Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2898/2023 25.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Bank of Baku” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Bank of Baku” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan xx.xx.2012-ci il tarixli, BAL0445410/12 nömrəli kredit müqaviləsi üzrə 269,85 manat mıbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı «Bank of Baku” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirir ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli BAL0445410/12 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 500 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X2 Banka ümumi olaraq 269.85 manat borcu vardır. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh3 (əri), Cavabdeh2 (oğlu) və Cavabdeh1 (qızı) X2 qanuni vərəsələridirlər. X5 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X3 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0813 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/12 hissəsindən ibarətdir. Cavabdehlər qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın «Bank of Baku” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, borcu rəhmətə gedən arvadı götürmüşdür, ona və uşaqlarına vərəsəliklə keçən torpaq sahəsinin 2/12 hissəsidir. İddianı rədd edir. Hazırda iki azyaşlı uşağı onun himayəsindədir. Qızı ikinci qrup əlildir. Maddi vəziyyəti pis olduğu üçün borcu ödəyə bilməyəcəkdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Bank of Baku” ASC ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən, bank kredit alana qeyd edilən kartın qüvvədə olma müddətinə bankın “Bolkart” layihəsinə qoyulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 500 manat məbləğində bərpa olunan kredit xətti açır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuşxx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 269,85 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan Sumqayıt Asan Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi əri Cavabdeh3 elan edilmişdir. İş materiallarında olan Sumqayıt Asan Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri əri Cavabdeh3, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 elan edilmişdir. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X5 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh3, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 tərəfindən qəbul edilmişdir və onlar borclunun vərəsələridir. İş materiallarında olan ********** nömrəli 25 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli, BAL0445410/12 nömrəli kredit müqaviləsi üzrə 269,85 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı «Bank of Baku” ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada xx.xx.2012-ci il tarixli, BAL0445410/12 nömrəli kredit müqaviləsi üzrə 269,85 (iki yüz altmış doqquz manat səksən beş qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı «Bank of Baku” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2898/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2898/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver