Məhkəmə qərarları › İş №e-2(004)-2891/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2891/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2891/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsi üzrə 286.55 manat əsas, 99,57 manat faiz borcu olmaqla, ümumilikdə 386,12 (üç yüz səksən altı manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz manat) manat, bank xidmətinin əvəzi olan 0,40 (qırx qəpik) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti təyin edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı “Asan Xidmət” mərkəzi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2022-ci il tarixdə, 2V/916 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu – 286.55 manat əsas borc, 99.57 manat faiz borcu olmaqla, cəmi 386.12 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 386.12 manat olduğundan, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul edir, digər banka da hazırda borcu var. Borc məbləğini aybaay ödəyəcək, lakin 30 manat dövlət rüsumu məbləğinin ondan tutulmasına razı deyil. Suala cavab olaraq bildirir ki, miras əmlakı o qəbul edib, belə ki, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 10 X2 mülkiyyətində olmuşdur. X3 vəfat etdikdən sonra miras əmlakı qəbul etmiş və xx.xx.2022-ci il tarixdə həmin ev onun adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti təyin etmişdir. Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borcalan X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka ödənilməmiş borcu – 286.55 manat əsas borc, 99.57 manat faiz borcu olmaqla, cəmi 386.12 manat borcu qalmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 233136 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X3 xx.xx.2021-ci il tarixdə kəskin respirator çatmamazlıq səbəbindən vəfat etmişdir. İş materiallarında olan 3 saylı “Asan Xidmət” mərkəzinin xüsusi notariusu X4 xx.xx.2023-cü il tarixli, 422 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 3 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixdə, 2V/916 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 10 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X3 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, bank xidmətinin əvəzi olan 0,40 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsi üzrə 286.55 manat əsas, 99,57 manat faiz borcu olmaqla, ümumilikdə 386,12 (üç yüz səksən altı manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz manat) manat, bank xidmətinin əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 286.55 manat əsas, 99,57 manat faiz borcu olmaqla, ümumilikdə 386,12 (üç yüz səksən altı manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz manat) manat, bank xidmətinin əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar