Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-286/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edildiyi Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdehvə X2 18250 manat borc məbləği və 145 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh 18250 manat borc məbləği və 145 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla ilə Cavabdeh uzun illər eyni məhəllədə yaşamış və dostluq etmişdirlər. Yaranmış münasibətlər zəmnində Cavabdeh qızılzinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğu üçün mal almaq məqsədi ilə müxtəlif vaxtlarda İddiaçı borc olaraq pul məbləğləri almış və müəyyən müddətdən sonra geri qaytarmışdır. Bu minvanla aralarında güvən yaranmışdır. 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh iddiaçı ilə danışaraq dayısı oğlu X9 ilə iş qurduqlarını və xaricdən avtomobil ehtiyat hissələri gətirərək satmaq istədiklərini bildirmiş və bunun üçün İddiaçı borc olaraq pul verməsini istəmişdir. Beləliklə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda olmaqla ümumilikdə 22250 manat borc pul almışdır. Qeyd olunan halı tərəflər arasında olan whatsapp yazışmaları da təsdiq edir. Lakin alınan borc məbləği deyilən vaxtda qaytarılmamışdır. Bu səbəbdən İddiaçı cavabdehə dəfələrlə müraciət etmiş, lakin Cavabdeh pulları dayısı oğlu X7 verdiyini bildirmişdir. Hal-hazırda pulu olmadığını və olduğu zaman qaytaracağına söz vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə şikayət ərizəsi vermişdir. Şikayət əsasında cavabdeh Balayev X10 rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə çağırılaraq izahatı alınmışdır. Cavabdeh öz izahatında dayısı oğlu X9 ilə iş qurmaq məqsədi ilə 15000 manat borc pul aldığını və qeyd olunan vəsaitin 2024-cü ilin mart ayının sonuna kimi ödəyəcəklərini öhdəsinə götürmüşdür. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən şikayət üzrə araşdırma yekunlaşdırılmış və mülki xarakterli münasibət olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün bugünə 18250 manat borc qalığı vardır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək, iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rəss edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə bir məhəllədə böyümüş, uşaqlıq dostudurlar. Bir-birinin evinə gedib-gəlmiş, bu səbəbdən valideynləri və ailənin digər üzvləri bir-birini tanımışdır. Pərviz Rasulov 2023-cü ilin yanvar ayında Cavabdeha saxlanc pulu olduğunu və onu artırmaq istədiyini bildirmişdir. Bir müddət sonra görüşərkən Hüseyn Pərvizə dayısı oğlu X4 iş görmək istədiyini və ona pul lazım olduğunu bildirmişdir. Uşaq vaxtlarından Pərviz İbrahimi yaxşı tanıdığı üçün ona pul verməyə razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə hər üçü görüşmüş və Pərviz Hüseynin yanında İbrahimə 2000 manat borc vermişdir. Bundan sonra onlar özləri görüşmüş, Pərviz İbrahimə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vermiş və İbrahim götürdüyü məbləği və ya onun bir hissəsini ona qaytararkən razılaşdıqları məbləğdə faiz şəkilndə əlavə pul verəcəyinə söz vermişdir. Cavabdeh 19 il iş təcrübəsi olan zərgərdir. Moskva Univermağında icarə müqaviləsi ilə götürdüyü ofisdə usta kimi qızıl zinət əşyalarının hazırlanması və yenidən emalı ilə məşğul olur. Sonra məlum olmuşdur ki, İddiaçı Yasamal RP1 26-cı polis bölməsinə şikayət ərizəsi yazdığı gün, 13 fevral 2023-cü il tarixdə, təxminən saat 15 radələrində, ofisində, qardaşı X16 adlı müştəri ilə iş görüşməsi zamanı söhbət edərkən, içəri tanımadığı mülki geyimdə iki nəfər şəxs daxil olmuş, özləri təqdim etmədən, polis əməkdaşları olması barədə xidməti vəsiqəni göstərmədən, ondan polisə şikayət olunduğunu, polis bölməsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt Hüseyn onlara yaşadığı ünvana polisə çağırılması barədə bildiriş aldıqdan sonra gedəcəyini, iş vaxtı əmək vəzifələrini yerinə yetirərkən zorla şöbəyə aparılması qaydasına etirazını bildirərkən, sonradan adının Bəhruz olduğunu bildiyi polis əməkdaşı Hüseynin köynəyinə əl atıb yaxasından yapışıb dartışdırmış, üstünə qışqıraraq "beynimi xarab eləmə yoxsa sürüyə-sürüyə aparacaqlarını" söyləmişdir. İş yoldaşları arasında nüfuzdan düşməməsi üçün çarəsiz qalıb onlarla şöbəyə getməyə məcbur olmuşdur. Bölmədə mobil telefonu əlindən alınmış, iş kabinetinə daxil olan kimi sonradan adı Zaur olduğu bildiyi polis əməkdaşı stolun üstünə yumruq, stula təpik vuraraq qışqıra-qışqıra belə qudurmusan və unvanına s. təhqirlər edərək, Pərvizin pulunu yemisən, hər şeyi boynuna alacaqsan, narkomanların yanına soxacağını, o qədər üzə duranları olduğunu, cibindən istədikləri şeyin çıxacağını bildirmişdır. Onlara Pərvizdən pul almadığını, İbrahimin Pərvizdən pul götürüb ona borclu olduğunu, Pərviz də bunu yaxşı bildiyini söyləmişdir. Buna baxmayaraq adları qeyd edilən polis əməkdaşları onun ünvanına təhqirlərdən çəkinməyərək, psixi təsir göstərərək Hüseyn Pərvizdən əvvəlcə 12000, sonra 25000, daha sonra is 22500 manat pul barədə izahat verməyə məcbur etmiş, təxminən axşam saat 20 radələrində izahat verməsinə baxmayaraq, heç bir qanuni əsas va səbəb olmadan 8 saat Polis Bölməsində saxlamışlar. Hamin günü Hüseyn polis bölməsinə gətirildikdən sonra qardaşı və dostları ora gəlmiş və onun buraxıldığı saat 23 radələrinə qədər bölmənin qabağında olmuşlar. Bir qədər sonra otağa Pərviz daxil olmuş Hüseyn pul almadığını, İbrahimin ondan pul aldığını va ona borclu olduğunu Pərvizin üzünə demişdir. Bundan sonra Zaur onu kabinetdə qoyaraq harasa çıxıb getmiş, gələndə yenə də ona psixi təsir göstərək borcu tam boynuna almasını va həmin məzmunda izahat yazmasını tələb etmişdir. Öncə qeyd etdiyi kimi, yazılı izahat verməmişdən əvvəl, Zaur adlı polis əməkdaşının kabinetinə atası Telman Balayev daxil olmuş, həmin vaxt otaqda onunla yanaşı iki polis əməkdaşı Zaur, Bəhruz va Pərviz olmuşdur. Pərviz atasının yanında bildirmişdir ki, ona olan boru 18000 manat taskil edir. 3000 manat onun xeyridir. Bundan imtina edir. 15000 manat borc verdiyi pulu tələb edir. Hüseyn yenə də Pərvizin pulu İbrahimə verdiyini bildirmişdir. Bəhruz onların yanında İbrahimlə telefonla görüntülü danışmış, İbrahim Pərvizə 11000 manat borcu qaldığını, 4000 manat ona aid olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Pərvizin sifarişini yerinə yetirərək, Hüseynə İbrahimlə birlikdə iş görmək üçün 15000 manat pul götürməsi, hazırda pulu qaytarmaq imkanı olmadığı, 2024-cü ilin fevral ayını sonuna kimi Pərvizə 4000 manat qaytaracağı, qalan 11000 manat pulu isə İbrahim öhdəsinə götürməsi məzmunda izahat yazmağa məcbur etmişlər. Bu izahatın yazılmasından sonra daha 3 saat Zaur onu bölmədə qanunsuz saxlamışdır. Polis əməkdaşlarının hədə-qorxusunun təsiri altında Cavabdeh İddiaçı Yelo bank vasitəsilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə cəmi 4000 manat pul göndərmişdir. 2023-cü ilin may ayında İbrahimin götürdüyü pulu və faizləri vaxtında qaytarmadığı barədə Pərviz Hüseynə narazılığını bildirmişdir. Hüseyn İbrahimə zəng vuraraq Pərvizin onun dostu olduğunu, pul verərək ona yaxşılıq etdiyini xatırlatmış və götürdüyü borcu qaytarmasını tələb etmişdir. İbrahim isə ona Pərvizin onun telefon zənglərinə cavab vermədiyini söyləmişdir. Həmin vaxt Pərvizə telefonla səs göndərərək İbrahimin zənginə cavab verməsini xahiş etmişdir. İbrahimdən belə hərəkət gözləməyən Hüseyn az müddət sonra 13 iyun 2023-cü il tarixdə, hər üçünün görüşünü təşkil etmişdir. Təxminən 40 dəqiqə çəkmiş görüşdə İbrahim Pərvizə "sən bilirsən də 18000 manat pulun məndədir,borclu olduğunu və yaxın vaxtlarda qaytaracağını" bildirmişdir. Pərviz də İbrahimin ona borclu olduğuna bildiyi üçün həmin vaxt buna etiraz etməmişdir. Hüseyn hər ikisinin razılığı ilə həmin gürüşü telefonla audio və video yazıya almışdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmamışdır. Göründüyü kimi Cavabdeh İddiaçı borcu olmamış, xx.xx.2023-cü il tarixdə polisdə yazdığı izahat isə Pərviz Balayevin sifarişi əsasında Zaur və Bəhruz adlı polis əməkdaşlarının hədə-qoxusunun təsiri altında iradəsinə zidd yazılmış və sonuncular tərəfindən Cavabdeh 4000 manat pulu İddiaçı ödəməsinə məcbur edilmişdir. Polis əməkdaşları tərəfindən bölməyə İbrahim Ələkbərovun əvəzinə şikayət daxil olan gün Hüseynin gətirilməsi, İbrahimin bölməyə gətirilməsində maraqlı olmamaları, borc verməsi barədə əlində sübut olmayan İddiaçı qanunsuz, hədə-qorxu ilə Hüseyndən izahat alıb ona verilməsi və 4000 manat Pərvizə pul göndərilməsinə məcbur edilməsi polis işçilərinin İddiaçı sifarişini yerinə yetirməsi barədə nəticənin əsaslı olduğunu göstərir. İddiaçının cavabdeha borc verməsini, iddia talabini həmçinin votsap yazışması ilə əsaslandırmışdır. Halbuki həmin yazışmada Cavabdeh pulların qəbul edilməsini deyil, pulların İbrahim Ələkbərova verilməsindən məlumatı olduğu nəzərə alaraq hə cavab yazmışdır. İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı 18250 manat borc məbləği tutularaq ona verilməsi barədə iddia ərizəsi la məhkəməyə müraciət etmişdir. Bir gün sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı Pərviz Rasulov məhkəməyə ərizə ilə müraciət etmiş, iddia ərizəsinə dəqiqləşdirmə etmək zərurəti yarandığını bildirmişdir. İbrahim Ələkbərovu cavabdehlər siyahısından çıxarmış, 18250 manat pul məbləğinin yalnız Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı ərizədə dəqiqləşdirmə aparmasının səbəbini bildirməmişdir. İddiaçı polisə yazdığı xx.xx.2023-cü il tarixli ərizədə, Cavabdeh avtomobil ehtiyyat hissələrinin alınması üçün xarici ölkədən gətirilməsi və satışı ilə məşğul olmaq adı ilə ondan hiisə-hissə olmaqla 2023-cü ilin yanvar ayında 18000 manat pul almasını göstərmişdir. Məhkəməyə yazdığı iddia ərizəsində Cavabdehlə bərabər onun dayısı oğlu X9 da cavabdeh göstərilmiş, bundan sonra iddia ərizəsinə dəqiqləşdirilmə verilməklə İbrahim Ələkbərovun cavabdehlər sırasından çıxarmışdır. Bunun səbəbi Pərvizin 2023-cü ilin may ayından İbrahimin müflis olmasını bilməsidir. Göründüyü kimi iddaçının borcu İ.Ələkbərova vermiş, lakin həmin pul məbləğini Cavabdeh tələb edir, iddianı iddiaya cavab verməli olmayan Cavabdeh qarşı qaldırmışdır. İddiaçı cavabdeh H.X3 12 ildir zərgər işlədiyini yaxşı bilir. O, qızıl zinət əşyalarımım satışı ilə heç vaxt məşğul olmamış, onların hazırlanması və yenidən emalı ilə məşğul olur. Həmin univermaqda bu işlərin görülməsi üçün icarəyə ofis götürmüşdür. Bu gün də usta kimi fəaliyətini davam etdirir. Ona görə də iddiacının hər iki ərizəsində cavabdehin xaricdən avtomobil ehtiyyat hissələri gətirərək satışını həyata keçirmək adı ilə ondan pul alması həqiqəti əks etdirmir, şər-böhtan xarakteri daşıyan uydurmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, bütün pulu Cavabdehə vermişdir. Cavabdeh özü avtomobillərin tuninqi ilə məşğul olduğunu deyirdi. O da həmin iş üçün ona pul vermişdir. Polisdən çıxdıqdan sonra cavabdeh onun hesabına 4000 manat pul köçürmüşdür. Əslində borc məbləği 22000 manat idi. Sadəcə Telman 3000 manat xeyir verildiyini və qızıl üçün verilən 4250 manat pulun nəzərə alınmayacağını və yekun olaraq 15000 manat borcun qaldığını bildirdi. Bütün pulların hamısı birbaşa cavabdehin özünə verilmişdir. İbrahim cavabdehin dayısı oğludur və onunla birlikdə iş görürdülər. İş qurmaq adı ilə ondan pul almış və gəlir əldə etdikcə ona da müəyyən miqdarda ödəniş edəcəyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, pulu faizə verməmişdir. Sadəcə verilən pulun üzərində özü istədiyi məbləğdə əlavə məbləğ gəlir kimi verirdi. Göstərilənləri nəzərə alıb məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdeh və onun nümayəndəsinin xx.xx.2025-cil tarixli məhkəmə iclasının da təxirə salınması barədə vəsatətini əsassız hesab etmiş və işə cavabdehin, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsini nəzərə alaraq hazırkı mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçını İbrahimlə o tanış etmişdir. İbrahim onun dayısı oğludur. Ona pul lazım olmuşdur. İddiaçı da pulunu artırmaq istəmişdir. İbrahimə pul lazım olduğöu üçün o gedib iddiaçıdan pul götürmüşdür, bəzən də birlikdə gedib götürmüşlər. Bəzən də İbrahimin əvəzinə o gedib Pərvizdən pul götürmüşdür. Əsas məbləğ təxminən 15000 manata yaxındır. 5000 manat isə iddiaçının xeyridir. O, iddiaçıya pul qazandırdığına görə ona 100-200 manat pul verirdi. Polis idarəsində də 15000 manat məbləği ilə razılaşma olmuşdur. Əgər məbləğ həmin qədər deyildisə, iddiaçı bu barədə etirazını polisdə bildirərdi. Həmin məbləğdən 4000 manat qaytarmışdır. Qala məbləği də İbrahim qaytarmalı idi. Sədrlik edənin sualına cavb olaraq bildirir ki, vatsap mesajlaşmasına “ok” qeyd etməsinin səbəbi sadəcə xəbərdar olmaq üçün təsdiq məqsədi ilə yazmışam. Məbləğ gəlirlərlə, iddiaçının faizləri ilə birlikdə olan məbləğdir. O, sadəcə vasitəçi olmuşdur. Səs yazılarına münasibıtdə qeyd edir ki, pul istəsə də, həmin pullar tərəfindən ondan götürülməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümyəndəsi və vəkili etiraza uyğun izahat verərək iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh Yasamal RPİ 26-cı PB-da verdiyi izahatından müəyyən edilir ki, dayısı oğlu X9 ilə birlikdə iş görmək üçün İddiaçı 15.000 manat borc almışlar. Həmin borcdan 4000 manatını 2024-cü ilin fevral ayının sonuna kimi Pərvizə qaytaracağını, qalan 11000 manatı isə 2024-cü ilin mart ayının axırına kimi dayısı oğlu X4 ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, X1 Rəsulova 4000 manat pulun oğlu tərəfindən, 11.000 manat pulun isə qaynı Azərin oğlu İbrahim Ələkbərovdan 2024-cü ilin mart ayının 21-nə kimi qaytaracaq. (təhvil verəcək) İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 22500 manat borc verildiyi iddia edilir. Balayev X10 rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə çağırılaraq izahatı alınmışdır. Cavabdeh öz izahatında dayısı oğlu X9 ilə iş qurmaq məqsədi ilə 15000 manat borc pul aldığını və qeyd olunan vəsaitin 2024-cü ilin mart ayının sonuna kimi ödəyəcəklərini öhdəsinə götürmüşdür. Hazırda cavabdeh isə iddiaçının onun tərəfindən deyil, dayısı oğlu İbrahim Ələkbərovla birlikdə 15.000 manat borc aldığını, pulları İbrahimə verdiyini bildirərək, iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 22500 manat məbləğində borc pul verdiyini bildirir. Cavabdeh isə iddiaçının ona deyil dayısı oğlu ilə birlikdə ümumilikdə 15000 manat məbləğində borc verdiyini bildirir. Göründüyü kimi, iddiaçı tərəfindən 15.000 manat borc verilmişdir. Həmin borcdan 4000 manat cavabdeh tərəfindən ödənilmişdir və bu hal işin mübahisəsiz halıdır. Məhkəmə iddaçının 22500 manat borc verməsini təsdiq edən sübut təqdim edə bilməməsini, lakin borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabdehin qismən etirafı, yəni 15000 manat məbləğində pulun borc verilməsini işin mübahisəsiz halı kimi qiymətləndirir. Lakin cavabdeh borcun onun vasitəsilə dayısı oğluna verildiyi qeyd edir. Göründüyü kim borc cavabdehə verilmiş, cavabdehin sonradan həmin pulu dayısı oğluna verməsi iddiaçının cavabdehə pul verməsi halını aradan qaldırmır. Məhkəmə iş materiallarında olan 5 may 2023-cü il tarixli vatsap üzərində yazışmada “18000+4250=2250” “ok” kimi ifadələr qeyd edilsə də, göründüyü kimi həmin yazışma daha öncəki tarixə aiddir. Eyni zamanda digər vaxtsap yazışmasında pulun “neçə günə neçə həddə kimi” ifadələr işlədilmişdir. Daha sonra polis idarəsində cavabdeh əsas məbləğin 15000 manat olması ilə bağlı izahat vermişdir. Belə olan halda, məhkəmə əsas borc məbləğinin 15000 manat olmasını işin mübahisəsiz halı kimi nəzərə alır. Eyni zamanda məhkəmə bildirir ki, məhkəmə baxış iclası zamanı tərəflərin təqdim etdikləri CD diskərdə işin faktiki halının müəyyən edilməsi ilə bağlı dəqiq, mötəbər sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsin əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə,əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının borc olaraq 15000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 15000 manat məbləğində puldan qalıq 11000(15000-4000=11000) manat məbləğində pul ona geri qaytarılmalıdır. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olan 145 (bir yüz qırx beş) manatın 87 (səksən yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 145 (bir yüz qırx beş) manatın 87 (səksən yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-286/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-286/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver