Məhkəmə qərarları › İş №e-2(004)-3066/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3066/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3066/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun vaxtında qaytarılmamasına görə xx.xx.2019-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 180.000 (yüz səksən min) ABŞ dollarına illik 5% tətbiq edilsin və həmin qaydada hesablanacaq vəsait Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, borcun vaxtında qaytarılmamasına görə xx.xx.2019-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 180.000 (yüz səksən min) ABŞ dollarına illik 5% tətbiq edilsin və həmin qaydada hesablanacaq vəsait Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6492/2021-002 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədinə üzrə borclu Cavabdeh 180.000 (yüzsəksən min) ABŞ dolları, 80 (səksən) manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X1nın xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021-013 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 1800 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X6nın xeyrinə ödənilməlidir. X1 21 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Rusiya Federasiyası Moskva şəhərində yerləşən notariat kontorunda təsdiqlənmiş 10 iyun 2022-ci il tarixli, 77 АГ ******* saylı vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Rusiya Federasiyasında yerləşməsindən, nədən ibarət olmasından və harada olmasından asılı olmayaraq əmlakının varisi xx xxxx 1971-ci il təvəllüdlü (anadan olduğu yer: Azərbaycan; vətəndaşlığı Azərbaycan Respublikası; cinsi: qadın; pasport PC AZE C01880859, 08 avqust 2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş) Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır. Bu əsasla Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tələbkarın varisi kimi tanınmışdır. Yuxarıda qeyd edilən icra icra sənədləri Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İşə yenidən apellyasiya icraatı qaydasında baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 180.000 ABŞ dollarının faiz borcunun 445.7cimaddəsinə uyğun olaraq illik faiz dərəcəsi 5% ilə, xx.xx.2018-ci il tarixdən (borcun ödənilməli olduğu tarix) xx.xx.2019-cu il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) nə qədər təşkil edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, həmin sual üzrə faiz borcunun məbləği 11000 ABŞ dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixdən (borcun ödənilməli olduğu tarix) xx.xx.2019-cu il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) borcun vaxtında ödənilməməsinə görə faiz borcu 1800 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Lakin, xx.xx.2019-cu il tarixdən bu günə kimi (altı il ərzində) Cavabdeh tərəfindən öhdəlik icra edilməmiş, hazırki vaxta qədər 180.000 ABŞ dolları məbləğində borc qaytarılmamış, icra gecikdirilmişdir. Bu səbəbdən cavabdehdən borcun qaytarılmasını gecikdirdiyi üçün həmin borca hesablanan faizlər tutulmalıdır. İş üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir və ekspertiza qarşısında 180.000 (bir yüz səksən min) ABŞ dolları pulun mülki qanunvericiliyin tələbinə uyğun olaraq illik faiz dərəcəsi 5% ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək (iddia ərizəsinin verildiyi tarixədək) nə qədər təşkil etməsi sualı qoyulmalıdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı " pul " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , xx.xx.2019-cu il tarixdən xx.xx.2025- ci il tarixinədək 180.000 ( yüz səksən min ) ABŞ dollarına illik 5 % tətbiq edilməsi və həmin qaydada hesablanacaq vəsaitin ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən iddia tələbini əsassız hesab edir. İddiaçı qətnamənin cavabdehin təqsirli hərəkətləri nəticəsində icra edilməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 6492/2021 saylı, xx.xx.2021 saylı qətnaməsi ilə 180.000 ABŞ dolları ( ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ) məbləğində borc , hüquqi yardıma görə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ondan iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında" qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-6492/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixdə X1 vəfat etmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə tələbkar Asya Sultanova vərəsəsi İddiaçı ilə əvəz edilmişdir . Borclu olaraq paylı mülkiyyətində olan Bakı şəhəri , Nəsimi rayonu , A.Mustafayev küçəsi , 22 A , 3014 - cü məhəllədə yerləşən ümumi sahəsi 104 kv.m. olan qeyri - yaşayış sahəsinin olduğunu icra məmuruna bildirərək , borc üzrə tutmanın əmlakıma yönəldilməsini xahiş etmişdir . Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsini 8 (004)-119/2023 saylı , xx.xx.2023 cü il tarixli qərardadı ilə Bakı şəhəri , Nəsimi rayonu , A. Mustafayev küçəsi , 22 A , 3014 cü məhəllədə yerləşən qeyri - yaşayış sahəsinin onun mülkiyyətində olan 104 kv.m. hisəsi üzərinə həbs qoyulmuşdur . Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023 - cü il tarixli qərarı ilə əmlakın qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC - dən mütəxəssis dəvət olunmuşdur . "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023 - cü il tarixli qiymətləndirmə hesabatı Yasamal rayon İcra şöbəsinə təqdim olunmuşdur. Həmin hesabata görə , paylı mülkiyyətimdə olan əmlakın bazar dəyəri 364.000 manat (104 kv.m. x 3.500 manat) müəyyən edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin "Hərracın keçirilməsi haqqında" xx.xx.2023 - cü il tarixli qərarı və 18225/5 nömrəli sifarişdən görünür ki , Bakı şəhəri , Yasamal rayonu , A. Mustafayev küçəsi 22A , məhəllə 3014 - də yerləşən sahəsi 104 kv.m olan qeyri - yaşayış sahəsinə dair ilkin qiymət 364000 manat olmaqla hərracın keçirilməsi "xxxx" MMC - yə hərracın keçirilməsi həvalə edilmişdir . "xxxx" MMC tərəfindən ilkin hərracın keçirilməsi xx.xx.2023 - cü il tarixə təyin olunmuşdur . İcra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili Vəkil qiymətləndirmə hesabatında qeyd edilən qiymətlə razılaşmayaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin hərəkətindən şikayət verərək , icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi qeyd edilən əmlakın qiymətləndirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi vəzifəsinin Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 8 ( 004 ) -63/2024 saylı , xx.xx.2024 - cü tarixli qərarı ilə icra məmurunun qərarından verilmiş şikayət təmin edilməmiş , Bakı Apellyasiya Məhkəməsinin 8 ( 103 ) -253/2024 saylı , xx.xx.2024 - cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır . Eyni zamanda İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC - yə qarşı ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və Cavabdeh cəlb edilməklə ) " protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi " tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir . Yasamal Rayon Məhkəməsinin 2 ( 004 ) -604/2024 saylı , xx.xx.2024 - cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası redd edilmişdir . Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 6295/2024 saylı , xx.xx.2024 - cü il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən , Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2024 - cü il tarixli , 2(004)-604/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır . Qeyd olunan qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş , Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025 - ci il tarixli , 2(102) -773/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən , Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6295/2024 nömrəli , 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır . Bildirilir ki , Bakı Apellyasiya Məhkəməsinin 2(103) -6492/2021 saylı , xx.xx.2021 saylı icra sənədi cavabdehin təqsirli hərəkətləri nəticəsində deyil , icra məmurunun icraya etinasız yanaşması , tələbkarın isə bu haldan və hüquqdan sui - istifadə etməsi nəticəsində hal - hazıradək icra edilməməkdədir . Belə ki , mülkiyyətində olan əmlak barədə icra məmurunu məlumatlandıraraq tutmanın əmlaka yönəldilməsini xahiş etsə də , icra məmuru " icra haqqında " qanunun tələblərinə uyğun olmayan şəkildə icra hərəkətlərini həyata keçirir , tələbkar da boşluqdan istifadə edərək ona qarşı əsassız iddialarla məhkəməyə müraciət edir .Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2024 saylı , xx.xx.2024 - cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən ( qətnamənin 5 - ci səhifəsi ) görünür ki , " İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə , tələbkara və Cavabdeh ünvanlanmış "xxxx" MMC - nin xx.xx.2023 cü il tarixli , 2067/23 saylı X3 dair bildirişində qeyd edilmişdir ki , Bakı Apellyasiya Məhkəməsinin 2 ( 103 ) -6492/2021 saylı , xx.xx.2021 - ci il tarixli icra vərəqəsinə əsasən Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023 - cü il tarixli 17 / 72-182225 / 5 nömrəli sifarişi üzrə Bakı şəhəri , Yasamal rayonu , A. Mustafayev küçəsi 22A , məhəllə 3014 - də yerləşən 280 kv.m qeyri - yaşayış sahəsinin 104 kv.m hissəsi ilkin satış qiyməti 364000 manat olmaqla açıq hərraca çıxarılmışdır . Bununla əlaqədar olaraq xx.xx.2023 - ci il tarixdə saat 10 : 00 - da Bakı şəhəri , Nəsimi rayonu , Fikrət Əmirov 11/1 ünvanında açıq hərrac keçiriləcəkdir . İş materiallarında olan "xxxx" MMC - nin Reyestrindən görünür ki , xx.xx.2023 - cü il tarixli , 2067/23 saylı X3 dair bildiriş tələbkara ünvan 4 ünvanına göndərilmişdir . İş materiallarında olan "xxxx" MMC - nin xx.xx.2023 - cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki , xx.xx.2023 - ci il , saat 10 : 00- a təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır . İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə , tələbkara və Cavabdeh ünvanlanmış "xxxx" MMC - nin xx.xx.2023 - cü il tarixli , 2218/23 saylı məktubda qeyd edilmişdir ki , Bakı Apellyasiya Məhkəməsinin 2 ( 103 ) -6492/2021 saylı , xx.xx.2021 - ci il tarixli ( xx.xx.2021 - ci il tarixdə verilmiş ) icra vərəqəsinə əsasən , Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 17 / 72- 182225/514088 saylı , xx.xx.2023 - cü il tarixli sifarişi üzrə , ünvan 5 ünvanında yerləşən 280 kv.metr qeyri yaşayış sahəsinin 104 kv.metr hissəsinə dair açıq hərrac " Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili , keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları " na müvafiq olaraq təşkil olunmuş , lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış , bununla əlaqədar olaraq tərəflərindən hərracın baş tutmamasına dair 101/23 saylı , 07 noyabr 2023 - cü il tarixli yekun protokol tərtib olunmuşdur . Nəzərə çatdırılır ki , " İcra haqqında " Azərbaycan Respublikasının Qanununun 53.3 - cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda , həmin əmlak yenidən tələbkara təklif olunur . Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya , icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana ( notariusun icra eydi isə tələbkara ) qaytarılır . Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 101/23 saylı , 07 noyabr 2023 - cü il tarixli hərracın baş tutmamasına dair yekun protokol hazırkı məktuba qoşma ilə Sizə göndərilir . Əmlak yenidən tələbkara təklif edildikdə və tələbkar tərəfindən təklif qəbul olunduqda nəticələrinin rəsmiləşdirilməsi üçün hərracın təşkilatçısına müraciət olunur . Göründüyü kimi , Bakı Apellyasiya Məhkəməsinin 2 ( 103 ) -6492/2021 say xx.xx.2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan emlak barədə könüllü surətdə icra məmuruna məlumat verərək tutmanın əmlakıma yönəldilməsini xahiş etdiyindən və həmin əmlakı təqdim etdiyindən , üzərinə həbs qoyulmuş amlaka tutmanın yönəldilməsi ilə bağlı yubanmalar ondan asıl olmayan haldan irəli gəlir . Əksinə iddiaçının əsassız iddialar qaldırması ilə əlaqədar icra sənədi bu 62 günədək icrasız qalır . İddiaçının nümayəndəsi və vəkilinin " qiymətləndirmə ilə razı olmayaraq icra memurunun hərəkətlərindən şikayət " , " qiymətləndirmə hesabatının etibarsız sayılması tələbi ilə iddia qaldırmaq " da əsas məqsədi qətnamənin icrasına suni maneələr yaratmaqla qətnamənin icrasız qalması görüntüsü yaratmaq və daha sonra " indeksasiya " vǝ " 5 faizin tutulması " tələbi ilə iddianı qaldıraraq məndən əlavə pul əldə etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 - ci maddəsinə əsasən 16.1 . Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə , habelə hüquqdan digər formalarda sui - istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-6492/2021 saylı, xx.xx.2021 saylı qətnaməsi ilə 180.000 ABŞ dolları ( ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ) məbləğində borc, hüquqi yardıma görə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ondan iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında" qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 6492/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixdə X1 vəfat etmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə tələbkar Asya Sultanova vərəsəsi İddiaçı ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixə qədər borclu tərəfindən borcun ödənilməsi ilə bağlı əmlakı təklif edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında" qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır . İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli "tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında" qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1923-cü il təvəllüdlü, xx.xx.2021-ci ildə ölmüş X4 vərəsəsi xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ilə əvəz edilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 110/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, borcun vaxtında qaytarılmamasına görə (cərimə) hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli kreidt müqaviləsi üzrə 1800 ABŞ dolları məbləğində pul (tutulduğu andan Azərbayan Respublikası Mərkəzi Bankı tərəfindən mantın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli , 2 (102)-1605/2021 saylı qərarına əsasən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2020.-ci il tarixli, 2(103)-5146 nömrəli qətnməsi qismən, yəni cavabdehin borcu ödəməyi gecikdirməsinə görə faizin tutuılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baaxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsini 8 (004)-119/2023 saylı , xx.xx.2023 - cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 6492/2021 saylı, xx.xx.2021-ci il tarixli sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri , Nəsimi rayonu , A. Mustafayev küçəsi , 22 A , 3014 - cü məhəllədə yerləşən qeyri - yaşayış sahəsinin Cavabdeh paylı mülkiyyətində olan 104 kv.m. hisəsi üzərinə həbs qoyulmuşdur . İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-63/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6492/2021-002 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı tərəfindən icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-253/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar (mərhum) X2 hüquqi varisi olan İddiaçı şikayəti təmin edilməyərək hazırki iş üzrə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-604/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və Cavabdeh cəlb edilməklə) “protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2103)-6295/2025 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-604/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəməsinin 2(102)-773/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2103)-6295/2025 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6492/2021-002 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədinə üzrə borclu Cavabdeh 180.000 (yüzsəksən min) ABŞ dolları, 80 (səksən) manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X1nın xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021-013 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 1800 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X6nın xeyrinə ödənilməlidir. X1 21 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Rusiya Federasiyası Moskva şəhərində yerləşən notariat kontorunda təsdiqlənmiş 10 iyun 2022-ci il tarixli, 77 АГ ******* saylı vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Rusiya Federasiyasında yerləşməsindən, nədən ibarət olmasından və harada olmasından asılı olmayaraq əmlakının varisi xx xxxx 1971-ci il təvəllüdlü (anadan olduğu yer: Azərbaycan; vətəndaşlığı Azərbaycan Respublikası; cinsi: qadın; pasport PC AZE C01880859, 08 avqust 2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş) Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır. Bu əsaslaBakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tələbkarın varisi kimi tanınmışdır. Yuxarıda qeyd edilən icra icra sənədləri Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Lakin, xx.xx.2019-cu il tarixdən bu günə kimi (altı il ərzində) Cavabdeh tərəfindən öhdəlik icra edilməmiş, hazırki vaxta qədər 180.000 ABŞ dolları məbləğində borc qaytarılmamış, icra gecikdirilmişdir. Bu səbəbdən cavabdehdən borcun qaytarılmasını gecikdirdiyi üçün həmin borca hesablanan faizlər tutulmalıdır. İddiaçı xx.xx.2019-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 180.000 (yüz səksən min) ABŞ dollarına illik 5% tətbiq edilsin və həmin qaydada hesablanacaq vəsait Cavabdeh İddiaçı xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsini 8 (004)-119/2023 saylı , xx.xx.2023 - cü il tarixli qərardadı ilə Bakı şəhəri , Nəsimi rayonu , A. Mustafayev küçəsi , 22 A , 3014 - cü məhəllədə yerləşən qeyri yaşayış sahəsinin onun mülkiyyətində olan 104 kv.m. hisəsi üzərinə həbs qoyulmuşdur . Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023 - cü il tarixli qərarı ilə əmlakın qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC - dən mütəxəssis dəvət olunmuşdur . "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023 - cü il tarixli qiymətləndirmə hesabatı Yasamal rayon İcra şöbəsinə təqdim olunmuşdur. Həmin hesabata görə , paylı mülkiyyətimdə olan əmlakın bazar dəyəri 364.000 manat (104 kv.m. x 3.500 manat) müəyyən edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin "Hərracın keçirilməsi haqqında" xx.xx.2023 - cü il tarixli qərarı və 18225/5 nömrəli sifarişdən görünür ki , Bakı şəhəri , Yasamal rayonu , A. Mustafayev küçəsi 22A , məhəllə 3014 - də yerləşən sahəsi 104 kv.m olan qeyri - yaşayış sahəsinə dair ilkin qiymət 364000 manat olmaqla hərracın keçirilməsi "xxxx" MMC - yə hərracın keçirilməsi həvalə edilmişdir . "xxxx" MMC tərəfindən ilkin hərracın keçirilməsi xx.xx.2023 - cü il tarixə təyin olunmuşdur . İcra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili Vəkil qiymətləndirmə hesabatında qeyd edilən qiymətlə razılaşmayaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin hərəkətindən şikayət verərək , icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi qeyd edilən əmlakın qiymətləndirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi vəzifəsinin Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 8 (004) -63/2024 saylı, xx.xx.2024 - cü tarixli qərarı ilə icra məmurunun qərarından verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8 (103)-253/2024 saylı, xx.xx.2024 - cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır . Eyni zamanda, İddiaçı cavabdehlər "xxxx"MMC və "xxxx" MMC - yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Şöbəsi və Cavabdeh cəlb edilməklə) "protokolun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2 (004)-604/2024 saylı, xx.xx.2024 - cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası redd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103) -6295/2024 saylı, xx.xx.2024 - cü il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2024 - cü il tarixli, 2 (004) -604/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025 - ci il tarixli, 2 (102) -773/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103) -6295/2024 nömrəli, 4 dekabr 2024 - cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103) -6492/2021 saylı, xx.xx.2021 saylı icra sənədi cavabdehin təqsirli hərəkətləri nəticəsində deyil, icra məmurunun icraya etinasız yanaşması, tələbkarın isə bu haldan və hüquqdan sui - istifadə etməsi nəticəsində hal - hazıradək icra edilməməkdədir. Göründüyü kimi, cavabdehin hər hansı təqsirli hərəkəti nəticəsində qətnamənin icra edilməməsi müəyyən edilmir.odur ki, iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar