Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2893/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehlərdən iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə 14038,72(on dörd min otuz səkkiz manat yetmiş iki qəpik) manat məbləğində əsas borcun, 2529,54 (iki min beş yüz iyirmi doqquz manat əlli dörd qəpik) manat məbləğində faiz borcunun, 1573,66 (min beş yüz yetmiş üç manat altmış altı qəpik) məbəğində cərimə borcunun cəmi 18141,92 (on səkkiz min yüz qırx bir manat doxsan iki qəpik) manat borcun və 145 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 23% olmaqla 22000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qismən, əsas borc hissəsində qəbul etdiyini, faiz borcu və cərimənin yüksək hesab etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrıayrılıqda izahatlarında iş üzrə zamin, Cavabdeh2 iş yoldaşları olduqlarını, iddia tələbini qismən qəbul etdiklərini, əsas borc hissəsində iddianı qəbul etdiklərini, faiz borcu və cərimənin yüksək hesablandığını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş müştərilərə kreditləşmə və xidmət şərtlərin surətindən görünür ki, cavabdehlər bankın şərtlərini qəbul etmişilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK/89571/76/15 nömrəli kredit sazişinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 23% ödəmək şərtilə 22000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq həmin sazişlə Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, MK/89571/76/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsinə zamin durmuşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********703 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən 9069,67 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 3022 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən 12714,19 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 13 iyun 2022-ci il tarixə 14038,72 manat əsas borc, 2933,19 manat faiz və 119,06 manat məbləğinə cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı 18 aprel 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) iş günü vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, kredit müqaviləsinin ləğv edilməsi və pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı 18 aprel 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) iş günü vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, kredit müqaviləsinin ləğv edilməsi və pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh3 ünvanladığı 18 aprel 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) iş günü vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, kredit müqaviləsinin ləğv edilməsi və pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ASCdən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASC-nin iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK/89571/76/15 nömrəli kredit sazişi ləğv edilməli, cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14038,72 manat əsas borc, iddia tələbi həcmində 2529,54 manat faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 16668,26 (on altı min altı yexz altmış səkkiz manat iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 145 (bir qırx beş) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK/89571/76/15 nömrəli kredit sazişi ləğv edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, MK/89571/76/15 nömrəli kredit sazişi üzrə 14038,72 manat əsas borc, 2529,54 manat faiz borcu, 100 manat məbləğində cərimə cəmi 16668,26 (on altı min altı yüz altmış səkkiz manat iyirmi altı qəpik) manat məbləğində pul və 145 (yüz qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2893/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2893/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver