Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2881/2022 17.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 000 manat məbləğində borcun və 2021-ci ilin mayın 1-dən etibarən illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 1250 manat faiz borcu olmaqla, cəmi 26250 manat pulun və 170 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehə 2019-cu ilin aprel-may aylarında 25 000 manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh bu günədək dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borcu qaytarmamışdır. İddiaçı 1 may 2021-ci il tarixədək borcun qaytarılmasını vəd etməsinə baxmayaraq geri qaytarmadığından həmin tarixdən bir il müddətinə illik 5 faiz dərəcəsi ilə 1250 manat faiz də ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon İstintaq Şöbəsinin müstəntiqi Şövqü İskəndərovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından və cavabdehin 13 aprel 2021-ci il tarixli izahatından görünür ki, cavabdeh polis idarəsində iddiaçının şikayəti ilə əlaqədar verdiyi izahatında həqiqətən iddiaçı tərəfindən ona hissə-hissə ümumilikdə 25 000 manat pulu borca verdiyini etiraf etmiş və həmin borcu geri qaytaracağını vəd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, tərəflər arasında tərəflərin razılaşması ilə şifahi borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 25000 manat məbləğində borc vermişdir. 2021-ci ilin aprel ayında cavabdeh borcu geri qaytaracağını vəd etsə də hal-hazıradək həmin borcu geri qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 25000 manat məbləğində borc tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsini bir il ərzində gecikdirməsini nəzərə alaraq, cavabdehdən illik 5 faiz olmaqla 1250 manat məbləğində faizlərin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh bir il ərzində borcunun ödənilməsini gecikdirdiyindən iddia faiz tələbi hissəsində əsaslıdır və təmin edilərək cavabdehdən 1250 (25000 x 5%) manat faiz tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25000 manat borc, 1250 manat faiz, cəmi 26250 (iyirmi altı min iki yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 170 (yüz yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2881/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2881/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver