Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3020/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 300.17 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC ilə arasında xx.xx.2019-cu il tarixli güzəştli kredit və zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli e-2(004)-3963/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 277,32 manat,xx.xx.2022-ci il tarixində ödənilən 331 manat,xx.xx.2022-ci il tarixində ödənilən 259,11 manat, xx.xx.2022-ci il tarixində ödənilən 295,16 manat, xx.xx.2022-ci il tarixində ödənilən 574,24 manat, xx.xx.2022-ci il tarixində ödənilən 264,31 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsilə ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 300,17 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 300.17 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 260656 nömrəli güzəştli kredit və zaminlik müqaviləsinə əsasən, “X1 Azərbaycan” QSC borcalan Cavabdeh 5 il (əsas borcun ödənilməsinə 1 il güzəşt müddəti ilə) müddətinə və istifadəsinə görə illik 1% dərəcəsi ödəmək şərtilə 2295 manat məbləğində kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, iddiaçı cavabdehə "xxxx" MMC-yə ödənilmiş 300.17 manat məbləğində xidmət haqqının onun tərəfindən ödənilməli olduğunu bildirmiş, bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən, Cavabdeh Ramiz oğlunun “X1 Azərbaycan” QSC-yə “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X1 Azərbaycan” QSC ilə Əhmədov Ramiz oğlu arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 2001.14 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 300.17 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC (Büro) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından (geri dönüşlərindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir. İş materiallarında olan 2(004)-3963/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh Əhmədov Ramiz oğlundan 2295 manat əsas borc, 13,02 manat faiz borcu, 01,01 manat cərimə, cəmi 2309,03 manat borc, 01,50 manat poçt xərci və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 11 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 277,32 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 41,598) İş materiallarında olan 14 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 331,00 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 49,65) İş materiallarında olan 16 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 259,11 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir.(büroya ödəniləcək məbləğ 38,8665) İş materiallarında olan 18 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 295,16 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 44,274) İş materiallarında olan 20 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 574,24 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 86,136) İş materiallarında olan 24 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 264,31 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 39,6465) Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün güzəştli kredit və zaminlik müqaviləsior qarşısında məsuliyyət daşıyır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 260656 nömrəli güzəştli kredit və zaminlik müqaviləsindən irəli gəlir. Güzəştli kredit və zaminlik müqaviləsinin şərtlərinə əsasən, Borcalan öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı Borcverənin çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin, o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi və ya çəkməli olduğu xərclərin əvəzini tələb etmək hüququ var. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin güzəştli kredit və zaminlik müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300.17 manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300.17 manat (üç yüz manat on yeddi qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat (otuz) məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3020/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3020/2024
24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver