Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2867/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlunun, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pensiya kapitalının məvaciblərə uyğun yenidən hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pensiya kapitalının məvaciblərə uyğun yenidən hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüş pul vəsaiti (pensiya kapitalı) məvaciblərinə uyğun yenidən hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun köçürülməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili X3 mediasiyaya müraciət edilmədiyindən mülki işin baxılmamış saxlanılmasına etiraz etdiklərini, hszırki tələbin əmək mübahisəsi deyil, sosial hüquqdan irəli gəldiyini bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu mübahisənin əmək münasibətlərindən irəli gəldiyini və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 mülki işin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən əmək münasibətlərindən irəli gələn pensiya kapitalının düzgün hesablanaraq DSMF-yə ödənilməsini tələb edir. Məhkəmə hesba edir ki, tələb “işçi, yəni iddiaçı ilə işəgötürən, yəni cavabdeh arasında mövcud olmuş əmək münasibətlərindən doğan tələbdir. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.13-cü maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh “X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pensiya kapitalının məvaciblərə uyğun yenidən hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2867/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2867/2025
25.06.2025 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver