Məhkəmə qərarları › İş №e-2(004)-308/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-308/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-308/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilkin olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış eviində yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və həmin evdə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 atası Oqtay Zeynalovun nənəsi X4 məxsus olub. Ev bir-birindən təcrid olunmuş evlərdən ibarət olmaqla üçmərtəbəli evdir. Həmin təcrid olunmuş evlərdən birində İddiaçı1 atası Oqtay Zeynalov ailə üzvləri ilə birlikdə yaşayıb. İddiaçılardan İddiaçı1 həmin evdə dünyaya gəlib, böyüyüb, həmin evdə ailə qurub. Həyat yoldaşı İddiaçı2 həmin evə gəlin gətirib. Həmin evdə övladları İddiaçı3 və X20 dünyaya gəliblər. İddiaçı1 ailə üzvləri ilə birlikdə həmin evdə özlərinə aid hissədə yaşamaqda, özlərinə aid hissəyə evə sahiblik etməkdə davam edirlər. İddiaçı1 yaşadığı evin kommunal xətləri tam ayrıdı və kommunal xidmətlərə dair müqavilələr İddiaçı1 və ailə üzvləri ilə bağlanılıb və kommunal xərclər də iddiaçılar tərəfindən ödənilir. İddiaçılar öz evlərinə sərbəst şəkildə daxil olur, yaşayır, sahiblik və istifadə edirlər. Lakin buna baxmayaraq cavabdehlər mülkiyyət hüquqlarından istifadə edərək Bakı İnzibati məhkəməsində iddia qaldıraraq iddiaçıların qeydiyyatdam çıxarılmalarına dair iddia qaldırmışlar.İddaçılara bir müddət əvvəl məlum olub ki, evin mülkiyyətçisi X13 rəhmətə gedəndən sonra ev nəvələrdən Zeynalov Əlinin mülkiyyətinə keçib (hazırda evin hansı qaydada Əli Zeynalovun adına keçməsi tərəfimizdən araşdırılır). Əli Zeynalov rəhmətə gedəndən sonra isə fərdi yaşayış evi vərəsəlik qaydasında cavabdehlərin mülkiyyətinə keçib. İddiaçı1 və ailə üzvlərinin yaşadıqları evin bir hissəsi təcrid olunduğundan və kommunal xidmətlərə görə müqavilələr öz adlarına olduğundan, sayğaclar ayrı olduğundan, giriş-çıxış ayrı olduğundan evin mülkiyyətçisinin dəyişməsi iddiaçılara məlum olmayıb. İddiaçı1 1963-cü ildə gözünü həmin evdə açdığından, atası Oqtay Zeynalov da doğulan gündən dünyasını dəyişənə qədər həmin evdə yaşadığından nə vaxtsa əmisinin övladlarlarının ona və ailə üzvlərinə qarşı belə qərəzli, əsassız iddialarla çıxış edəcəyi ağlına belə gəlməzdi.Çünki qeyd edilən evdə hərə kəsin yaşayış yeri ayrı, bir-birindən təcrid olunmuş şəkildədir. Heç kəsin bir-birinə maneçiliyi yoxdur. İddiaçı1 və ailə üzvlərinin həmin evdən başqa yaşayış yerləri yoxdur. Bu halı yaxin qonşular və qohumlar da təsdiq edə bilərlər. İşə məhkəmədə baxılan zaman iddiaçılar Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 əlavə cavabdehlər qismində mülki işə cəlb edilmişdir. Daha sonra iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsinə əlavə (dəqiqləşmə) təqdim edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, X10 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, həmin fərdi yaşayış evinin ümumi sahəsi 32,46 kv.m, yaşayış sahəsi 24,2 kv.m. olan iki otağına iddiaçıların istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən iddia ərizəsinə əlavə (dəqiqləşmə) icraata qəbul edilərək, iş üzrə digər cavabdehlər Cavabdeh6 və Cavabdeh5 cavabdehlər siyahısından çıxarılmışlar (protokola qeyd edilməklə). İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddia tələbini dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, iddiaçıların yaşadıqları otaqlar fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi (zal 18,25 kv.m, yataq otağı 5,95 kv.m, mətbəx 7,26 kv.m, sanitar qovşağı 1 kv.m) 32, 46 kvadrat metrdir. Həmin sahənin kommunal xidmətlərə aid sayğacları ayrıdır və həmin sayğaclar iddiaçıların ailə üzvlərinin adına olmaqla həmin yaşayış sahəsində istifadə olunan kommunal xidmətlərə görə haqq onlar tərəfindən ödənilir. Həmin sayğaclar hələ İddiaçı1 atasının sağlığından ayrı olmuşdur. Cavabehlər fərdi yaşayış evinin 2-ci mərtəbəsindən heç vaxt istifadə etməyibilər və hazırda da etmirlər. Evin 2-ci mərtəbəsi ümumi sahəsi (zal 18,25 kv.m, yataq otağı 5,95 kv.m, mətbəx 7,26 kv.m, sanitar qovşağı 1 kv.m) 32, 46 kvadrat metr olmaqla uzun illər əvvəl İddiaçı1 valideynlərinin daha sonra isə İddiaçı1 və ailə üzvlərinin istifadəsində olub. Qeyd edilən sahə hazırda da iddiaçıların istifadəsindədir. Hesab edirlər ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 32,46 kv.m, yaşayış sahəsi 24,2 kv.m. olan iki otağına iddiaçıların istifadə qaydası müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinə etiraz ünvanlayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və həmin fərdi yaşayış evinin ümumi sahəsi 32,46 kv m, yaşayış sahəsi 24,2 kv m olan iki otağına iddiaçıların istifadə qaydasının müəyyən edilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddianın qaldırılmasına əsas və səbəb cavabdehlərin mülkiyyət hüquqlarından istifadə edərək Bakı İnzibati Məhkəməsində iddiaçıların qeydiyyatdan çıxarılmalarına dair iddia qaldırılması olmuşdur. Bildirirlər ki, həqiqətən Bakı İnzibatı Məhkəməsində (hakim Ləman Musayeva) 2-1(112)- 12481/2023 sayl iş üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı İnzibati Məhkəməsinə müraciət edərək. İddiaçı4 X6. İddiaçı3 İddiaçı2, İddiaçı1 Oktay oğlunur iddiaçıların paylı mülkiyyətində olan ünvan 3 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəoul edilməsim xahiş etmişdir. Bundan sonra hazırkı iş üzrə iddiaçılar Yasamal rayon Məhkəməsinin (sədrlik edən: hakim Təhminə Xəlilova) icraatında olan 2(004)- 4957/2023 saylı iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "çıxarışın etbarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1. Cavabdeh2 Cavabdeh3 adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın etbarsız hesab edilməsi və həmin evə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin həmin ddia qanunun tələblərinə uyğun verilmədiyinə görə, Yasamal rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)-4957/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra hazırkı iş üzrə iddiaçılar Yasamal rayon Məhkəməsinin (sədrlik edən: hakim Təhminə Xəlilova) icraatında olan e-2(004)-5458/2023 saylı iş üzrə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra hər iki iş üzrə tərəflər hər iki iddianın geri götürülməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Nəticədə Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə iddiaçı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, həmin Məhkəmə iclasında iştirak edən üçüncü şəxs İddiaçı1 Oktay oğlu .ddıa ərizəsinin və ona əiavə edilmiş sənəd ərin geri qaytarılmasına etiraz etmədiyim bildirmiş, nəticədə Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1 (112)-12481/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı "İddiaçı4, X1 Fidan Yaşar qızı. İddiaçı2 İddiaçı1 Oktay oğlunun iddiaçıların paylı mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, qərardaddan şikayət verilməmiş, qanuni qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi, hazırkı iş üzrə iddianın qaldırılmasına əsas olmuş əsas və səbəb aradan qaldırılmış, yəni Bakı İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Lakin buna baxmayaraq, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına ərizə verməmiş bununla da hazırkı iş üzrə iddiaçılar həmin iş üzrə iddiaçılar Cavabdeh1 və digərlərini faktiki olaraq aldatmışlar. İşin həqiqi halları isə ondan ibarətdir ki: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər Soveti TİB Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1948-ci il tarixli (qeydiyyat kitabı N 88. səh. 1947) çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 atası X21 nənəsi X4 məxsus olmuşdur. X13 mülkiyyətində olan həmin fərdi yaşayış evini 02 04.1973-cü il tarixdə Bakı şəhəri 5 saylı DNK-da reyestrdə 3- 729 nömrə ilə xx.xx.1973-cü ildə qeydə alınmış Vəsiyyətnamə ilə nəvəsi, yəni Cavabdeh1 atası X26 vəsiyyət etmişdir. Məlumat üçün bildirirlər ki, X13 digər nəvəsi Oqtay Zeynalov onu dəfələrlə təhqir etdiyinə, ona qarşı yaxşı davranmadığına görə ona miras əmlakdan pay verməmişdir. Bundan sonra həmin fərdi yaşayış evi Bakı şəhər Soveti TİB Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1973-cü il tarixli (qeydiyyat kitabı N 88, səh. 1947) çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 atası X21 adına keçmiş və ona məxsus olmuşdur. X36 mülkiyyətində olan həmin fərdi yaşayış evini xx.xx.1994-cü il tarixdə Bakı şəhəri 5 saylı DNK-da reyestrdə xx.xx.1994-cü ildə qeydə alınmış Vəsiyyətnamə ilə övladları - Cavabdeh1 və X27 vəsiyyət etmişdir. X36 2017-ci ildə vəfat etdikdən sonra həmin fərdi yaşayış evi AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2289 nömrəli vərəqində Əli Zeynalovun övladları - Cavabdeh1, Cavabdeh2, X37 və arvadı Cavabdeh3 adına qeydiyyata alınmış (qeydiyyat nömrəsi' **********. qeydiyyat tarixi: xx.xx.2018-ci il) və hazırda paylı mülkiyyət hüququ ilə həmin şəxslərə məxsusdur. Məlumat üçün qeyd edək kı, paylı mülkiyyətçilərdən biri X22 xx.xx.2023-cü il tarixdə vəfatından sonra həmin fərdi yaşayış evinin 3/8 hissəsi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: 20 10 2023-cü il) vərəsəlik qaydasında onun oğlu Cavabdeh4 adına qeydiyyata alınmışdır. Beləliklə, göründüyü kimi, həmin fərdi yaşayış evi heç vaxt hazırkı iş üzrə iddiaçıların, həmçinin onlardan İddiaçı1 atası Oqtay Zeynalovun mülkiyyətində, o cümlədən paylı mülkiyyətində olmamış, mərhum sonuncunun və onun ailə üzvlərinin, o cümlədən vərəsələrinin həmin fərdi yaşayış evində yalnız pasport qeydiyyatı olmuş (bu gün də elədir!), qeydiyyat isə, qanunun tələbinə görə, hüquq yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki. 1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Onu da qeyd edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində həmin fərdi yaşayış evi üzərində hazırkı iş üzrə iddiaçıların mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat yoxdur. Məhkəmə zəruri hesab edərsə, bu barədə müvafiq sorğu da verə bilər. Nəhayət məlumat üçün bildirirlər ki, iş üzrə iddiaçılar faktiki olaraq 3 ailədən ibarətdir, İsmayılova (Zeynalova) Aytən Yaşar qızı 2016cı ildə oğlu Təbriz İsmayılov adlı şəxslə ailə qurmuş, həmin nikahdan X6, X14 adlı uşaqları olmuş, ailə qurduqdan sonra həmin mənzildə yaşamırlar, İddiaçı1 isə arvadı İddiaçı2 ilə 2020-ci ildən Mərdəkan qəsəbəsindəki evində yaşayır, hətta iddia qaldırdıqları sahədən bütün əşyaları, o cümlədən kondisioner və televizorları da götürüb aparmışlar. İddiaçı3 da həmin evdə yaşamır. Beləliklə, göründüyü kimi: 1. Həmin şəxslər, yəni iddiaçılar həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməmişdir; 2. Həmin şəxslər həmin yaşayış sahəsində uzun illərdir ki. faktiki olaraq yaşamırlar. Onu da qeyd edirlöər ki, iddiaçıların ikinci tələbi isə evə istifadə qaydasının müəyyən edilməsi barədədir. Bildirirlər ki, qanunvericilikdə fərdi yaşayış evinə (mənzilə) istifadə qaydasını müəyyən edən norma yoxdur. Belə olan hal da. həmin tələb də əsassız olmaqla yanaşı, həm də qanunsuzdur. Onu da qeyd edirlər ki, hazırkı iş üzrə iddiaçılar tərəfindən Məhkəməyə təqdim edilmiş 43 saylı MKlS-in rəisi və mühəndisi tərəfindən tərtib və təsdiq edilmiş cizgi hüquqi sənəd olmamaqla yanaşı, heç texniki sənəd də deyildir. Belə ki, iddiaçılar tərəfindən Məhkəməyə təqdim edilmiş həmin cizgidə göstərilən ölçülər həmin fərdi yaşayış evinin TEXNİKİ PASPORTundakı ölçülərlə tam uyğunsuzluq təşkil edir, həmçinin İddiaçı1 guya yaşadığı sahənin evin 2-ci mərtəbəsində olması barədə qeydlər də tamamilə əsassızdır. Belə ki, hazırkı Etiraza əlavə edilmiş AR ƏMKK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 və başqalarının adına tərtib edilmiş ünvan 8 ünvanında yerləşən həmin fərdi yaşayış evinin TEXNİKİ PASPORTundan göründüyü kimi: ünvan 8 ünvanında yerləşən həmin fərdi yaşayış evi yarımzirzəmi və 2 (iki) mərtəbədən ibarətdir; hazırkı iş üzrə İddiaçı1 iddia etdiyi sahə həmin fərdi yaşayış evinin 2-ci mərtəbəsində deyil, 1-ci mərtəbəsində yerləşir; həmin fərdi yaşayış evinin 1-ci mərtəbəsində İddiaçı1 ilə yanaşı həmin evin mülkiyyətçilərindən biri Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşayır; hazırkı iş üzrə İddiaçı1 həmin fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 26.9 kv.m (zal 17,2 kv.m, yataq otağı 9.7 kv.m) olan sahədə yaşamış (artıq 4 ilə yaxındır ki, yaşamır!), ümumi sahəsi 13.6 kv.m (otaq 92,2 kv.m, mətbəx 4.4 kv.m) olan sahədə isə həmin evin mülkiyyətçilərindən biri Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşayır, sanitar qovşağı isə həmin fərdi yaşayış evinin həyətində yerləşməklə hamının ümumi istifadəsindədir. Beləliklə, göründüyü kimi, iddia qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. Məlumat üçün onu da qeyd edək ki, hələ təqribən 2010-13-cü illərdə Yasamal rayon Məhkəməsində hazırkı iş üzrə İddiaçı1 iş üzrə Cavabdeh1 atası - mərhum X26 qarşı eyni tələblər ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia da rədd edilmişdir. Zərurət yaranarsa, Məhkəmə Yasamal rayon Məhkəməsinin arxivinə müvafiq sorğu verə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mənzil anasının nənəsi Nərgiz xanımın adına olub. Nənəsi 72-ci ildə rəhmətə gedib. Üç nəvəsi olub Oqtay, Əli və Əkrəm. Nənəsi həmin mənzili Əliyə bağışlayıb. Lakin bundan Oqtay və Əkrəmin xəbəri olmayıbdır. Əkrəm onun kiçik əmisidir. Əkrəmə sonradan başqa ev almışlar, orada yaşayıb və rəhmətə gedib. Atası Oqtay həmin mənzildə anadan olub, orada böyüyüb və 91-ci ildə həmin mənzildə də rəhmətə gedib. O, həmin mənzildə anadan olmuş və bu günə kimi də həmin mənzildə yaşayır. 89-cu ildə ailə həyatı qurmuşdur. Həmin mənzildə iki qızı dünyaya gəlib, onalarda həmin mənzildə böyüyüb və həmin mənzildə də qeydiyyatda olublar. Onlardan biri çoxdan təxmini 7 ildir ki, ailə həyatı qurub, biri isə bu yaxınlarda ailə həyatı qurub. Lakin ailə qurandan sonra da ora gəlib gediblər. Onıların yaşadəğə hissənin komunal xidmətləri mərhum atasının, onun və yoldaşının adınadır. İşıq və su onun adına, qaz isə həyat yoldaşının adınadır. İşıq əvəl atası Oqtayın adına olmuş, sonradan öz adına keçirmişdir. Bu günə kimi də komunal xidmətlərə görə ödənişləri o, edir. Həmin mənzildə o, qardaşları, həyat yoldaşı və uşaqları yaşaməşlar. Atası-anasıda həmin mənzildə yaşayıblar. Sonradan qardaşları ayrılıb başqa mənzilə getmişlər. Atası-anası, o və həyat yoldaşı həmin mənzildə yaşamışlar. Anası 2015-ci ildə rəhmətə gedib. Anası rəhmətə getdikdən sonrada o, həyat yoldaşı və uşaqları həmin mənzildə yaşayırlar. Qızları sonradan ailə həyatı quraraq köçmüşlər. Əmisi Əli ona həmişə deyirdi ki, “o ev sənindir, sənə atandan qalıb”, əmisi heç vaxt problem yaratmırdı. Lakin əmisi rəhmətə getdikdən sonra həmin mənzilin plana düşməsi və söküləcəyi ortaya çıxdıqdan sonra bu problemlər ortaya çıxdı. Bundan başqa cavabdehin özü keçən məhkəmə prosesi zamanı bildirmişdir ki, mənzilin həmin hissəsində də yaşamayıb, orada iddiaçılar yaşayır. Mübahisəli mənzilin yuxarı mərtəbəsində babası və nənəsi, aşağı ikinci mərtəbəsində isə onlar atası, anası, o, və qardaşları yaşayırdılar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil İddiaçı1 ana nənəsi Nərgiz xanıma məxsus olmuşdur. Ev faktiki üç mərtəbə olsada texniki pasportda iki mərtəbə qeyd olunmuşdur. Mülkiyyətçilər arasında da, naturada ayrılma mövcud olmamışdır. İddiaçı1 atası Oqtay Zeynalov həmin mənzildə dünyaya gəlib, orda ailə həyatı qurub, orda uşaqları dünyaya gəlib. İddiaçı1 həmin evdə doğulmuş və həmin evdə də ailə həyatı qurmuşdur. Eyni zamanda uşaqlarıda həmin evdə dünyaya gəliblər. Lakin Nərgiz xanım həmin mənzili vəsiyyətnamə ilə hazırki cavabdehlərin atası olan Əli Zeynalova verib. Bunlardan isə İddiaçı1 atası Oqtay Zeynalovun xəbəri olmayıb. Əli Zeynalov rəhmətə getdikdən sonra mənzil vərəsəliklə keçib hazırki iş üzrə cavabdehlərə. Cavabdehlər Əli Zeynalovun ailə üzvləridir, ikisi oğlu, biri yoldaşı, Rəsul isə nəvəsi Aydının oğludur. İddiaçılar həmin evdə uzun müddətdir ki, yaşayırlar. Lakin sonradan məlum olanda ki, həmin evlər plana düşür və söküntüyə gedir cavabdehlər tərəfindən iddiaçılara qarşı İnzibati Məhkəmədə qeydiyyatdan çıxarılmaqları barədə iddia qaldırılmışdır. Həmin məhkəmədə o, vəkil kimi çıxış etmişdir. Məhkəmədə müəyyən olundu ki, hər iki tərəf qohumdur hakim tərəfindən iddiadan imtina olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə onların iştirakı olmadan mahiyyəti üzrə baxaraq qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul etmir. 2 ildir ki, iddiaçıların yaşadığı otaq boşdur. Məhkəmə iclasında izahat vermiş qonşular həyətdə yaşayanları necə bilə bilər? Ayda 1 dəfə gedib-gəlmək orada yaşamaq deyil. Evin zirzəmisində anası qalır. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, mübahisə predmeti olan ev ilkin olaraq nənəsinin anasına məxsus olmuşdur. İddiaçı1 atası həmin evdə dünyaya gəlib və orada yaşayıb. İddiaçı1 da, həmin evdə doğulub və yaşayıb. İddiaçıların yaşadığı otağa iddiası olmamışdır. Öz vəsaiti ilə evi almamışdır, nənə-babasının vaxtından qalan mülkdür. İddiaçılar orada yaşamır, iddiaçıların mənzilinin açarı onda deyil. Mənzildə olan əşyaları iddiaçınındır. İddiaçı1 sonuncu dəfə 2-3 ay əvvəl görmüşdür. Onların yaşadıqları mənzil həmişə bağlıdır. Bakı İnzibati Məhkəməsində keçirilən sonuncu iclasdan sonra İddiaçı1 görməmişdir. Məhkəmədə çaşıb, iddianı geri götürmüşdür. İddiaçı1 evə gələndə özünü videoya çəkir. Məhkəmə iclasında izahat verən şahidlər saxta şahidlərdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı1 bildirmişdir ki, yayda qayınatasından qalan bağ evinə ailəsi ilə birlikdə getmişlər. Daimi olaraq mübahisə predmeti olan evdə qalır. 2-3 gün bağ evinə ailəsinin yanına gedir. Bu söhbətlərə görə onlarla da münasibəti pozulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, İnzibati Məhkəməsində iddia qaldıracaqdır. Həmin məhkəmə iclasında iddiaçı eyni zamada bildirmişdir ki, cavabdehin qardaşı oğlu onların yaşadıqları evə köçmək üçün onunla söhbət etmişdir. O da bildirmişdir ki, 60000 manat pulun yarısını versin, iddiaçı da həmin edən çıxsın. Məhkəmə iş materillarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X38 bildirmişdir ki, iddiaçı qonşusudur. Uşaqlıdan iddiaçı gözünün qarşısında böyümüşdür. İddiaçının babasını və atasını da tanımışdır. Atasının adı Oqtaydır. Pərviz Kərimi 1969-cu ildən ünvan 9 ünvanında yaşayır. İddiaçı ondan 2 qapı yuxarıda, həyat yoldaşı və qızları ilə birlikdə yaşayır. İddiaçının ailəsi o, ailə qurandan etibarən həmin ünvanda yaşayır, qızları da həmin evdə doğulublar. İddiaçının babası və atası da həmin evdə doğulub. Evə 2 mərtəbə sonradan tikilib. İddiaçı və ailəsi hal-hazırda evin 2-ci mərtəbəsində yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, İddiaçı qonşusudur. İddiaçının atasının adı Oqtay, anasının adı Gülnaz olmuşdur. İddiaçı gözünün qarşısında doğulub, böyüyü, evlənib. O, B.Səfəroğlu küçəsi, ev 74 ünvanında yaşayır. İddiaçı onlardan 2 qapı yuxarıda yaşayır. İddiaçı həmin evdə doğulub, evlənib, qızları olub. Ev 2 ya da 3 mərtəbəli olmalıdır. İddiaçı 2-ci mərtəbədə yaşayır. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmisi oğulları da həmin evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirmişdir ki, iddiaçı qonşusudur. İddiaçının atasının adı Oqtay idi. İddiaçı B.Səfəroğlu küçəsi, ev 68 ünvanında yaşayır. İddiaçı yaşda ondan kiçik olmalıdır, o, uşaqlıqdan həmin ünvanda yaşayır. İddiaçı evlidir, 2 qızı var, onlar da həmin ünvanda yaşayırlar. İddiaçı və ailəsinin yaşadığı ev 3 mərtəbəlidir. İddiaçı və ailəsi 1-ci mərtəbədə yaşayırlar. Evlərinə getməmişdir, iddiaçını küçədə görürür. İddiaçının atasının yas mərasimində iştirak etmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçını küçədə hər gün görür. Evdə iddiaçının əmisi uşaqları da yaşayır, onlarla da münasibəti yaxşıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 1910-cu il tarixdə X11 adına, 1912-ci il tarixdə isə X15 adına qeydiyyata alınmasına dair reyestr kitabında qeydlər aparılmışdır. Həmin reyestr kitabında X15 “X13”kimi oxunması barədə keçmiş Caparidze Rayon Xalq Məhkəməsinin xx.xx.1947-ci il tarixli qərarına dair qeydlər aparılmışdır. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 10ömrəli xx.xx.1973-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.1973-cü il tarixdə X21 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı xx.xx.1973-cü il tarixli çıxarış tərtib edilmişdir. Sonradan sözügedən çıxarış RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışla əvəz edilmişdir. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan 11ömrəli xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 3/8 hissəsi X22, 3/8 hissəsi isə xx.xx.2018- ci il tarixdə Cavabdeh1 adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı notariat kontorunun 2V-59 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında (məcburi pay) şəhadətnamə”yə əsasən sözügedən fərdi yaşayış evinin 1/8 hissəsi Cavabdeh3, 1/8 hissəsi isə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adlarına qeydiyyata alınmışdır., X27 aid olan hissə Bakı şəhəri 5 saylı notariat kontorunun 2V-161 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X13 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, o mülkiyətində olan ünvan 12 ünvanında yerləşən evi X26 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi nəvəsi X29r. İş materiallarında olan xx.xx.1994-cü il tarixli X36 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, o, ünvan 12 ünvanında yerləşən şəxsi mülkiyyətində olan mülkü bərabər hissələrdə oğlu Cavabdeh1 və Cavabdeh4 Əli oğluna vəsiyyət etmişdir. İş materiallarında olan DƏDRX-in RX 0545023seriya nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu 68 ünvanında yerləşən fərdi yaaşyış evi xx.xx.2014-cü il tarixdə X21 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 hər biri miras paydan 1/8 hissədə, Cavabdeh4 Əli oğlu, X37 hər biri miras əmlakdan 3/8 hissədə pay almalıdırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verilmiş RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 15 evə 3/8 hissədə Cavabdeh4 Əli oğlunun, 3/8 hissədə X22, 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2 pay hüququ var. Cavabdeh4 Əli oğlunun 3/8 hissədə pay hüququ xx.xx.2018-ci il tarixdə, X22 3/8 hissədə pay hüququ xx.xx.2018-ci il tarixdə, Cavabdeh2 1/8 hissədə psy hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış və xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan 43 №-li Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 B.Səfəroğlu küçəsi, 68 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Mərhum atası X30 xx.xx.1956-cı ildən vəfat etdiyi xx.xx.1991-ci tarixədək həmin ünvanda qeydiyyatda olmuşdur. Onunla birlikdə ailə üzvləri- həyat yoldaşı və oğulları qeydiyyatda olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 16 mart 2004-cü il tarixdən ünvan 14 ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh3, Cavabdeh2, X7, X32, Cavabdeh1, X33, İddiaçı3 (xx.xx.1992), İddiaçı2, İddiaçı4 (xx.xx.1997), X6, X8r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1934-cü ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 26 yanvar 1934-cü ildə doğulan X16 təvəllüdü qeyd olunur. Atası: Cavabdeh4 Salman oğlu, Anası: Zeynalova Kürsüm (sənəddə olduğu kimi) Qurban qızıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, Azəriqaz İB ilə İddiaçı2 arasında bağlanmış həmin müqaviləyə əsasən tərəflər ünvan 15 ünvana qaz təchizatı barədə razılığa gəlmişlər. İş materiallarında olan Məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qbulu və abonentə təhvili haqqında xx.xx.2006-cı il tarixli aktdan görünür ki, B.Səfəroğlu 68, ev 4 ünvanına quraşdırılmış sayğac abonent İddiaçı1 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı1 ilə Azərişıq ASC arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər ünvan 8 ünvanında yerləşən evə elektrik enerjisinin təchizatına dair müqavilə bağlamışlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli su tachizatı va tullantı sularının axıdılması xidmətlərinə dair ahali qrupuna aid оlan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, İddiaçı1 ilə Azərsu ASC arasında ünvan 8 ünvanında yerləşən su təchizatına dair müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətçisi olduğu Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 68 ünvanından İddiaçı4, X9, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Oktay oğlunun qeydiyyatdan çıxarılması ilə əlaqədar o mülki qaydada məhkəməyə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12481/2023 saylı xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı4, X6, İddiaçı3, İddiaçı2, İddiaçı1 Oktay oğlu) "qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin adıçəkilən qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstrərilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 atası Oqtay Zeynalovun nənəsi X4 məxsus olub. Həmin evi Nərgiz Əliyeva digər nəvəsi X26 vəsiyyət etsə də, digər nəvəsi X30 xx.xx.1956-cı ildən vəfat etdiyi, xx.xx.1991-ci tarixədək həmin ünvanda qeydiyyatda olmaqla yaçamışdır. Onunla birlikdə ailə üzvləri- həyat yoldaşı və oğulları da, həmin evdə qeydiyyatda olmaqla yaşamışlar. X31 və ailə üzvləri, oğlu hazırki iş üzrə İddiaçı1 da, daxil olmaqla həmin evdə yaşamışlar. Mübahisəli əmlak X26 vəsiyyət edilərkən və onun mülkiyyətinə keçərən yüklü olmuş, yəni iddiaçının atasının və ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. İş üzrə şahid ifadələrindən və işdə olan digər sübutlardan görünür ki, İddiaçı1 da həmin evdə yaşamış, həmin evdə böyümüş, evləndikdən sonra və hal-hazıradək də, həyat yoldaşı İddiaçı2 və övladları olan digər iddiaçılarla birlikdə həmin evdə yaşamışlar. İddiaçı1 övladları da, həmin evdə doğlumuş və ərə gedənədək orada yaşamışdırlar. Mülki hüquq münasibətləri yarandığı zaman mübahisəli mənzilinin mülkiyyətçisi olan X36 tərəfindən ailə üzvü X17, daha sonra isə hazırkı iş üzrə İddiaçı1 həmin həmin yaşayış evindən istifadə və sahiblik etməsinə razı olmaması iş materialları ilə müəyyən edilmir. Həmçinin İddiaçı1 və İddiaçı2 uzun illər həmin evdə yaşaması, hazırda da yaşamaqda davam etməsi, evin iki otagında onların ışyalarının olması, həmin oitaqların açarlarının iddiaçılarda olması (cavabdehin etiraf edici izahatına görə), eləcə də, isdifadəsində olan komunnal xidmətlərə görə adlarına müqavilələrin olması iş materialları ilə öz təsdiqini tapır. Mülki hüquq münasibətlərinin 2001-ci ilədək yarandığını nəzərə alaraq məhkəmə həmin münasibətlərə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsini zəruri hesab edir. 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 118-ci maddəsinə əsasən Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə alaraq, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli İddiaçı1, İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin İddiaçı3 və İsmayılova (Zeynalova) Aytən Yaşar qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının tanınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı3 və İsmayılova (Zeynalova) Aytən Yaşar qızı doğlulduqdan son dövrlərə kimi həmin evdə yaşasaalr da işin halları ilə müəyyən edilmişdir ki, hər ikisi ailə həyatı quraraq evdən getmiş və hazırda həmin evdə yaşamırlar. Bundan başqa İddiaçı3 və İsmayılova (Zeynalova) Aytən Yaşar qızı ailə quranadək həmin evdə yaşasalar da, onların rəsmi qeydiyyata (şəxsiyyət vəsiqəsi üzrə) düşməsi tarixini şəxsiyyət vəsiqəsinin verilməsindən sonrakı dövr-xx.xx.1997-ci il təvəllüdlü İddiaçı4 şəxsiyyət vəsiqəsinin verilmə tarixinin xx.xx.2013-cü il, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı3 şəxsiyyət vəsiqəsinin verilmə tarixinin xx.xx.2008-ci il tarixdən sonra olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki: -Hazıırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin maddənin 5-ci bəndinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə eyni zamanda iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 32,46 kv.m, yaşayış sahəsi 24,2 kv.m. olan iki otağına iddiaçıların istifadə qaydasının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan mənzilin, mülkiyyətçiləri arasında naturada bölgüsü həyata keçirilmədiyindən, iddiaçılar İddiaçı1 Oqaty oğlunun və İddiaçı2 kimin mülkiyyətində olan sahədə yaşadıqlarını müəyyən etmək mümkün deyildir. İşin hallarından göründüyü kimi mənzil ümumi paylı mülkiyyətdədir və iddiaçılar həmin evin 2 otağında daimi olaraq yaşamışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar