Məhkəmə qərarları › İş №e-2(004)-3126/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3126/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3126/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli 320035-CNS-21405 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 1355,91 manat məbləğində əsas borcun, 82,95 manat məbləğində faiz borcunun, 514,35 məbləğində cərimə borcunun, ümumilikdə 1953,21 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,53 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan 09 aprel 2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 320035-CNS-21405 saylı nağd pul krediti müqaviləsindən müəyyən olunur ki, bank Cavabdeh 12 ay müddətinə, illik faiz dərəcəsi 18 faiz olmaqla 4000 manat məbləğində kredit verməyi, borcalan isə kreditdən məqsədlinə uyğun istifadə etməyi və müqavilədə göstərilən şərtlərlə və müddətdə krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh isə xx.xx.2022-ci il tarixə qədər, 12 ay müddətinə, sonuncu ay 365,78 manat, hər ay 366,91 manat olmaqla, cəmi 4401,79 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarış cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 4000 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə Cavabdeh 09 aprel 2021-ci il tarixli 320035-CNS-21405 saylı nağd pul krediti müqaviləsi üzrə 1355,91 manat əsas, 82,95 manat faiz, 514,35 cərimə borcu olmaqla ümumilikdə, 1953,21 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi barədə xəbədarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli 320035-CNS-21405 saylı nağd pul krediti müqaviləsi üzrə 1355,91 manat əsas, 82,95 manat faiz, 514,35 manat cərimə borcu olmaqla, ümumilikdə 1953,21 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,53 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli 320035-CNS-21405 saylı nağd pul krediti müqaviləsi üzrə 1355,91 manat əsas, 82,95 manat faiz, 514,35 cərimə borcu olmaqla, ümumilikdə 1953,21manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,53 manat dövlət rüsumu tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar