Məhkəmə qərarları › İş №e-2(004)-3079/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3079/2023

30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3079/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qocayev X2 Könül Baba qızının mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən ona vurulmuş 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin fevral ayında “turbo.az” saytında yerləşdirilmiş elandan “BMW 530” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobili seçib, elanda yerləşdirilmiş nörmə ilə əlaqə saxlamışdır. Özünü avtomobilin sahibi kimi təqdim edən Cavabdeh adlı şəxslə görüşüb, 15750 manata razılığa gəlmişlər. O, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində 15750 manatı Cavabdeh təqdim etmiş, o isə ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. O, xx.xx.2022-ci il tarixdə Könül Səlimovaya zəng vuraraq, etibarnamənin vaxtının bitməsinə az qalmasını bildirmiş və onunla etibarnamənin vaxtının uzadılmasına dair razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə avtomobili yaxın qohumunun adına özgəninkiləşdirmək istədikdə etibarnamənin xx.xx.2022-ci il tarixdə ləğv edildiyini bilmişdir. Sonra avtomobilin axtarışa verildiyini və gecə ilə yaşadığı mənzilin qarajından ona məxsus əşyalarla birlikdə götürüldüyünü öyrənmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. X6 əmlakın geri qaytarılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia tələbini təmin edərək, “BMW 530” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobilin ona qaytarılmasını qət etmişdir. X10, həm də Cavabdeh avtomobilin ona satıldığını, pulunun verildiyini etiraf etmişlər. Abşeron Rayon Polis İdarəsinin 04 mart 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh öz izahatında bildirir ki, “xx.xx.2021-ci il tarixdə həmin avtomobili 15750 manat qarşılığında İddiaçı satıb və ona bir il müddətinə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verib.” Göründüyü kimi, həm cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, həm də məhkəmə qətnamələri ilə onun tərəfindən maşının dəyəri qismində 15750 manat məbləğində pul vəsaitinin Cavabdeh ödənilməsi sübut olunmuşdur. Bu səbəbdən ona vurulmuş 15750 manat məbləğində maddi ziyan Cavabdeh onun xeyrinə tutulmalıdır. Cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinə etiraz edir. Onun iddiaçıya heç bir borcu yoxdur. Hətta olmuş olsaydı belə həmin tələbin hüququ əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi (əsassız varlanma) ola bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, iddiaçı iddia edir ki, guya ona xx.xx.2021-ci il tarixində 15750 manat pul vəsaiti ödəmişdir. Həmin tələb üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində verilmişdir. Hazırki iddia tələbi üzrə iddia müddəti xx.xx.2023-cü il tarixində keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, bu işlə bağlı iş materiallarında kifayət qədər sübutlar var, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” həm Abşeron Rayon Polis İdarəsinin, həm də Xətai Rayon Polis İdarəsinin qərarları, eyni zamanda məhkəmə qərarları. Bildirmişdir ki, hazırki iş üzrə Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 arasında avotmobil alqı-satqısı baş tutmuş, həmin bu münasibətlər alqı-satqının pərdələnməsi yolu ilə etibarnamə ilə baş tutmuşdur. İddiaçı bir il ərzində nəqliyyat vasitəsini öz adına keçirtməmişdir, lakin bir ildən sonra yenə öz adına keçirtmək istəyəndə, qarşı tərəf cavabdehlə üçüncü şəxs arasında münasibətləri pozulmuş, artıq onların bir yerdə olmadıqlarını, buna görə də qərarlarını dəyişdiklərini bildirmişlər və nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 bildirmişdir ki, onun sərəncam səlahiyyət verici nümayəndəsi olan Fuad nəqliyyat vasitəsini satmış, lakin pulu ona verməmişdir, aralarında bu şəkildə mübahisə mövcuddur. Bu səbəbdən də, nəqliyyat vasitəsi İddiaçı olduğundan, nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 Zauru məhkəməyə vermiş və nəqliyyat vasitəsinin ona qaytarılmasını tələb etmişdir. Həmin işə 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsində baxılmış və iddiaçı həmin işdə qarşılıqlı iddia ilə çıxış etmişdir. Lakin ilkin iddia təmin olunduğundan, qarşılıqlı iddia isə rədd olunduğundan, İddiaçı həmin işdən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və Cavabdeh əməllərində CM-nin 178-ci maddəsinin tərkibi olduğundan onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilmiş, həmin qətnamə 2023-cü il tarixdə icra olunmuş, iddiaçı nəqliyyat vasitəsini X5 təqdim etmişdir. Xüsusi qərardad əsasında Cavabdeh barəsində Abşeron rayon prokurorluğu tərəfindən fakt üzrə cinayət işi başlanılmış və iş hal-hazırda Abşeron RPİ-nin müstəntiqi Ayaz Qasımovun icraatındadır. Bildirmişdir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır, cinayət əməli nəticəsində dəymiş zərərdir və həmin zərəri tələb etmək onların hüququdur. Faktiki olaraq nəqliyyat vasitəsi mülkiyyətçiyə 2023-cü il tarixdə təqdim edilmiş və əldən çıxmış faydanı bildiyi və ya bilməli olduğu vaxt 2023-cü il olmuş və onların müddətlə bağlı hər hansı problemi yoxdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS bildirişi) göndərilmiş, həmçinin bildirişlər onların elektron kabinetlərinə yerləşdirilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 2(012)-3647/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 İddiaçı qarşı “əmlakın geri qaytarılması” tələbinə dair ilk iddiası qismən təmin edilərək, X5 məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı “BMW 530” markalı avtomobilində cavabdeh İddiaçı məxsus şəxsi əşyalarının çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun İddiaçı alınaraq X5 verilməsi, İddiaçı X5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və nəqliyyat vasitəsinin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdirş. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3647/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X3 razılığı olmadan onun mülkiyyətində olan “BMW 530” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh tərəfindən öz şəxsi məqsədləri üçün etibarnamə əsasında satılaraq qeyri-qanuni yolla 15750 manat məbləğində pulun əldə edilməsi faktının araşdırılması üçün xüsusi qərardadın surətinin Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. - Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elvin Allahquliyevin 04 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Cavabdeh izahat verərək bildirmişdir ki, “BMW 530” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobili 2021-ci ilin yanvar ayında 15000 manata alıb və xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi münasibətdə olduğu X3 adına rəsmiləşdirib. Həmçinin, Könül Səlimovadan həmin avtomobilə dair nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə alıb. Bundan sonra avtomobili satmaq üçün “Turbo.az” internet saytında yerləşdirib. xx.xx.2021-ci il tarixdə həmin avtomobili 15750 manat qarşılığında İddiaçı satıb və ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verib. 2022-ci ilin fevral ayında İddiaçı ona mobil telefon vasitəsilə zəng edərək qeyd edilən etibarnamənin ləğv edildiyini, daha sonar avtomobilin yaşadığı binanın yeraltı dayanacağından aparıldığını bildirib. - Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi İsa Həbibzadənin 05 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Cavabdeh izahat verərək bildirmişdir ki, özü maşın alveri ilə məşğul olur. Təxminən 2020-ci ilin oktyabr ayında X6 “Chevrolet Cruze” markalı avtomobili satmaq üçün ona müraciət etmişdir. O həmin avtomobili 15.000 manata satıb pulunu Könülə vermişdir. Bundan sonra onun alıb satdığı bir neçə maşını Könül müvəqqəti olaraq onun icazəsi ilə sürürmüş. Təxminən 2020-ci ilin dekabr ayından Könüllə qeyri- rəsmi münasibətdə yaşamağa başlamışlar. Çünki Könülün birinci ərindən olan uşaqları valideynləri ilə birlikdə yaşayırmışlar. Bir neçə ay bundan əvvəl Könül onu döyməyi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və fakt üzrə 37-ci PŞ-də araşdırma aparılan zaman fakt təsdiqini tapmadığı və Könül şikayətini geri götürdüyü üçün material halında rədd olunmuşdur. Buna baxmayaraq yenə Könüllə bir yerdə qeyri-rəsmi yaşamağa davam etmişlər. “Volksvagen Passat” markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili idarə etməsi üçün Könülə etibarnamə vermişdir. Aralarında normal münasibət olmuşdur. xx.xx.2021-ci il tarixdə yuxudan oyanmış və Könülü evdə tapa bilməmişdir. Evə baxıb görmüşdür ki, ona məxsus “Volksvagen Passat” markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını, ona məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, “Covid” pasportunu, avtomobilin baş etibarnaməsini, VÖEN-nı götürərək evdə olan gödəkçənin cibindən götürərək çıxıb getmişdir. Sonra həyətə baxıb görmüşdür ki, “Volksvagen Passat” markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobilin həyətdə olmadığını aşkar etmişdir. Bu zaman başa düşmüşdür ki, Könül ondan icazəsiz avtomobili və qeyd etdiyi sənədlərini götürüb aparmışdır. Belə olduqda ***-***-**-** nömrəsinə zəng etdikdə, nömrəsini qara siyahıya saldığını görmüşdür. Könüllə əlaqə saxlaya bilməmiş və gözləmişdir ki, bəlkə avtomobili gətirib qaytarar. Lakin, Könüllə heç cür əlaqə saxlaya bilmədiyi üçün bu barədə polisə məlumat vermiş və əlavə olaraq xx.xx.2021-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. - Abşeron rayon prokuroru Qabil Qasımovun 03 may 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhər sakini İddiaçı məxsus 15750 manat, yəni xeyli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Abşeron rayon prokurorluğunda araşdırması aparılan 117C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyatı üzrə Abşeron RPİ İŞ-nə həvalə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh “BMW 530” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə 15750 manat qarşılığında İddiaçı satmış və ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə avtomobili yaxın qohumunun adına özgəninkiləşdirmək istədikdə etibarnamənin xx.xx.2022-ci il tarixdə ləğv edildiyini bilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3647/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 İddiaçı qarşı “əmlakın geri qaytarılması və cavabdehin şəxsi əşyalarının çıxarılması” tələbinə dair ilkin idiası qismən təmin, İddiaçı X5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3647/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı avtomobilə görə cavabdehə ödənilmiş pul məbləğinin ondan tutulmasını tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir və onun iddiaçıya heç bir borcunun olmadığını bildirir. Lakin iş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elvin Allahquliyevin 04 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən cavabdehin xx.xx.2021-ci il tarixdə həmin avtomobili 15750 manat qarşılığında iddiaçıya satması və ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verməsi müəyyən edilir. İşin bu halları yuxara qeyd edilmiş müvafiq məhkəmə qətnamələri ilə də müəyyən edilir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan “BMW 530” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh adlı şəxsə ümumi etibarnamə vermiş, Cavabdeh isə həmin etibarnamə əsasında qeyd edilən avtomaşını cavabdeh-qarşılıqlı iddiaçının sahibliyinə vermişdir. Cavabdeh-qarşılıqlı iddiaçının izahatına görə həmin avtomaşına görə Cavabdeh 15750 manat pul vermişdir. Lakin iş materiallarından göründüyü kimi Cavabdeh əldə etdiyi pul məbləğini Könül Səlimovaya vermədiyindən, o, 02 fevral 2022-ci il tarixdə onun adından verilmiş etibarnaməni ləğv elətdirmiş və İddiaçı həmin avtomobili götüzdürərək, Baş DYPİ-nin duracağına yerləşdirmişdir. Bundan başqa iş materialları ilə o da, müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli xüsusi qərardadı əsasında Abşeron rayon prokuroru Qabil Qasımovun 03 may 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarı ilə Abşeron rayonu, Xırdalan şəhər sakini İddiaçı məxsus 15750 manat, yəni xeyli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Abşeron rayon prokurorluğunda araşdırması aparılan 117C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə tələblə bağlı iddia müddətinin buraxılması barədə Cavabdeh ərizəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs yəni, avtomobilin mülkiyyətçisi X6 arasında məhkəmə mübahisəsi olduğundan, ümumiyyətlə İddiaçı bu faktın yəni, ona verilmiş etibarnamənin artıq xx.xx.2022-ci il tarixdən ləğv edilməsinin, onun xx.xx.2022-ci il tarixdə, avtomobili yaxın qohumunun adına özgəninkiləşdirmək istəyərkən bəlli olduğundan, Abşeron Rayon Məhkəməsinin 2(012)-3647/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 2023-cü il tarixdə icra edildiyindən və bununla da iddiaçının tələb etmə hüququ həmin andan (hüquqlarının pozulduğunu bildiyi andan) yarandığından qanunla müəyyən edilmiş 2 illik müddət iddiaçı tərəfindən ötürülmədiyindən, bu barədə cavabdehin ərizəsi əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar