Məhkəmə qərarları › İş №e-2(004)-3001/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3001/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3001/2023 12.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********18 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 33 ay müddətinə illik 18% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X1 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********18 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 33 ay müddətinə illik 18% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X1 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli BPM**********18 nömrəli kredit müqaviləsinə əsasən 628,69 (altı yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat əsas, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 628,71 (altı yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ İİ 233270 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh X1 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə) və 1306.1-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X3 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X1 qanun üzrə vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Nəticə etibarilə, MM-in 739, 741, 1151.1 və 1306.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********18 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 33 ay müddətinə illik 18% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. X1 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli BPM**********18 nömrəli kredit müqaviləsinə əsasən 628,69 (altı yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat əsas, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 628,71 (altı yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat borcu yaranmışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli AZ İİ 233270 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh Borc alan X1 vərəsəsidir və o, miras əmlakından tam pissədə pay almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 628,69 (altı yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat əsas, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 628,71 (altı yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 628,69 (altı yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat əsas, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 628,71 (altı yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar