Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2941/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “BOKT "xxxx" MMC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 04 oktyabr 2019-cu il tarixli, KFP-039/2019 saylı Kredit (restrukturizasiya) müqaviləsinə və Cavabdeh1 Fizuli oğlu ilə bağlanmış 04 oktyabr 2019cu il tarixli, Z-007/2019 saylı “Zaminlik” müqaviləsinə əsasən cavabdehlər X1 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı “Effekinvest” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixə olan 4070,12 manat məbləğində əsas borcun, 60,32 manat məbləğində faiz borcunun, ümumilikdə 4130,44 manat məbləğində pulun və ödənilmiş 61,31 manat dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq Bank olmayan kredit təşkilatı İddiaçı (bundan sonra "İddiaçı" adlanacaq) “Borcalan” X3 (bundan sonra "Cavabdeh" adlanacaq) arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, KFP- 039/2019 saylı güzəştli kredit müqaviləsinə (bundan sora “Kredit müqaviləsi” adlanacaq) və borc öhdəliyinin təminat üsulu olan Cavabdeh1 ilə bağlanmış 04 oktyabr 2019-cu il tarixli, Z-007/2019 saylı Zaminlik müqaviləsinə (bundan sonra “Zaminlik müqaviləsi” adlanacaq) əsasən BOKT "xxxx" MMC-dən aldığı 6500 USD kredit borcunun ödənilməmiş qalığının manat ekvivalenti ilə 4070,12 manat məbləğinin kredit qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0,1% hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə restrukturizasiya edilmişdir. Cavabdehlərlə güzəştli kredit və zaminlik müqaviləsi bağlanandan sonra xəbərnamə göstərilməsinə baxmayaraq 40 manat əsas borca ödənişdən sonra kredit üzrə ödəniş etməmişlər. Cavabdehlərlə borc üzrə ödəniş etməsinin zəruriliyi telefon əlaqələrində bildirilmiş və sonuncu dəfə 27 yanvar 2022-ci il tarixli, 015/2022 saylı məktubla onlara xəbərdarlıq-pretenziya edilmişdir. Lakin bu günə kimi cavabdehlər kredit üzrə heç bir ödəniş etməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixə ödənişi gecikdirilmiş 60,32 manat faiz borcu, 1567,63 manat əsas borc məbləği, ümumilikdə 4130,44 manat borcu vardır. Qanunun qeyd olunan norma və tələblərinə müvafiq olaraq kredit müqaviləsi üzrə “Cavabdeh”-“Zamin” şəxs kredit borcu üzrə bütün öhdəliklərin icrasının təmin edilməsi öhdəliklərinə görə cavabdeh-borcalanla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətin daşıyıcısı olmaqla kredit üzrə ödənişlərin icrasına cavabdeh olmuşdur, lakin öhdəliyin icrasını vaxtında və lazımi qaydada təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə məhkəmə bildirişlərnin onlara rəsmi qaydada çatdərəlmasına baxmayaraq iclasa gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsasən 04 oktyabr 2019-cu il tarixli, KFP-039/2019 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə BOKT "xxxx" MMC borcalan X2 13 mart 2015-ci il tarixli K-007/215 saylı kredit müqaviləsi üzrə 6500 USD kredit borcunun ödənilməmiş qalığının manat ekvivalenti ilə 4070,12 manat məbləğində ödənilməmiş kredit qalığından istifadə 5 il müddətinə, illik 1% ödənişlə, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, ödənişi gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günə 0,1 % faiz hesabı ilə dəbbə (penya) ödəniş şərtləri ilə restrukturizasiya edilmişdir. - 04 oktyabr 2019-cu il tarixli, Z-007/2019 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalan X2 04 oktyabr 2019-cu il tarixli, KFP-039/2019 saylı kredit müqaviləsi üzrə qalıq qalan 6500 USD kredit borcunun ödənilməmiş qalığının manat ekvivalenti ilə 4070,12 manat məbləğində borcu üçün zamin olaraq öhdəlik götürmüşdür. - maliyyə arayışından müəyyən edilir ki, X2 04 oktyabr 2019-cu il tarixli, KFP- 039/2019 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 4070,12 manat əsas, 60,32 manat faiz borcu olmaqla, cəmi 4130,44 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana əsasən borcalanın krediti restrukturizasiya edilmişdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 xx.xx.2019-cu il tarixli KFP-039/2019 saylı kredit müqaviləsi və Cavabdeh1 xx.xx.2019-cu il tarixli Z-007/2019 saylı zaminlik müqaviləsi üzrə yaranmış 4070,12 manat əsas borc, 60,32 manat faiz borcu olmaqla, cəmi 4130,44 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 61,31 manat dövlət rüsumu, ümumilikdə 4191,75 (dörd min yüz doxsan bir manat yetmiş beş qəpik) manat müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 xx.xx.2019-cu il tarixli KFP-039/2019 saylı kredit müqaviləsi və Cavabdeh1 xx.xx.2019-cu il tarixli Z-007/2019 saylı zaminlik müqaviləsi üzrə yaranmış 4070,12 manat əsas borc, 60,32 manat faiz borcu olmaqla, cəmi 4130,44 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 61,31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4191,75 (dörd min yüz doxsan bir manat yetmiş beş qəpik) manat müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2941/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2941/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver