Məhkəmə qərarları › İş №e-2(004)-3069/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3069/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3069/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun yenidən hesablanması, icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Gəncə şəhəri 2 saylı Notaria Ofisinə qarşı “borcun yenidən hesablanması, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri 2 saylı Notaria Ofisinin cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə araşdırmasının gedişində tərəflər arasında bağlanmış barışıq sazişi bağlanmışdır. Tərəflər məhkəməyə yazılı qaydada müraciət edərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1 İddiaçı, cavabdeh Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1, maraqlı şəxslər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə qarşılıqlı razılığa gələrək hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)- 3069/2025 saylı və e-16(004)-158/2025 saylı mülki iş üzrə iddialardan imtina edir. 1.2 Maraqlı şəxs Cavabdeh1 ASC, İddiaçı ilə razılığa gələrək, 8İ-6665 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi üzrə girov predmeti olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evini Banka öz razılığı ilə təhvil verir. Bank, digər girov predmeti olan, ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. 1.3 İddiaçı 2025-ci ilin iyul ayından başlayaraq hər ay 1734 manat ödəməklə qalıq 20800 manat pulu 12 ay müddətinə (son müddət 2026-cı ilin iyul ayı) banka ödəməyi öhdəsinə götürür. 1.4 İddiaçı 1 ay ərzində heç bir ödəniş etmədiyi halda Cavabdeh1 ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. 2.1 Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2 Tərəflərdən biri bu Sazişin 1.1-1.4-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3 Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədən ibarət tərtib edildi. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun yenidən hesablanması, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli Barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun yenidən hesablanması, icra qeydinin ləğv edilməsi” tələbinə iddiasına dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin. 1.1 .İddiaçı, cavabdeh Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1, maraqlı şəxslər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə qarşılıqlı razılığa gələrək hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3069/2025 saylı və e-16(004)-158/2025 saylı mülki iş üzrə iddialardan imtina edir. 1.2 . Maraqlı şəxs Cavabdeh1 ASC, İddiaçı ilə razılığa gələrək, 8İ-6665 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi üzrə girov predmeti olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evini Banka öz razılığı ilə təhvil verir. Bank, digər girov predmeti olan, ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. 1.3 . İddiaçı 2025-ci ilin iyul ayından başlayaraq hər ay 1734 manat ödəməklə qalıq 20800 manat pulu 12 ay müddətinə (son müddət 2026-cı ilin iyul ayı) banka ödəməyi öhdəsinə götürür. 1.4 . İddiaçı 1 ay ərzində heç bir ödəniş etmədiyi halda Cavabdeh1 ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. 2.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2. Tərəflərdən biri bu Sazişin 1.1-1.4-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3. Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədən ibarət tərtib edildi. İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun yenidən hesablanması, icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar