Məhkəmə qərarları › İş №e-2(004)-2831/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2831/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2831/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 513341 nömrəli Kompleks bank xidməti müqaviləsinə əsasən cavabdehə valyutası ABŞ dolları olan Master Card debet kartı verilmişdir. Cavabdeh 2019-cu ilin dekabr ayının 24-də kartında vəsait olmadığı halda 790.77 manat məbləğində pul əməliyyatı aparmışdır. Texniki overdratf üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat təşkil edir. Göstərilənlər nəzərə alınmaqla cavabdehdən 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 513341 nömrəli Kompleks bank xidməti müqaviləsinin 3.3.6-cı maddəsinə əsasən, bankı yaranmış texniki overdrafta görə müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü bəndində müqavilə tərəfin olan Müştərinin öhdəlikləri qeyd edilmişdir. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən, Müştərinin yaranmış texniki overdrafta görə yaranmış pul vəsaitlərinin faizləri ilə birlikdə (illik 42%) geri qaytarmaq öhdəliyi vardır. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. Həmin müqavilənin 4.11-ci bəndinin 3-cü cümləsinə əsasən Kart sahibi Kartın itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi ilə bağlı tam məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli overdraft borcu barədə arayışa əsasən müəyyən edilir ki, texniki overdrafta görə Cavabdeh ümumi borcu 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə Cavabdeh arasındakı xx.xx.2015-ci il tarixli 513341 nömrəli Kompleks bank xidməti müqaviləsinin 3.3.6, 3.4.5-ci bəndləri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti vardır: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, tərəflər arasındakı xx.xx.2015-ci il tarixli 513341 nömrəli Kompleks bank xidməti müqaviləsinin 3.3.6, 3.4.5-ci bəndlərində hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli overdraft borcu barədə arayışa əsasən müəyyən edilir ki, texniki overdrafta görə Cavabdeh ümumi borcu 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat təşkil edir. Lakin, Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh tərəfindən şəxsən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Belə ki, müqavilənin 4.11-ci bəndinin 3-cü cümləsinə əsasən Cavabdeh Kartın itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi ilə bağlı tam məsuliyyət daşıyır. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2015-ci il tarixli 513341 nömrəli Kompleks bank xidməti müqaviləsinin 3.3.6, 3.4.5 və 4.11-ci bəndləri iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi ilk öncə kiçik iddialara sadələşdirilmiş icraat qaydasında məhkəməyə verilmiş, iş üzrə tam, obeyktiv və hərtərəfli araşdırmanın aparılması və prosessual hüquqların tam təmin olunması məqsədilə məhkəmənin öz təşəbbüsü ilə müvafiq qərardadla mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 790.77 (yeddi yüz doxsan manat yetmiş yeddi qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar