyyən olunmuşdur. Hal-hazırda oğlu X1 xərcləri artıb, uşağı saxlamaq üçün 140 manat aliment məbləği kifayət etmir. Hal-hazırda qızımız Dəniz 3 yaşındadır. Cavabdeh əməlləri nəticəsində məhrum olunduğundan, boşanandan sonra Xırdalanda ata evində qalmalı olur. Uşağa qulluq etdiyindən hər gün Bakmil ərazisində yerləşən iş yerinə taksi ilə gedibgəlməli olur. Həmin yolda ictimai nəqliyyata vaxt itirmək onun uşağa qulluğu baxımından ciddi vaxt itkisidir. Həmin evdə ata və ana ilə yanaşı qardaşı ilə də yaşayır. Anası yaşlı və xəstə olduğundan uşağı bağçaya getməlidir, ona paltar alınmalı, əylənməsi də təmin edilməlidir. Buna görə də məsrəfləri yetərincə artır. Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın təlabatını ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış mininunu da 2021-ci ildən dəyişdirilmişdir. Cavabdeh ailə qurmamışdır, onun başqa uşağı yoxdur. O, övladı ilə ümumiyyətlə maraqlanmır. Böyüdükcə uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq, bununla yanaşı, həm də maddi təlabatlarını ödəmək ona tək qadın olaraq çox çətindir. Buna görə də görə aliment məbləğinin artırılması barədə tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1352/2020 nömrəli, 02.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 05 mart 2020-ci il tarixdən başlayaraq 23.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. Lakin Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 23.11.2018-ci il təvəllüdlü X2, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 23.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, cavabdeh X5 23.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 23 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 23 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar