Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3084/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 cinayət nəticəsində əldə edilmiş 164.256,63 manat məbləğində pulun müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PH-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarının olmasını əvvəlki məhkəmə iclasında bildirsə də, lakin həmin qərar təqdim edilməmişdir. Əgər inzibati orqanın qərarı olarsa iddiaçı artıq ödənilmiş pensiya məbləği ilə bağlı inzibati məhkəməyə müraciət etməli idi. O, həmin qərarı mübahisələndirmək hüququna malikdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 ilə eyni fikirdədir. İnzibati qanunvericilik tətbiq edilərkən sübut etmə mexanizmi və maddi ziyanın məbləği dəyişir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarının təqdim edilməsini xahiş edir. Məhkəmə aidiyyət məsələsi ilə bağlı mübahisə üzrə proses iştirakçılarının fikrini və əsaslarını öyrənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək bildirir ki, iddiaçı orqanda mülki iddia ilə bağlı ayrıca qərar deyil daxili əmr olur. Həmçinin iddia tələbini müdafiə etdiyini, iş üzrə icraata xitam verilməsinə, eyni zamanda iddia ərizəsinin geri götürülməsinə razı olmadığını bildirir və işə mahiyyəti üzrə baxılıb tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, hazırki tələb məhkəmənin cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmündə öz təsdiqini tapmış cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı olduğundan hesab edir ki, işə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarının mövcud olduğunu bildirmişdir. Hazırda isə iddiaçının nümayəndəsi həmin qərarın mövcud olmadığını bildirir. Hazırkı mübahisə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, hazırkı mübahisə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Aidiyyət qaydaları pozulduğundan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Nümayəndə4 izahat verərək bildirir ki, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə xitam verilməlidir. Belə ki, yaranmış aidiyyət məsələsinə dair mübahisə ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarı iddiaçı tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qərar deyil, daxili əmrlə aidiyyətin müəyyən edildiyini bildirir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, inzibati orqanının sözügedən qərarı mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə əmək pensiyası ödənişi ilə bağlı olmaqla qeyd olunan mübahisə inzibati xarakterli olduğundan tələbə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxıla bilər. Məhkəmə iddiaçının hazırkı mübahisənin, yəni tələbin məhkəmənin hökmündən irəli gəlməsi ilə bağlı iddiasını əsaslı hesab etmir. Belə ki, hökmlə cavabdehlərin təqsiri müəyyən edilməsinə baxmayaraq, vurulmuş zərər əmək pensiyası ilə bağlı ödənişlərlə əlaqədar olduğundan, bu münasibətlər isə müvafiq icra hakimiyyəti orqanı ilə vətəndaş arasında yaranan münasibətlərdən irəli gəldiyindən, hazırki mübahisənin aidiyyəti inzibati məhkəmədir. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarını nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə icraata ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi andan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3084/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3084/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver