Məhkəmə qərarları › İş №e-2(004)-3069/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3069/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3069/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 115.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər ərzində fərdi sahibkarlıqla məşğul olduğuna görə həmişə maliyyə imkanları yaxşı olmuşdur. Cavabdeh1 ilə təxminən 1993-cü ildə tanış olmuş və həmin vaxtdan aralarında yaranmış faktiki ər-arvad münasibətləri 2022-ci ilin əvvəllərinədək davam etmişdir. Başqa şəxslə qeydə alınmış rəsmi nikahı olduğu üçün əmlaklarının bölgüyə getməməsi üçün əmlaklarını Cavabdeh1 adına almışdır. Belə ki, Bakı şəhəri 19 saylı Dövlət notariat kontorunda xx.xx.2005-ci il tarixli 4Ə/213 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli AN-1 seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı satqı müqaviləsi”nə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən ünvan 1 ünvanda yerləşən, 29,7 kv.m. olan 2 otaqlı mənzil 164.200.000 manata Cavabdeh1 adına iddiaçı şəxsən onun adından aldığı etibarnamə ilə çıxış edərək özü üçün, lakin onun adına həmin əmlakı almışdır. Həmin mənzilin alqı-satqı müqaviləsində alıcı qismində Cavabdeh1 özü imza etsə də, onun dəyərini satıcının nümayəndəsi X3 şəxsən iddiaçı öz vəsaiti ilə ödəmişdir. 2021-ci ildə Cavabdeh1 onkoloji xəstə olduğu məlum olduqdan sonra ona 10.000 ABŞ dolları pul verib, müalicə olunması üçün Moskva şəhərində yaşayan bacısının yanına yola salmışdır. Bir müddət Moskva şəhərində tibbi müayinə və müalicə olunub, 2022-ci ilin əvvəllərində Bakı şəhərinə qaytdıqdan sonra Cavabdeh1 onun xüsusi mülkiyyətində olan, lakin dəyəri iddiaçı tərəfindən ödənilmiş və əslində iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili satmaq niyyətində olduğunu bildirmişdir. Bundan sonra iddiaçı ona etiraz edərək həmin mənzilin iddiaçıya məxsus olması səbəbilə onun satılmasının düzgün olmamasını ona bildirmişdir. Lakin o israr edərək həmin mənzili o istəsə də istəməsə də satacağını dedi. Bundan sonra aralarında mülki mübahisələr yaranmağa başlandı. Nəticədə o iddiaçının həmin əmlakdan çıxarılmağı üçün məcburi tədbirlər görülməsini tələb etdi. İddiaçı da bu işlərin gedişatında həmin mənzilin ona məxsus olmasını sübut edə bilməyi üçün əmlakın alınmasında şahid olan şəxslərin dindirilməsini təmin etmişdir. Məhkəmədə dindirilmiş şahidlər həmin əmlakın həqiqətdə iddiaçıya məxsus olması, əmlakın alınması ilə bağlı danışıqlar aparılarkən cavabdehi orada görməmələri, həmçinin əmlakın pulunun iddiaçı tərəfindən ödənilməsini təsdiq etdilər. Belə ki, iddiaya əlavə edilmiş 2(004)-2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən göründüyü kimi həmin mənzilin alqı-satqı müqaviləsində satıcının adından müqaviləni imzalayan etibarnamə üzrə nümayəndə olmuş və şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, təxminən 15-20 il bundan qabaq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili Cavabdeh2 adından Cavabdeh1 satmışdır. Mənzilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən o, mənzili satmışdır. Alqı-satqı onunla Cavabdeh1 arasında rəsmiləşdirilsə də, o, alıcı kimi İddiaçı tanımışdır. Mənzilin dəyərini İddiaçı ödəmişdir. Anna Petrovnanı yalnız notariusda alqı-satqı rəsmiləşdirilən zaman görmüşdür. Bütün danışıqlar İddiaçılə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 da ifadəsində bildirmişdir ki, makler kimi fəaliyyət göstərir. Təxminən 15-20 il bundan qabaq mənzil alqısatqısı ilə əlaqədar İddiaçı ilə tanış olmuşdur. O, Elçinə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili göstərmişdir, sonuncu isə həmin evi bəyənərək almaq qərarına gəlmişdir. İddiaçıla mənzilin qiyməti ilə bağlı danışıqlar aparılmışdır və o Cavabdeh1 tanımamışdır. Sonradan İddiaçı arvadı olmasını bilmişdir. Cavabdeh1 ilə həmin mənzilin alqı-satqısına dair danışıqlar aparılmamışdır. Göründüyü kimi Cavabdeh1 iddiaçı hesabına əsassız şəkildə yəni heç bir hüquqi əsas olmadan varlanmışdır. İddiaçının da ondan iddiaçı hesabına hüquqi əsas olmadan varlanması ilə bağlı əldə etdiklərini tələb etmək hüququ vardır. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasında olan mübahisələrlə bağlı qəbul edilmiş xx.xx.2024 tarixli, 2(103)-266/2024 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməsinin 24-cü bəndində “İddiaçı iddia ərizəsində, öz izahatında, oxşar məzmunlu şikayətlərində mübahisəli evin Cavabdeh1 adına aldığını, lakin mənzilin dəyərinin bütövlükdə şəxsən özü tərəfindən ödənildiyini dəfələrlə bildirmişdir, bu hal şahid ifadələri ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində dindirilən hər iki şahid– X4 və X1 öz ifadələrində göstəriblər ki, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin alqı-satqısı zamanı Cavabdeh1 tanımamış, yalnız İddiaçı görmüş və tanımışlar, mənzilin dəyəri isə bütövlükdə İddiaçı tərəfindən ödənilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunmalıdır” deyə qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən əsassız varlanma halının olması və iddianın qaldırılmasının (müddətlə bağlı mübahisələr olmadan) həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra mümkün olması müəyyən edilmişdir. Qeyd olunanlar iddiaçıya mövcud iddia tələbi ilə iddia qaldırmaq hüququnu verməkdədir. Halhazırda həmin mənzilin orta bazar dəyəri 110-120 min arasında dəyişir. Belə ki, iddiaya əlavə edilmiş elanlardan görünür ki, A.Abbasov küçəsində yerləşən bir otaqlı mənzillərin dəyəri 110-120 min aralığındadır. Hal-hazırda cavabdeh iddiaçıdan həmin mənzili tələb etdiyindən yəni faktiki olaraq həmin mənzildən məhrum olunduğundan həmin mənzilin bu günki bazar dəyərinə uyğun pul məbləğini cavabdehdən tələb etmək hüququ yaranır. Həmçinin, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixində 19 saylı Dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə/213 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən mənzilə dair alqı-satqı müqaviləsinin onunla bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3537/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 vəsatəti təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-3537/2024 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “pul tələbi”nə dair 2(004)-3069/2024 saylı mülki işlər bir icraatda birləşdirilməsi və mülki işə 2(004)- 3069/2024 nömrə verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3069/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 dair hissədə xitam verilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 115000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2005ci il tarixdə verilmiş 30/4497 saylı arayışına əsasən Bakı şəhəri, A.Abbasov küçəsi, ev 12, mənzil 1-də yerləşən yaşayış sahəsi 29.47 kv.m. olan 2 otaqlı mənzili 164.200.000 manata alıcı Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-1759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı və onunla birgə mənzildən istifadə edən digər şəxslərin Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq mülkiyyətçisi Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 (üç yüz) manat pulun tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, təxminən 15-20 il bundan qabaq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili Cavabdeh2 adından Cavabdeh1 satmışdır. Mənzilin mülkiyyətçisi Cavabdeh2 idi. Mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən o, mənzili satmışdır. Alqı-satqı onunla Cavabdeh1 arasında rəsmiləşdirilsə də, o, alıcı kimi İddiaçı tanımışdır. Mənzilin dəyərini İddiaçı ödəmişdir. Anna Petrovnanı yalnız notariusda alqı-satqı rəsmiləşdirilən zaman görmüşdür. Bütün danışıqlar İddiaçılə aparılmışdır.Həmin məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, makler kimi fəaliyyət göstərir. Təxminən 15- 20 il bundan qabaq mənzil alqı-satqısı ilə əlaqədar İddiaçı ilə tanış olmuşdur. O, Elçinə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzil göstərmişdir, sonuncu isə həmin evi bəyənərək almaq qərarına gəlmişdir. İddiaçıla mənzilin qiyməti ilə bağlı danışıqlar aparılmışdır. Cavabdeh1 tanımamışdır, sonradan İddiaçı arvadı olmasını bilmişdir. Cavabdeh1 həmin mənzilin alqı-satqısına dair danışıqlar aparılmamışdır.Həmin qətnaməyə əsasən məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, təxminən 15-20 il bundan qabaq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili Cavabdeh2 adından Cavabdeh1 satmışdır. Mənzilin mülkiyyətçisi Cavabdeh2 idi. Mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən o, mənzili satmışdır. Alqı-satqı onunla Cavabdeh1 arasında rəsmiləşdirilsə də, o, alıcı kimi İddiaçı tanımışdır. Mənzilin dəyərini İddiaçı ödəmişdir. Anna Petrovnanı yalnız notariusda alqı-satqı rəsmiləşdirilən zaman görmüşdür.Bütün danışıqlar İddiaçılə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, makler kimi fəaliyyət göstərir. Təxminən 15-20 il bundan qabaq mənzil alqısatqısı ilə əlaqədar İddiaçı ilə tanış olmuşdur. O, Elçinə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzil göstərmişdir, sonuncu isə həmin evi bəyənərək almaq qərarına gəlmişdir. İddiaçıla mənzilin qiyməti ilə bağlı danışıqlar aparılmışdır. Cavabdeh1 tanımamışdır, sonradan İddiaçı arvadı olmasını bilmişdir. Cavabdeh1 ilə həmin mənzilin alqı-satqısına dair danışıqlar aparılmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınıni 2(103)- 266/2024 saylı,xx.xx.2024-cü tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair və birləşmiş mülki işlə bağlı İddiaçı Cavabdeh1 qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi”nə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayətlərinin təmin olunmaması, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(004)-2333/23 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılması qət edilmişdir və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3410/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 139000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 439 manat olmaqla, cəmi 139439 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı mübahisəli əmlakla bağlı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi”, "mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbləri üzrə məhkəmə qətnamələrinə əsasən müəyyən edillir ki, mübahisə predmeti olan mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir, İddiaçı cavabdehin tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilin üzərində hər hansı bir hüququ yaranmamışdır, iddiaçının həmin əmlak barədə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Şahid ifadələrində mübahisəli mənzilin alqı-satqısı zamanı İddiaçı iştirak etdiyi, mənzilin dəyərinin onun tərəfindən ödənildiyi, Cavabdeh1 yalnız notariusda alqı-satqı rəsmiləşdirilən zaman gördükləri və onun İddiaçı arvadı olduğu bildirilmişdir. İddiaçı ilə cavabdeh uzun müddət nikahdan kənar münasibətlər qurmaqla birlikdə yaşamışlar. xx.xx.2005-ci il tarixli AN-1 seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı satqı müqaviləsi”nə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 164.200.000 manata almışdır. Həmin alqı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh1 məxsusdur. İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-9561 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək bildirmişdir ki, onun Cavabdeh1 qarşı heç bir iddiası və tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır.

3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv şərt birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Bu şərtlərin mövcudluğu iş materilları ilə sübuta yetirilmir. Məhkəmə istinad edilən şahid ifadələrinə əsasən Cavabdeh1 İddiaçı hesabına əsassız şəkildə, yəni qanuni əsas və ya müqavilə əsası olmadan varlanması halının müəyyən edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar