Məhkəmə qərarları › İş №e-2(004)-3100/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3100/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3100/2024 02.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Cavabdeh “Yelo Bank" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evin satılmasına dair Azərbaycan Respublikası X3 “Əmlak Hərrac Mərkəzi" MMC xx.xx.2024cü il tarixli hərracın nəticələrinin protokolun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2023cü il 14 aprel tarixli, 2-2(115)-421/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 2020-ci il 13 avqust tarixli kredit limitinin ayrılmasına dair müqavilə ləğv edilmiş, iddiaçının Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 2020-ci il 13 avqust tarixli, 10-BİZG2Z-1-0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66.462,53 manat əsas borcu, 18.737,78 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 85.500,31 manat kredit borcu, 2021-ci il 3 fevral tarixli, 10-BİZG2Z-1-0-17- 20(K2) saylı kredit müqaviləsi üzrə isə 20.138,36 manat əsas borcu, 5.468,60 manat faiz borcu, 2023-cü il 3 fevral tarixindən 2023-cü il 16 mart tarixinədək illik 5 faizlə hesablanmış 121,05 manat əldən çıxmış fayda və 100 manat cərimə borcu olmaqla, cəmi 25.828,01 manat kredit borcu, 390,23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının müştərək qaydada cavabdehlər İddiaçı, F.Əliyev və N.Mustafayevdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tələb üzrə tutmanın cavabdeh O.Cabbarlının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması,cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat həddində müəyyən edilməsi, cavabdeh O.Cabbarlının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə olunan vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin İddiaçı, F.Əliyev və N.Mustafayevdən tutularaq iddiaçıya ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər İddiaçı və O.Cabbarlıya qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər V.Əliyev, İddiaçı, V.Əliyeva və F.Əliyevin fərdi yaşayış evlərindən çıxarılması və fərdi yaşayış evlərinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərcinin cavabdehlər İddiaçı, F.Əliyev və N.Mustafayevdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır. Bütün instansiyalar bitdikdən sonra qətnamə icra olunmuşdur. Cavabdeh1 Ü.Ə-241178/23 Aİ saylı xx.xx.2024-cü il tarixli şifariş məktubuna əsasən ipotek ilə yüklü Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərraca çıxarılmışdır. Hazırda əmlaklarla bağlı hərrac keçirilmiş və məktubda hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Məktub isə xx.xx.2024-cü il tarixində tərtib edilmiş hərracın tarixi qeyd edilmiş lakin saat göstərilməmişdir. İddiaçının hərrac barədə bankla razılıq əldə etmək üçün getdikdə xəbəri olmuşdur. Göründüyü kimi hərrac formal qaydada həyata keçirilmiş və iddiaçının mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsi proseduru qanunsuz həyata keçirilmişdir. Bu səbəbdən hesab olunur ki, hərracın nəticələri ləğv olunmalıdır. Cavabdeh Cəmiyyət Azərbaycn Respublikasının Mülki Məcəlləsinin 415ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçıya hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə ona hər hansı bir məlumat verilməmişdir. Hərracın baş tutmaması və əmlakın tələbkara təklif edilməsi barədə məlumatı hərrac keçirildikdən sonra almışdır. Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi şərtləri və qaydalarının kobud surətdə pozulmaqla iş üzrə digər cavabdeh olan "xxxx" ASC-i ilə xx.xx.2024-cü il tarixdə keçirilmiş hərrac baş tutmadığından 17 yanvar 2024-cü il tarixində hərracın yekunları barədə 45/24 saylı əmlakın balansa qəbul edilməsi təklifi göndərilmişdir. Hesab olunur ki, hərrac yekunları haqqında protokolun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün səbəb olmuşdur. Belə ki, hərracın keçirilməsi haqqında bildirişlər onun yaşadığı və qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, hərrac barədə məlumatı icra məmurundan almışdır. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsinin əsassız olduğunu və göstərilənləri nəzərə almaqla, işə nümayəndənin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən AR Ədliyyə Nazirliyi Cavabdeh1ndən Cavabdeh3 MMC-yə ünvanlanmış Ü.Ə-241178/2023 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 137 saylı fərdi yaşayış evi üzrə 100.000 manat, 20 saylı fərdi yaşayış evi üzrə 55.000 manata olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160.5 kv.m ümumi, 84.8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və X6 məxsus ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54.9 kv.m ümumi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. (27 fevral 2024-cü il tarixli sifarişin surəti əlavə edilir) Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 27 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular X11, İddiaçı, X12, X4, X6, X7 və tələbkar "Yelo Bank' ASC-nə 189/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "‘hərracın baş tutmamasına dair” 27 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2024-cü il tarixli protokolun surəti əlavə edilir) Nəzərə çatdırmağı zəruri hesab edirik ki, 27 mart 2024-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə, 16 aprel 2024-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixində “Şərq” qəzetində dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edirik ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixə, saat 10:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Şərq” qəzetində və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2024cü il tarixli, 277/24 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 16 aprel 2024- cü il tarixli protokolun surətindən görünür ki, 16 aprel 2024-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2024-cil il tarixli, 331/24 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh2 ASC-ti 17 aprel 2024-cü il tarixli, KBD 2450 nömrəli məktubla ipoteka predmetini təklif edilən qiymətə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X3” nəzdində Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 54/24 saylı “X13 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 343/24 saylı, xx.xx.2024-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, hərracın qanunvericiliyin tələblərinə riayət edilməklə keçirildiyini, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2(115)-421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, iddia qismən təmin edilərək, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi; Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2020-ci il tarixli №10-BİZG2Z-1 -0-17-20(K) saylı kredit müqaviləsi üzrə 66462 manat 53 qəpik əsas borcu, 18737 manat 78 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 85500,31 manat kredit borcu, 03 fevral 2021-ci il tarixli №10-BlZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə isə 20138,36 manat əsas borcu, 5468,6 manat faiz borcu, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 faizlə hesablanmış 121,05 manat əldən çıxmış fayda və 100 manat cərimə borcu olmaqla, cəmi 25828,01 manat kredit borcu, 390,23 manat qəpik ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı müştərək qaydada cavabdehlər İddiaçı, X8 və X1 tutularaq iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələb üzrə tutma cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; Tələb üzrə tutma cavabdeh X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması; Cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat həddində müəyyən edilməsi; Cavabdeh X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin İddiaçı, X8 və X1 tutularaq iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər İddiaçı və X6 qaytarılması; Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər X14, İddiaçı, X9 və X15 fərdi yaşayış evlərindən çıxarılması və fərdi yaşayış evlərinin boşaldılması; İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərcinin cavabdehlər İddiaçı, X8 və X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan hərracın təşkilatşısı Cavabdeh3 MMC tərəfindən İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 189/24 nömrəli bildirişə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 manat, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə, açıq auksion formasında ilkin hərracın keçirilməsi xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş və ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixində “ŞƏRQ” qəzetində, kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 dərc olunmuş və həmin elan hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün 27 mart 2024-cü il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, hərracın baş tutmaması barədə “ŞƏRQ” qəzetində, kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 dərc olunmuş və həmin elan hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İş materiallarında olan hərracın təşkilatşısı Cavabdeh3 MMC tərəfindən İddiaçı ünvanlanmış təkrar hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 277/24 nömrəli bildirişə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 85000 manat və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 46750 manat qiymətə açıq auksion formasında hərracın keçirilməsi xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixində “ŞƏRQ” qəzetində, kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 dərc olunmuş və həmin elan hərrac təşkilatçısı Cavabdeh3MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün 16 aprel 2024-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, hərracın baş tutmaması barədə “ŞƏRQ” qəzetində, kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 dərc olunmuş və həmin elan hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, müvafiq bildirişlər İddiaçı və digər cavabdehlər X11, İddiaçı, X12, X4, X6, X7 göndərilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli 331/24 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri,Nizami Rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən,3 otaqlı,160.5 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 54.9 kv.m ümumi sahəsi 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 137 saylı fərdi yaşayış evi üzrə 85000 manat, 20 saylı fərdi yaşayış evi üzrə 46750 manat) satış dəyərinin 25% az olmayan (137 saylı fərdi yaşayış evi üzrə 63750 manat, 20 saylı fərdi yaşayış evi üzrə 35062.5 manat) qiymətə əldə etməkləri təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh2 ASC tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən,3 otaqlı,160.5 kv.m yaşayış evi 63750 manat olmaqla, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 54.9 kv.m yaşayış evi 35062.5 manat olmaqla, bank tərəfindən qəbul edilməsinə razılıq verilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli X13 barədə 54/24 nömrəli Protokola əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı,160.5 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 63750 manat və ünvan 7 ünvanında yerləşən 2 otaqlı, 54.9 kv.m ümumi sahəsi, 31.6 kv.m yaşayış, 23.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 35062.5 manat qiymətə Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-cı maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində iddiaçıya hərracların keçirilməsi barədə bildirişlərin göndərilmədiyi, hərrac barədə ona hər hansı bir məlumat verilmədiyi, hərracın baş tutmaması və əmlakın tələbkara təklif edilməsi barədə məlumatı hərrac keçirildikdən sonra alması qeyd edilsə də, iş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin satışı ilə əlaqədar ilkin hərracın keçirilməsi, baş tutmaması, təkrar hərracın keçirilməsi, baş tutmaması ilə bağlı müvafiq bildirişlər, ipoteka predmetinin əldə edilməsi barədə təklif, X13 barədə protokol İddiaçı və digər cavabdehlər X11, İddiaçı, X12, X4, X6, X7 göndərilmiş, həmin elanlar “ŞƏRQ” qəzetində, kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 dərc olunmuş və hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Həmçinin iddiaçı iddia ərizəsinin sonuncu abzasında hərracın keçirilməsi haqqında bildirişlərin onun yaşadığı və qeydiyyatda olduğu ünvana göndərildiyini qeyd etmişdir. Göründüyü kimi ipoteka predmeti olan əmlakın satılması ilə əlaqədar keçirilmiş hərracın etibarsız sayılması üçün əsas yoxdur, hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara riayət edilməklə keçirilmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar