Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2944/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 8500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə Cavabdeh İddiaçı ASC-yə 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz, 241.48 (iki yüz qırx bir manat qırx səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1217.99 (min iki yüz on yeddi manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas borc, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz borcu , 241.48 (iki yüz qırx bir manat qırx səkkiz qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1217.99 (min iki yüz on yeddi manat doxsan doqquz qəpik) manat borcun və 32.18 ( otuz iki manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 05 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh illik 18 faizlə 36 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas borc, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz borcu , 482.95 (dörd yüz səksən iki manat doxsan beş qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində borcu vardır. Cavabdeh banka olan cərimə borcunun 482.95 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği iddiaçı tərəfindən azaldılmaqla maliyyə arayışında göstərilən məbləğin yarısı tələb olunur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində iddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 439 (illik 5% borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 241.48 manat məbləğində deyil, 40 (qırx) manat tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri və MM-in 739, 741, 462 və 467-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439 (illik 5% faiz borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 05 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 8500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə Cavabdeh İddiaçı ASC-yə 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz, 40 (qırx) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1016,51 (min on altı manat əlli bir qəpik) manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 32.18 ( otuz iki manat on səkkiz qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas borc, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz borcu , 40 (qırx) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1016,51 (min on altı manat əlli bir qəpik) manat borc və 32.18 ( otuz iki manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 05 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 884.58 (səkkiz yüz səksən dörd manat əlli səkkiz qəpik) manat əsas borc, 79.03 ( yetmiş doqquz manat üç qəpik) manat faiz borcu , 40 (qırx) manat cərimə borcu və kredit müqaviləsi üzrə 05 oktyabr 2024 il tarixdən, 05 fevral 2025 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 12.9 (on iki manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1016,51 (min on altı manat əlli bir qəpik) manat borc və 32.18 ( otuz iki manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2944/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2944/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver