Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2841/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə 4.750 ABŞ dolları əsas, 4632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 10.028,97 USD (on min iyirmi səkkiz ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları, həmçinin Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6948,95 ABŞ dolları əsas borc, 6752,23 ABŞ dolları faiz borc, 31,27 ABŞ dolları cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları, cəmi 14.651,04 USD (on dörd min altı yüz əlli bir dollar, dörd sent) ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh3 və Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Sonradan kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Zaminlik müqaviləsinə müvafiq olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli, 336 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Sonradan kredit və zaminlik müqavilənin müddəti xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu hər üç müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə onun xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə 4.750 ABŞ dolları əsas, 4632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla cəmi 10.028,97 (on min iyirmi səkkiz dollar, doxsan yeddi sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6948,95 ABŞ dolları əsas borc, 6752,23 ABŞ dolları faiz borc, 31,27 ABŞ dolları cərimə borc, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları olmaqla, cəmi 14.651,04 (on dörd min altı yüz əlli bir dollar, dörd sent) ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, cavabdeh banka yeni şərtlərlə müqavilə bağlanması ilə bağlı müraciət etməsinə baxmayaraq tərəflər arasında hər hansı formada razılıq əldə edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə araşdırılmasının yekunlaşdırılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək, bankla yenidən razılıq əldə edilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti təmin edilərək ona zəruri vaxt şəraitinin yaradılmasına baxmayaraq o, növbəti baxış iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək ona qarşı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə aylıq 267,33 manat ödəmək şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin 3.1.5-ci bəndindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditini vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. - İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 336 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, 7.000 (yeddi min) ABŞ Dolları verilmiş kreditin qalıq 6963 (altı min doqquz yüz altmış üç) ABŞ dolları əsas borcun ödəniş müddəti 336 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir. - xx.xx.2015-ci il tarixli, 336 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı, BAN: WDC1648221A367194, qara rəngli, 2007-ci il buraxılışlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığına əsasən 35000 ABŞ dollar məbləğində qiymətləndirilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, ipoteka saxlayanın (İddiaçı ASC) ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 1) Əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 2) Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 3)Borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə; 4) Kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda. - İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 336 saylı ipoteka müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, ipoteka müqaviləsinin müddəti 10 avqust 2019-cu il tarixədək uzadılmışdır. - AC seriyalı 510842 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı, BAN: WDC1648221A367194, qara rəngli, 2007-ci il buraxılışlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” 10 iyul 2015-ci il tarixli 132666 nömrəli çıxarışından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı, BAN: WDC1648221A367194, qara rəngli, 2007-ci il buraxılışlı avtomobil xx.xx.2015-ci il tarixli 336 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-nin “Uğur” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. - İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC borcalan Cavabdeh1 36 ay müddətinə 22 faiz, aylıq 305,52 manat ödəmək şərti ilə 8.000 (səkkiz min) ABŞ Dolları kredit vermişdir. - İddiaçı ASC-nin “Uğur” filialı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337 və 337/1 saylı müqavilələrinə əsasən zaminlər Cavabdeh1 xx.xx.2015-ci il tarixli 337 saylı müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 337 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, 8.000 (səkkiz min) ABŞ Dolları verilmiş kreditin qalıq 6028 (altı min iyirmi səkkiz) ABŞ dolları əsas borcun ödəniş müddəti 337 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 10 avqust 2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir. - xx.xx.2022-ci il tarixli **********179 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli, 336 nömrəli kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borc, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 ABŞ Dolları borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli **********187 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli, 337 nömrəli kredit müqaviləsi üzrə 4.750 ABŞ dolları əsas borc, 4.632,57 ABŞ dolları faiz borcu, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 10.028,97 ABŞ Dolları borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən, eləcədə işə əlavə edilmiş xəbərnamələrdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə pretenziya qaydasına əməl edilməklə borcun qaytarılması ilə bağlı rəsmi xəbərdarlıq verilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarından müəyyən edilir ki, İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən onun ləğvedicisi təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit, ipoteka və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixli, 336 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Belə ki, hazırda kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti 10 avqust 2019-cu il tarixdə qurtardığından, kreditor ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən isə məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Belə ki, zaminə qarşı iddia tələbi ilə müqavilə müddəti qurtardığı gündən 01 il ərzində müraciət edilməlidir. Lakin hazırda isə iddiaçı iddia tələbi ilə müqavilənin müddəti qurtardığı gündən 03 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, hazırda zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia müddəti keçdiyindən borcun ödənilməsi üçün onlar məsuliyyət daşımırlar. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Beləliklə məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borc, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 (on dörd min altı yüz əlli bir dollar dörd sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Eyni zamanda xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə geri qaytarılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə yaranmış 4.750 ABŞ dolları əsas, 4.632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbləğində faiz (5%) borcu olmaqla, cəmi 10.028,97 (on min iyirmi səkkiz dollar, doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəməyə iddia ərizəsi üçün ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməli və İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337 nömrəli zaminlik müqaviləsinə, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337/1 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilələr üzrə onların zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə 6.948,95 ABŞ dolları əsas borc, 6.752,23 ABŞ dolları faiz borcu, 31,27 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 918,04 ABŞ dolları məbəğində faiz (5%) borcu olmaqla, cəmi 14.651,04 (on dörd min altı yüz əlli bir dollar dörd sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. xx.xx.2015-ci il tarixli, 336 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “Mercedes Benz GL 320İ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə geri qaytarılsın. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə yaranmış 4.750 ABŞ dolları əsas, 4.632,57 ABŞ dolları faiz, 21,38 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 625,02 ABŞ dolları məbləğində faiz (5%) borcu olmaqla, cəmi 10.028,97 (on min iyirmi səkkiz dollar, doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Məhkəməyə iddia ərizəsi üçün ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı ASC-nin “Uğur” filialı ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337 nömrəli zaminlik müqaviləsinə, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 337/1 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilələr üzrə onların zaminliyinə xitam verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2841/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2841/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver