Məhkəmə qərarları › İş №e-2(004)-3091/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3091/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3091/2024 09.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 33100 manat əsas borc, həmin borca görə illik 10 faiz hesablanmış 3862,95 manat faiz borcu, 17900 manat ödənilmiş borcun gecikdirildiyi müddət üçün hesablanmış 1323 manat faiz borcu, ümumilikdə 38285,95 manat və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh1 2023-cü ilin fevral ayından digər Cavabdeh2 vasitəsilə tanıyır. 2023-cü ili fevral ayının əvvəlində Zöhrab zəng edərək tanışı Cavabdeh1 borc pul istədiyini ona bildirmişdir. 2023-cü ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Baku Mall» ticarət mərkəzində Zöhrab ilə görüşmüş və orada Zöhrab onu Ramil ilə tanış etmişdir. Söhbət əsnasında Ramil ondan qısa müddət ərzində qaytaracağını bildirərək borc pul istəmişdir. İlk dəfə 2023-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 20.000 manat pul vermişdir. İkinci dəfə 2023-cü ili mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbəəl 10000 manat pul vermişdir. Üçüncü dəfə 2023-cü ili may ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 5.000 manat pul vermişdir. Dördüncü dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 5.000 manat pul vermişdir. Beşinci dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən «lmperial» şadlıq sarayının qarşısında Ramilə əlbə-əl 6000 manat pul vermişdir. Altıncı dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbəəl 5.000 manat pul vermişdir. Bununla da Ramilə ümumilikdə 51000 (əlli bir min) manat borc pul vermişdir. Həmin pullar tam şəkildə özünə məxsus olmuşdur. Lakin Ramil vədinə əməl etməyərək onun pulunu qaytarmadı. Bundan sonra o pulları Ramildən tələb etdikdə Ramil 2023-cü ilin noyabr ayında 17.900 manat pul qaytardı, lakin qalan 33.100 manat pulu isə qaytarmadı. Əlavə olaraq bildirir ki, o Ramilə qeyd olunan pulları borc məqsədilə vermişdir. Lakin o polisə müraciət edən zamana qədər 33100 manat pul Ramil tərəfindən ona qaytarılmamışdır. Sonradan Ramil ondan aldığı pulun bir hissəsini Ceyhun adlı şəxsə verdiyini bildirmiş, Ceyhun adlı şəxsdən 17900 manat pulu aldığı üçün 2023-cü ilin noyabr ayında pulumun bir hissəsini yəni 17900 manatı qaytarmış, yalnız hələ də pulun digər hissəsi qaytarılmamışdır. Bu barədə Ramil polisdə izahatında özü də qeyd etdiyi halları təsdiq etmiş və xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunan hallar özəksini tapmışdır. Hazırda Cavabdeh1 ona 33100 manat borcu vardır. Onun bütün bu problemləri çəkməyinə səbəb Cavabdeh2 onu Cavabdeh1la tanış etməsi olmuşdur. Hesab edir ki, qeyd olunan borc hər iki cavabdeh tərəfindən müştərək qaydada tutularaq ona ödənilməlidir. İddia ərizəsinin hazırlandığı müddətdə Cavabdeh1 mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 6 sot torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin mülkiyyətin Cavabdeh1 və ya digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə ərizə məhkəməyə təqdim etmiş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin edilmiş və əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Cavabdeh2 iddiaya etirazla məhkəməyə müraciət edərək İddiaçı pul təbinin ona qarşı hissəsində təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumillikdə 38.285,95 manat pul vəsaitin tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçının Cavabdeh1la aralarında olan pul haqq hesabı onun xəbəri olmadan baş tutmuşdur. Bildirir ki, iddiaçının nənəsi Xanımbacı xanım ilə görüşəndə, Cavabdeh1 da yanında olmuşdur, Xanımbacı Cavabdeh1 müraciət edərək nəvəsinin (iddiaçının) polis orqanlarına düzəlmək istədiyini bildirmişdir, sonuncu isə o işlərin peşəkarı olduğunu və bunu həll edəcəyinə vəd vermişdir. Məsələ ilə bağlı o iddiaçının nənəsi Xanımbacıya bildirmişdi ki, “Cavabdeh1la nə iş görürsüzsə öz işinizdi, amma ki pul haqq hesablarını əvvəlcədən etməyin, iş düzələndən sonra edərsiniz”. Sonradan ona məlum olmuşdur ki, iddiaçı və Cavabdeh1 onun xəbəri olmadan görüşüb razılıq əldə ediblər, iddiaçı Cavabdeh1 pul vəsaitini verib. Bundan əlavə, Cavabdeh1 pul qaytarmadığını biləndə, iddiaçının nənəsinə dəfələrlə bildirdi ki, nəvəsi məsələni təxirə salmadan hüquq mühafizə orqanlarına müraciət etsin. İddiaçının Cavabdeh1 barəsində verdiyi şikayət üzrə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, Ceyhun Mircavadlının icaatında olan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə fərqli vaxtlarda borc şəklində pul məbləğlərini vermiş, Cavabdeh1 isə həmin pul vəsaitini polis əməkdaşı olan dostu Ceyhun Qədirova vermişdir. Qərarın 2-ci səhifəsinin 3-cü abzasında isddiaçıya pulu konkret olaraq kimə verdiyi sualı veriləndə, sonuncu "51.000 manat pul vəsaitini borca Cavabdeh1 verdiyi bildirmişdir”. 4-cü abzasda pulun hansı məqsədlə verildiyini iddiaçının Cavabdeh1 verildiyi soruşulanda isə, iddiaçı ilkin şikayəti üzrə, yəni Şəki RPŞ-nə maliyyət rəisi vəzifəsinə düzəlməsi üçün deyil, Cavabdeh1 borca verdiyi bildirmişdir. Göründüyü kimi, iddiaçının DİN-nə verdiyi şikayətdə ilkin olaraq pulu Cavabdeh1 DİN-də müvafiq vəzifəyə düzəlməyə köməklik edəcəyinə görə verdiyini qeyd etsə də, sonradan ona müstəntiq tərəfindən pulun hansı məqsədlə Cavabdeh1 verilməsi faktını dəqiqləşdirdikdə, iddiaçı həqiqəti gizlədərək, pulun guya borca verdiyini bildirmişdir. İddiaçı ilə Cavabdeh1 arasında hansı münasibətlər və etibar mövcud olmuşdur ki, iddiaçı 51.000 manatı heç bir səbəb olmadan sonuncuya borca verir? Hesab edir ki, istintaq dövrü iddiaçı ilə cavabdeh öz aralarında sövdələşmə edərək, ilkin şikayətin məqsədini (adını) dəyişərək borc mövzusunu ortaya atmışlar, bunun müqabilində isə, iddiaçı heç bir əsas olmadan, özünü Cavabdeh1 sığortlamaq məqsədilə mənidə hazırki iş üzrə cavabdeh qismində işə cəlb etmişdir. Cavabdeh1 isə barəsində cinayət işi başlanılmasın deyə özünü borclu kimi qələmə verərək, məsuliyyətdən yayına bilmişdir. İzahat və qərardan da göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 müstəqil şəkildə, onun xəbəri belə olmadan pul haqq hesablarını aparmışdırlar. Hesab edir ki, iddiaçı ibtidai araşdırma zamanı istintaqa həqiqi və tam məlumatları versəydi, cari gündə Cavabdeh1 barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbir görülə bilərdi, iddiaçıya dəymiş zərər isə sonuncu tərəfindən geri qaytarılardı. Mübahisə predmetindən kənar olsa da, məhkəmənin tam və hərtərəfli nəticəyə gəlməsinə köməklik göstərmək məqsədilə bildirmək istəyir ki, uzun müddətdir ki böyrək çatışmazlığından əziyyət çəkir, ilin yarısı ölkə hüdudlarından kənarda müalicələrə sərf olunur, fiziki hərəkət etməkdə çətinlik çəkir, xüsusilə bildirir ki, Cavabdeh1 onun özünə böyük məbləğdə pul vəsaiti müqabilində öz böyrəyini verməyə (donorluq edəcəyinə) razılaşsa da, onunla bərabər dəfələrlə yerli və xarici ölkələrdə böyrək transplantasiyası ilə əlaqədar müayinələrdən keçsə də, bu yolda külli miqdarda xərclər çəksə də, vədinə əməl etməyərək onu maddi zərərlə üz-üzə qoymuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, borcun 17900 manat hissəsini evlərində aparıb vermişdir, qalan hissəsi isə Polis İdarəsində hissə-hissə Ceyhun tərəfindən, 3000 manat isə onun tərəfindən verilmişdir. Hal-hazırda onun İddiaçı cəmi 13000 manat borcu qalmışdır. Bu barədə iltizam da yazılmışdır. Həmin vaxt İddiaçı da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etirazla eyni məzmunlu izahat verərək iddianın Cavabdeh2 qarşı hissədə əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə sorğusuna əsasən, Yasamal rayon Polis İdarəsinin İştintaq şöbəsinin icraatında olmuş vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış HK-1, 1442 saylı rədd materialı məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 03 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh1 izahında bildirmişdir ki, İddiaçı ərizəsi ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Dağları 2023-cü ilin fevral ayından Cavabdeh2 vasitəsilə tanıyır. Zöhrabı isə təxminən 4-5 ildir ki, tanıyır. X3 təxminən 10 ildir ki, tanıyır. 2023-cü ilin fevral ayından həmin ilin iyun ayına kimi olan müddət ərzində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində Dağlardan hissə-hissə olmaqla ümumilikdə 51000 manat borc pul almışdır. Həmin ərəfədə tanışı Ceyhun ondan pul istədiyi üçün o, Ceyhuna 35000 manat borc pul vermiş, qalan 16.000 manat pulu isə özü üçün xərcləmişdir. Dağlardan borca aldığı 51000 manat puldan X6 35000 manat, o isə 3000 manat pul qaytarmış, qalan 13000 manat pulu isə yaxın günlərdə qaytaracağına vəd vermişdir. Aparılan araşdırma zamanı Cavabdeh1 iltizam yazaraq İddiaçı 13000 manat borcunun olmasını göstərmiş, yaxına günlərdə borcunun qaytaracağına söz vermiş, həmçinin İddiaçı da iltizamdaqeyd edilən Cavabdeh1 ona 13000 manat borcunun olmasını təsdiq edir. İş materiallarında olan Cavabdeh1 Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlıya verdiyi izahatdan görünür ki, İddiaçı ərizəsi ilə tanış olmuş, Dağları 2023-cü ilin fevral ayından Cavabdeh2 vasitəsilə tanıyır. Zöhrabı isə təxminən 4-5 ildir ki, tanıyır. X3 təxminən 10 ildir ki, tanıyır. 2023-cü ilin fevral ayından həmin ilin iyun ayına kimi olan müddət ərzində o Bakı şəhəri, Yasamal rayonu ərazisində Dağlardan hissə-hissə olmaqla ümumilikdə 51000 manat borc pul almışdır. Həmin ərəfədə tanışı Ceyhun ondan borc pul istədiyi üçün o Ceyhuna 35000 manat borc pul vermiş, qalan 16000 manat pulu isə özü üçün xərcləmişdir. Dağlardan borca aldığı 51000 manat puldan X7 35000 manat, o isə 3000 manat pul qaytarmışdır, qalan 13000 manat pulu isə yaxın günlərdə qaytaracağına söz vermişdir. İş materiallarında olan X2 Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlıya verdiyi izahatdan görünür ki, İddiaçı ərizəsi ilə tanış olmuş, bununla bağlı bildirir ki, İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Evlidir, 3 övladı var. Cavabdeh1 təxminən iki il olar tanıyır. Belə ki, 2023-cü ilin ayını və gününü xatırlamadığ vaxtda o Ramildən 35000 manat borc pul almışdır. Aldığı puldan Ramilə 17900 manat pul qaytarmışdır. Qalan pulları yaxın günlərdə qaytaracağına söz verir. Suala cavab olaraq bildirmişdir ki, o Ramildən borc pul istədikdə Ramil Dağlardan borc pul götürdüyünü ona demiş və onun xahişi ilə 35000 manat borc pul vermişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 01 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi barədə protokoldan görünür ki, X1 Dağlar Rahim oğluna vurulmuş maddi ziyanın ödənilməsi üçün 11000 manat məbləğində pulu Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim etmiş və X2 təqdim etdiyi 11000 manat İddiaçı ödənilməsi üçün götürülmüşdür. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 01 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 11000 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı imzalayaraq 11000 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 04 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi barədə protokoldan görünür ki, X1 Dağlar Rahim oğluna vurulmuş maddi ziyanın ödənilməsi üçün 6100 manat məbləğində pulu Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim etmiş və X2 təqdim etdiyi 6100 manat İddiaçı ödənilməsi üçün götürülmüşdür. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 04 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 6100 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı imzalayaraq 6100 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 06 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi barədə protokoldan görünür ki, X1 Dağlar Rahim oğluna vurulmuş maddi ziyanın ödənilməsi üçün 3000 manat məbləğində pulu Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim etmiş və X2 təqdim etdiyi 3000 manat İddiaçı ödənilməsi üçün götürülmüşdür. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 06 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 3000 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı imzalayaraq 3000 manat məbləğində pulu qəbul etmişdir. Cavabdeh1 əl yazısı ilə yazdığı ərizədən görünür ki, İddiaçı borc aldığı 13000 manat pulu qısa müddətə, yəni martın 30-una kimi tam şəkildə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********29 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlı izahatında bildirmişdir ki, onun icraatında şikayət ərizəsi üzrə iş 51000 manatla başlamışdır, sonradan ərizəçi izahatında 17900 manat pulun qaytarıldığını, qalan məbləğin 33100 manat olduğunu bildirmişdir. İstintaq şöbəsində də həmin qalıq 33100 manat məbləğ üzrə araşdırmalara başlanılmış, ödəmələr edilmişdir. Müxtəlif vaxtlarda borcdan ödəmələr olmuşdur. Cavabdeh1 iddiaçıya 13000 manat borcu qalmışdır. Həmin məbləğin qaytaracağı ilə bağlı Cavabdeh1 iltizam yazmışdır. Bu zaman iddiaçı da orada olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, texniki səhv olaraq qərarda bəzi cümlələr fərqli yazılmışdır. Materialın özü məhkəməyə təqdim edilmişdir. Həmin materialda olan qərar material üzrə yekun qərardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı yəni borcverən İddiaçı cavabdeh yəni borcalan Cavabdeh1 51000 manat əsas borc məbləğində pul verdiyini bildirir. Həmin məbləğdən 17900 manat ödənildiyini qeyd edir. Lakin polis orqanından götürən materialdan görünür ki, ilk növbədə 51000 borc olduğu barədə şikayət araşdırılmış, daha sonra iddiaçı 17900 manat ödənildiyini və 33100 manat borc qaldığını bildirmişdir. Həmin materialda isə daha sonra 33100 manat məbləğində borcdan hissə-hissə 11000 manat, 6100 manat və 3000 manat ödənilmiş, 13000 manat borc qalmışdır. Cavabdeh1 isə sorğu nəticəsində əldə edilmiş cinayət işinin başlanması haqqında rədd qərarında olan izahatına əsasən bildirmişdir ki, İddiaçı 13.000 manat məbləğində borcu qalmışdır. Məhkəmə Cavabdeh1 İddiaçı 13000 manat borcun qalması ilə bağlı qismən etirafını, yəni 13000 manat məbləğində borcunun qalmasını işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 51000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, Cavabdeh1 məhkəmə iclasında İddiaçı 13000 manat məbləğində borcunun qalmasını etiraf etmişdir. Həmçinin iddia tələbi Cavabdeh2 qarşı olan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul verilməmişdir. Eyni zamanda, məhkəmə iddia tələbinin əsas borca illik 10 faiz ilə 3862,95 manat və 17900 manat borcun ödənildiyi müddət üçün hesablanmış 1323 manat faiz borcu hissəsində iddianı əsassız hesab edir və təmin etmir. Belə ki, ümmumiyyətlə borcun verilməsi ilə bağlı bağlanmış əqd etibarsızdır. Həmin məbləğin hansı müddətə verilməsi isə müəyyən edilmir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 13000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli və ödənilmiş 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumunun 69,60 manat (altmış doqquz manat altmış qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumunun 69,60 manat (altmış doqquz manat altmış qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar